Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-426/2024 29.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi X1 İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********48240 İPHONE 12 PRO MAX markalı telefon, LG qulaqlıq üçün, 4510.32 (dörd min beş yüz on manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 1350 (bir min üç yüz əlli) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, 6 ədəd STUL – OLİVİA üçün, 1035 (bir min otuz beş) manat ödənilməmiş hissə, 256.5 (iki yüz əlli altı manat əlli qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd ALİSA markalı mebel əşyası üçün, 172.5 (yüz yetmiş iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 39.3 (otuz doqquz manat otuz qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, APPLE ADAPTER üçün, 43.4 (qırx üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 12 (on iki) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********89636 SAMSUNG GALAXY S21 markalı telefon, SAMSUNG CHARGER üçün, 1143.69 (bir min yüz qırx üç manat altmış doqquz qəpik) manat ödənilməmiş hissə, 351.29 (üç yüz əlli bir manat iyirmi doqquz qəpik) manat dəbbə Ümumilikdə 8914 manat borc, 109.14 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********48240 İPHONE 12 PRO MAX markalı telefon, LG qulaqlıq, 6 ədəd STUL – OLİVİA, 2 ədəd ALİSA markalı mebel əşyası, APPLE ADAPTER, İmei kod **********89636 SAMSUNG GALAXY S21 markalı telefon, SAMSUNG CHARGER almış və nəticədə 8914 (səkkiz min doqquz yüz on dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5412.42 (beş min dörd yüz on iki manat qırx iki qəpik) manat (18 ay x 300.69 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********48240 İPHONE 12 PRO MAX markalı telefon, LG qulaqlıq üçün ümumilikdə, 5860.32 (beş min səkkiz yüz altmış manat otuz iki qəpik) manat olmaqla ondan, 4510.32 (dörd min beş yüz on manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 1350 (bir min üç yüz əlli) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1080 (bir min səksən) manat (24 ay x 45 manat + 0 manat ilkin ödəniş) olan 6 ədəd STUL – OLİVİA üçün ümumilikdə, 1291.5 (bir min iki yüz doxsan bir manat əlli qəpik) manat olmaqla ondan, 1035 (bir min otuz beş) manat ödənilməmiş hissə, 256.5 (iki yüz əlli altı manat əlli qəpik) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 180 (yüz səksən) manat (24 ay x 7.5 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd ALİSA markalı mebel əşyası üçün ümumilikdə, 211.8 (iki yüz on bir manat səksən qəpik) manat olmaqla ondan, 172.5 (yüz yetmiş iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 39.3 (otuz doqquz manat otuz qəpik) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 68.4 (altmış səkkiz manat qırx qəpik) manat (6 ay x 10.9 manat + 0 manat ilkin ödəniş) olan APPLE ADAPTER üçün ümumilikdə 55.4 (əlli beş manat qırx qəpik) manat olmaqla ondan, 43.4 (qırx üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 12 (on iki) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2118.6 (iki min yüz on səkkiz manat altmış qəpik) manat (18 ay x 117.7 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********89636 SAMSUNG GALAXY S21 markalı telefon, SAMSUNG CHARGER üçün ümumilikdə 1494.98 (bir min dörd yüz doxsan dörd manat doxsan səkkiz qəpik) manat olmaqla ondan, 1143.69 (bir min yüz qırx üç manat altmış doqquz qəpik) manat ödənilməmiş hissə, 351.29 (üç yüz əlli bir manat iyirmi doqquz qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1954.51 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №24022700 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 5412,42 manat olan İmei kod **********48240 İPHONE 12 PRO MAX markalı telefon, LG qulaqlıq almışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №0201512 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 68,4 manat olan Apple markalı adapter almışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, №02761012 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1080 manat olan 6 ədəd STUL – OLİVİA almışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, №02761011 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 180 manat olan 2 ədəd Alisa markalı mebel əşyası almışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №24022700 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 2118,6 manat olan İmei kod **********89636 SAMSUNG GALAXY S21 markalı telefon, SAMSUNG CHARGER almışdır. İşdə olan əşyaların təhvil-təslim aktından görünür ki, İmei kod **********48240 İPHONE 12 PRO MAX markalı telefon, LG qulaqlıq, 6 ədəd STUL – OLİVİA, 2 ədəd ALİSA markalı mebel əşyası, APPLE ADAPTER, İmei kod **********89636 SAMSUNG GALAXY S21 markalı telefon, SAMSUNG CHARGER Cavabdeh təhvil verilmişdir. İşə əlavə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 manat, aylıq ödəniş 300,69 manat olmaqla, İmei kod **********48240 İPHONE 12 PRO MAX markalı telefon, LG qulaqlıq almış və 902,1 manat ödəniş etmiş, xx.xx.2022-ci tarixli müqavilə üzrə 24 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 45 manat olmaqla, 6 ədəd stul-Olivia almış və 45 manat ödəniş etmiş, xx.xx.2022-ci tarixli müqavilə üzrə 24 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 7,5 manat olmaqla, 2 ədəd Alisia markalı mebel əşyası almış və 7,5 manat ödəniş etmiş, xx.xx.2021-ci tarixli müqavilə üzrə 6 ay müddətinə, ilkin ödəniş 3 manat, aylıq ödəniş 10,9 manat olmaqla, Apple markalı Adapter almış və 25 manat ödəniş etmiş və xx.xx.2021-ci tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 117,7 manat olmaqla, İmei kod **********89636 SAMSUNG GALAXY S21 markalı telefon, SAMSUNG CHARGER almış və 974,91 manat ödəniş etmişdir. İşdə olan "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı malın 5412,42 manat olan ümumi dəyərindən 902,1 manat ödəniş etmiş və nəticədə 5860 manat borc, xx.xx.2022-ci tarixli müqaviləyə əsasən aldığı malın 1080 manat olan ümumi dəyərindən 45 manat ödəniş etmiş və nəticədə 1291,5 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən aldığı malın 180 manat olan ümumi dəyərindən 7,5 manat ödəniş etmiş və nəticədə 211,8 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı malın 68,4 manat olan ümumi dəyərindən 25 manat ödəniş etmiş və nəticədə 55,4 manat və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı malın 2118,6 manat olan ümumi dəyərindən 974,91 manat ödəniş etmiş və nəticədə 1494,98 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, ümumilikdə 2009,09 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, cərimə pulu (penya) azaldılaraq 200 manat müəyyən edilməlidir Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X2 beş müqavilə üzrə ümumilikdə 6904 (altı min doqquz yüz dörd) manat 91 (doxsan bir) qəpik ödənilməmiş borc, 200 (iki yüz) manat cərimə borcu, 109 (bir yüz doqquz) manat 14 (on dörd) qəpik dövlət rüsumu, cəmi 7214 (yeddi min iki yüz on dörd) manat 05 (beş) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-426/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-426/2024
29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver