Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-427/2024 28.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh və üçüncü şəxs X8 qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 496,24 manat borcun (abonent kodu: **********540) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh (abonent kodu **********540) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixinə 496,24 (dörd yüz doxsan altı manat 24 qəpik) manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında, ona məxsus evdə müvafiq olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ASC iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 496,24 manat borcun (abonent kodu: **********540) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, tərəflərindən Abşeron Gənclər Şəhərciyinin Komendatlığına verdikləri sorğularına cavab olaraq, “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Abşeron Gənclər Şəhərciyi”nin komendatı Cavabdeh 08 yanvar 2024-cü il tarixli, 3816 nömrəli arayışdan və arayışa əlavə olunmuş xx.xx.2011-ci il tarixli mənzilin alqısatqı müqaviləsindən göründüyü kimi, "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən “ünvan 3 ünvanı X8 məxsusdur. Arayışdan və alqı-satqı müqaviləsindən də göründüyü kimi qeyd olunan mənzil tamamilə başqa şəxsə məxsusdur. O, həmin mənzildə heç vaxt yaşamamışdır və həmin mənzil onun heç vaxt mülkiyyətində olmamışdır. İddiaçının isə hansı səbəbdən onu bu işdə cavabdeh qoyması anlaşılmazdır. Bu səbəbdən də iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 496,24 manat borcun (abonent kodu: **********540) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsinə barədə iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı ASC iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, ev 64, 54 nömrəli mənzilə görə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 496,24 manat borcun (abonent kodu: **********540) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı tərəflərindən məhkəməyə iddia ərizəsinə etiraz və mülahizələr təqdim olunmuşdur. Belə ki, ilk öncə bildirmək istəyir ki, Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, ev 64, 54 nömrəli mənzilin ona heç bir aiddiyyəti yoxdur. Həmin mənzil X8 məxsusdur. Bundan başaq həmin mənzilə görə cavabdeh İddiaçı ASC-nin arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə heç bir müqavilə olmamış, mənzilə görə müqavilə bağlanılması ilə bağlı iddiaçıya heç vaxt müraciət etməmişdir. Qanunvericiliyin etiraz və mülahizədə istinad edilən normalarından göründüyü kimi suyun verilməsi ilə bağlı ilk öncə istehlakçı tərəfindən yazılı şəkildə müraciət edilməli, su təhcizatı müəssisəsi bu barədə razılıq verməli və bundan sonra isə su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısının müqavilə əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qanunvericiliyin digər tələbinə görə isə su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu su təchizatı sisteminə qoşarkən istehlakçının mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olması tələbini qoymuşdur. Yəni hər hansı bir şəxsin ona aid olmayan obyektə su çəkilməsi ilə bağlı müraciət etmək hüququ olmadığı kimi su təchizatı müəssisəsinin müraciət edən şəxsin obyektin sahibi olubolmamasını araşdırmalıdır. Qanunvericiliyin digər tələbi isə ondan ibarətdir ki, tərəflər arasında müqavilə olmadığı halda xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Beləliklə iş materiallarında iddiaçı ilə cavabdeh arasında heç bir müqavilə mövcud olmamış, Cavabdeh bununla bağlı qeyd olunan mənzilin su ilə təhciz olunmasına görə heç bir müraciət etməmiş, digər yandan qeyd olunan mənzilin Cavabdeh heç bir aidiyyəti olmamaqla yanaşı, onun həmin mənzildə yaşaması, mənzilin icarəçisi olması və ya onun tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə etməsi faktı mövcud olmamışdır. Bundan başqa tərəflərindən Abşeron Gənclər Şəhərciyinin Komendantlığına verdikləri sorğularına cavab olaraq, “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 yanvar 2024-cü il tarixli, 3816 nömrəli arayışdan və arayışa əlavə olunmuş xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən “ünvan 3 ünvanı X8 məxsusdur. Eyni zamanda tərəflərindən İddiaçı ASC-nə sorğu ilə Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, ev 64, 54 nömrəli mənzilə görə Cavabdeh adına abonent kodunun verilməsinə əsas olmuş sənədlərin, sayğacların quraşdırılmasına əsas olmuş sənədlərin, müqavilənin, ərizə və sair sənədərin surətinin verilməsi xahiş olunmuş, İddiaçı ASC-dən bununla bağlı yalnız 2 səhifədən ibarət xx.xx.2017-ci il tarixli, 34923058 nömrəli müqavilə təqdim olunmuşdur ki, həmin müqavilədə yalnız Abşeron Sukanal İdarəsinin möhürü və imzası mövcud olmuş, istehlakçı qrafası boş olmaqla heç kimin anket məlumatları göstərilməmiş və imzalanmamışdır. Beləliklə qeyd olunan mənzilin iddiaçıya heç bir aidiyyəti olmadığından iddiaçının iddia tələbi əsassızdır, rədd olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı ASC-nin Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 496,24 manat borcun (abonent kodu: **********540) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsi barədə iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, abonent kodu cavabdehə məxsus deyil, mülkiyyətçi tamamilə başqa adamdır. Hazırda məhkəmənin icraatında üç belə iş var, qeyd edilən mənzillər fərqlidir, heç biri cavabdehə aid deyil. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh Gənclər Şəhərciyində komendant işləyir. İddiaçı ASC bundan istifadə edərək, cavabdehin adına yüzlərlə mənzil qeydə almışdır. Bir şəxsin bu sayda mənzillərdə yaşaması absurddur və mümkün deyil. Yaranmış borcun və suyun istifadə edildiyi mənzilin cavabdehə aidiyyatı yoxdur, həmin ev və borc başqa şəxslərə aiddir. Vətəndaşlar sayğacın onların adına keçirilməsi üçün müraciət edirlər, lakin nəticəsi yoxdur, iddiaçı tərəfin bu məsələ ilə bağlı qeyd etdikləri yalandır. İddiaçı təşkilat öz rahatlığı üçün cavabdehin adına saxta kod açıb. Hesab edir ki, iş üzrə kifayət qədər məhkəmə araşdırılması aparılıb. İddiaçının iddia tələbi tamamilə əsassızdır. Belə ki, mübahisəli mənzilə dair müqavilə tamamilə başqa şəxslə bağlanmışdır. Eyni halla bağlı artıq qəbul edilmiş məhkəmə qətnaməsi də var. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini və iddiaçı barəsində xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (üçüncü şəxs SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən və cavabdehin nümayəndəsi məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, üçüncü şəxs isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. Abonent kodu nə əhalinin, nə də istehlakçıların sayına görə açılmır. Heç kimə məcburi şəkildə kod açılmır. Şəxs özü şəxsən müraciət etdikdən sonra onun adına kod açılması mümkündür. Qeyd olunan hal qanunvericiliyin tələbidir. Cavabdeh və MTK-nın sədri İdarəyə gəlmişdirlər, cavabdeh onun adına açılmış kodlar üzrə borcu ödəyəcəyini bildirmişdir və onlar borclar ödənildikdən sonra kodların cavabdehin adından çıxarılmasına kömək edəcəklərini bildirmişdilər. Hazırda həmin evlərdə yaşayış var. Cavabdehin adına evlər çoxdur, yaşayış olduğu üçün su xidmətlərindən də istifadə olunur. MTK-lar tərəfindən pul yığılır, onlar isə sayğacı pulsuz quraşdırırlar. MTK-lar isə 250 manat məbləğində pul aldıqdan sonra quraşdırır. Onlar vətəndaşlardan kommunal xidmət üçün pul tələb edəndə komendanta ödəniş edildiyi bildirilir. Onlar isə komendantdan pul ala bilmirlər. Bu gün suyun verilişi dayandırılsa, cavabdeh dərhal İdarəyə gələcək. Komendant şəxsiyyət vəsiqəsi ilə gəlib kodları onun adına açmağı, pul tələb olunduğu zaman isə özünün ödəniş edəcəyini bildirib. Cavabdeh özü də borcu inkar etmir, 7 abonent kodu üzrə borc var. Belə bir təcrübə vardır ki, vətəndaşlar sahibi olduqları yeni tikilmiş binalarda mənzillərin su sayğaclarını İddiaçı ASC-də qeydiyyata alınmaları üçün müraciət edərkən həmin sayğaclar ya MTK sədrinin, ya da binanın komendatının adına olur. Bu vaxt ola bilsin ki, həmin mənzillər kirayəyə verildiyindən və s. səbəblərdən sərfiyyat borcu yaranır. İddiaçı ASC tərəfindən vətəndaşa sayğacda sərfiyyat borcu olduğu və bu borcun ödənildiyi təqdirdə sayğacın qeydiyyata alınacağı bildirilir. Nazirlər Kabinetinin 2014-cü il tarixli qərarına əsasən İddiaçı ASC tərəfindən bütün sayğaclar pulsuz olaraq quraşdırılır. MTK-lar isə bu sayğacları ödəniş almaqla quraşdırırlar ki, bu pullar İddiaçı ASC-yə ödənilmir və komendantda qalır. Vətəndaşa sərfiyyat borcu olduğu deyildikdə isə mübahisə yaranır və vətəndaşlar adlarına abonent kodu olmadığını, borcun onlara məxsus olmadığını bildirirlər. Onlar sərfiyyat borcu ödəndikdən sonra abonent kodunu verib sayğacı plomblayırlar. Cavabdehlə sonuncu dəfə görüşdükdə o, bütün sərfiyyat borclarını ödəyəcəyini bildirmiş, onlar da hətta tərəfə sərfiyyat borcunu ödəməsini, daha sonra isə reqres qaydada pulu tələb edə biləcəyini bildirmişdirlər. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2023-cü il tarixli abonentin kartından görünür ki, Cavabdeh adına olna abonent kartı üzrə ünvan 5 ünvanında 4 nəfər ailə tərkibinə görə sudan istifadəyə görə ümumilikdə 496.24 manat borc hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh bildiriş ünvanlanmışdır. İşdə olan “X12” MMC tərəfindən verilmiş 3816 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası“ ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən “ünvan 3 ünvanı X8 məxsusdur. İşdə olan xx.xx.2011-ci il tarixli, 13934 nömrəli alqı satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Satıcı "xxxx" MMC "X5" müəssisəsi Bakı şəhərində, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7km inşa etdirdiyi 1 saylı binanın, 64 blok, 40 saylı 1 otaqdan ibarət, ümumi sahəsi 45.5 kv. metr olan mənzili «alıcı» X1, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götmüşdür. İşdə olan xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, həmin müqavilə ilə X6 Bakı şəhərində, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7km inşa etdirdiyi 1 saylı binanın, 64 blok, 40 saylı 1 otaqdan ibarat, ümumi sahəsi 45.5 kv. metr olan mənzili 58988 saylı manata X2. İşdə olan xx.xx.2017-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, həmin müqavilə ünvan 5 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə İddiaçı ASC ilə Cavabdeh Bayramşərif oğlu arasında bağlanılmışdır, müqavilə Cavabdeh Bayramşərif oğlu tərəfindən imzalanmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı ASC Abşeron rayonu, Gənclər şəhərciyi, ev 64, 54 saylı mənzilin Cavabdeh adına qeydə alındığına istinad edərək həmin mənzildə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış 496.24 manat borcun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. həmin maddənin 3-cü bəndinə əsasən isə su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 30-cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Göründüyü kimi su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödəniş su təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, həmin müqavilə ünvan 5 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə İddiaçı ASC ilə Cavabdeh Bayramşərif oğlu arasında bağlanmış, lakin müqavilə Cavabdeh Bayramşərif oğlu tərəfindən imzalanmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə Cavabdeh ata adı Eminalı olduğu halda, sözügedən müqavilədə istehlakçı kimi qeyd edilən şəxsin ata adı Bayramşərifdir. Mübahisəli ünvana dair məhkəməyə təqdim edilmiş abonent kartında isə abonent kimi Cavabdeh adlı şəxs qeyd edilmiş, həmin şəxsin ata adı qeyd edilməmişdir. Müqavilədə cavabdehin ata adının səhv olması texniki yanlışlıq kimi qəbul edilsə belə, məhkəmə hesab edir ki, sözügedən müqavilə Cavabdeh tərəfindən imzalanmadığından həmin sənəd tərəflər arasında yaranmış münasibətləri tənzimləyən və tərəflərin iradə ifadəsini əks etdirən mötəbər sübut kimi qəbul edilə bilməz. İşin qeyd edilən hallarını nəzərə alan məhkəmə hesab edir ki, hazırki halda İddiaçı ASC-nin Abşeron rayonu, Gənclər şəhərciyi, ev 64, 54 saylı mənzildə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış 496.24 manat borcun Cavabdeh tərəfindən ödənilməsini tələb etmək hüququ yoxdur. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, Abşeron rayonu, Gənclər şəhərciyi, ev 64, 54 saylı mənzilin iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X7 istifadəsində olması işin mübahisələndirilməyən halıdır. Belə ki, bu halı iddiaçı tərəf də mübahisələndirməmiş, cavabdeh mübahisəli binanın komendantı olduğundan sənədləşdirmənin onun adına aparıldığını təsdiqləmişdir. Halbuki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən isə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh Abşeron rayonu, Gənclər şəhərciyi, ev 64, 54 saylı mənzilin sahibi olmamaqla həmin mənzildə yaşamadığından, mənzildə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcu istifadə faktına əsasən mənzildə həmin xidmətlərdən istifadə edən şəxs ödəməli olduğundan, o cümlədən cavabdehlə iddiaçı arasında mübahisəli mənzilə dair qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmadığından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübut edə bildiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə xüsusi qərardad çıxarılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyil. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-427/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-427/2024
28.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver