Məhkəmə qərarları › İş №e-2(060)-4213/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-4213/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-4213/2024 19.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh 12 sentyabr 2020-ci il tarixli, MAS-2763 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2024-cü il tarixə 612,38 manat gecikdirilmiş əsas, 145,82 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 329,44 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Qaz A21R32 30” yük markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 312,70 manat, ümumilikdə 1400,34 manat borc və ödənilmiş 34 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 16 sentyabr 2024-cü il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan e-2(060)-4213/2024 saylı mülki iş üzrə proses dövründə Cavabdeh ilə İddiaçı MMC arasında razılıq əldə olunduğuna görə İddiaçı MMC-nin Cavabdeh qarşı qaldırdığı iddia üzrə ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş mülki işin baxış iclası xx.xx.2024-cü il tarixə, saat 10:30-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onun məhkəmə iclasında iştirak etməməsini onun işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.7, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar