Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4330/2023 28.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, “Dnepr” markalı çarpayı, “Dnepr” markalı dolab, “Dnepr” markalı termo, 2 ədəd “Dnepr” markalı tumba, “Paris” jurnal masa, “Mona” divan , İmei kodu **********69568 olan “Xiaomi Poco X3 Pro” markalı telefon, İmei kodu **********21541 olan “Samsung Galaxy A12” markalı telefon, “Gorenje” markalı tozsoran, buxarlı təmizləyici, İmei kodu **********78629 olan “Xiaomi Poco X3” markalı telefon, “Xiaomi Mi” markalı powerbank, “X2 5” və “X1 Earbuds” markalı 2 ədəd qulaqlıq almış və nəticədə 3651 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2265,84 manat “Dnepr” markalı çarpayı, “Dnepr” markalı dolab, “Dnepr” markalı termo, 2 ədəd “Dnepr” markalı tumba, “Paris” jurnal masa, “Mona” divan üçün ümumilikdə 1868 manat olmaqla, ondan 1698,34 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 169,66 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı 1528,92 manat İmei kodu **********69568 olan “Xiaomi Poco X3 Pro” markalı telefon, İmei kodu **********21541 olan “Samsung Galaxy A12” markalı telefon üçün ümumilikdə 1120 manat olmaqla, ondan 1018,92 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 101,08 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 434,88 manat olan “Gorenje” markalı tozsoran, buxarlı təmizləyici üçün ümumilikdə 372 manat olmaqla, ondan 338,08 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33,92 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1189,8 manat, İmei kodu **********78629 olan “Xiaomi Poco X3” markalı telefon, “Xiaomi Mi” markalı powerbank, “X2 5” və “X1 Earbuds” markalı 2 ədəd qulaqlıq üçün ümumilikdə 291 manat olmaqla, ondan 264,3 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26,7 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2099,8 manat təşkil edir. Göstərilənlərə əsasən ümumilikdə 3651 manat borc və 56,51 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə:
7. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22256007 saylı müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********78629 olan “Xiaomi Poco X3” markalı telefonu, “Xiaomi Mi” markalı powerbankı, “X2 5” və “X1 Earbuds” markalı 2 ədəd qulaqlıqları Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 1189,8 manat pul məbləğini hissəhissə 18 ay müddətinə hər ay 66,1 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
8. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********69568 olan “Xiaomi Poco X3 Pro” markalı telefon, İmei kodu **********21541 olan “Samsung Galaxy A12” markalı telefonları Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 1528,92 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 84,94 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
9. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC “Dnepr” markalı çarpayı, “Dnepr” markalı dolab, “Dnepr” markalı termo, 2 ədəd “Dnepr” markalı tumba, “Paris” jurnal masa, “Mona” divanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 2265,84 manat pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 94,41 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
10. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC “Gorenje” markalı tozsoranı və buxarlı təmizləyicini Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 434,8 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 24,16 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
11. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 24 may 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 264,3 manat ödənilməmiş hissə, 26,7 manat cərimə borcu, cəmi 291 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1698,34 manat ödənilməmiş hissə, 169,66 manat cərimə borcu, cəmi 1868 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1018,92 manat ödənilməmiş hissə, 101,08 manat cərimə borcu, cəmi 1120 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 338,08 manat ödənilməmiş hissə, 33,92 manat cərimə borcu, cəmi 372 manat, ümumilikdə 3651 manat ödənilməmiş borcu vardır.
12. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
13. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
15. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
16. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
17. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
18. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
21. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu ilə bağlı hissələrdə qismən təmin edilərək dəbbə pulu xx.xx.2021-ci il tarixli, 22256007 saylı müqavilə üzrə 10 manat məbləğində, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 20 manat məbləğində, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 20 manat məbləğində, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməlidir.
22. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, 22256007 saylı müqavilə üzrə 264,3 (iki yüz altmış dörd manat, otuz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, cəmi 274,3 (iki yüz yetmiş dörd manat, otuz qəpik) manat, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 1018,92 (bir min on səkkiz manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, cəmi 1038,92 (bir min otuz səkkiz manat, doxsan iki qəpik) manat, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 1698,34 (bir min altı yüz doxsan səkkiz manat, otuz dörd qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, cəmi 1718,34 (bir min yeddi yüz on səkkiz manat, otuz dörd qəpik) manat, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 338,08 (üç yüz otuz səkkiz manat, səkkiz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, cəmi 348,08 (üç yüz qırx səkkiz manat, səkkiz qəpik) manat, ümumilikdə 3379,64 (üç min üç yüz yetmiş doqquz manat, altmış dörd qəpik) manat məbləğində pul və ödənilmiş 56,51 (əlli altı manat, əlli bir qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 22256007 saylı müqavilə üzrə 264,3 (iki yüz altmış dörd manat, otuz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, cəmi 274,3 (iki yüz yetmiş dörd manat, otuz qəpik) manat, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 1018,92 (bir min on səkkiz manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, cəmi 1038,92 (bir min otuz səkkiz manat, doxsan iki qəpik) manat, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 1698,34 (bir min altı yüz doxsan səkkiz manat, otuz dörd qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, cəmi 1718,34 (bir min yeddi yüz on səkkiz manat, otuz dörd qəpik) manat, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 338,08 (üç yüz otuz səkkiz manat, səkkiz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, cəmi 348,08 (üç yüz qırx səkkiz manat, səkkiz qəpik) manat, ümumilikdə 3379,64 (üç min üç yüz yetmiş doqquz manat, altmış dörd qəpik) manat məbləğində pul və ödənilmiş 56,51 (əlli altı manat, əlli bir qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Şəbnəm Həxiyeva