Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4356/2023 24.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, XİAOMİ POCO X3 PRO markalı telefon üçünü 284 manat ödənilməmiş hissə, 28 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, BİKE VİSTA VELOSİPED üçün 248,2 manat ödənilməmiş hissə, 24,8 manat cərimə, xx.xx.2021ci il tarixli müqaviləyə əsasən, POWER BANK XİAOMİ Mİ 3, Mİ TRUE WİRELESS QULAQLİQ, XİAOMİ Mİ BAND5 SAAT üçün 22, 8 manat ödənilməmiş hissə, 2,2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, ACER ASPİRE 3 KOMPUTER, İMEİ **********82069 XİAOMİ POCO X3 PRO markalı telefon üçün 1042 manat ödənilməmiş hissə, 104 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, MƏHSUL QAYTARİLMASİNDAN SONRA QALAN BORC üçün 625,01 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG YADDAŞ KARTJİ,BL XTREME 2 AKUSTİKA üçün 437,5 manat ödənilməmiş hissə, 43,5 manat cərimə olmaqla, ümumilikdə 2862,01 manat ödənilməmiş hissə və 48,63 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1991-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2021. ci il tarixli, ******* saylı müqaviləyə əsasən iddiaçı cavabdehə ACER ASPİRE 3 KOMPUTER, “XİAOMİ POCO X3 PRO” markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2022-ci il tarixli, 02582318 saylı müqaviləyə əsasən MƏHSUL QAYTARİLMASİNDAN SONRA QALAN BORC üçün 625,01 manat ödənilməmiş hissə qalmışdır. xx.xx.2021-ci il tarixli, 24058728 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə BİKE VİSTA VELOSİPED satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli, ******* saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə SAMSUNG YADDAŞ KARTİ, JBL XTREME 2 AKUSTİKA satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli, 24004529 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə “XİAOMİ POCO X3 PRO” markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli 22327137 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə POWER BANK XİAOMİ Mİ 3, Mİ TRUE WİRELESS QULAQLİQ, XİAOMİ Mİ BAND 5 SAAT satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021 -ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 262,5 manat iddiaçıya ödəməlidir.xx.xx.2022ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 3 ay müddətində hər ay 221,67 manat iddiaçıya ödəməlidir. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 44,8 manat iddiaçıya ödəməlidir. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 38,2 manat iddiaçıya ödəməlidir. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 108 manat iddiaçıya ödəməlidir. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 10,6 manat iddiaçıya ödəməlidir. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 1297 manat olan “XİAOMİ POCO X” PRO” markalı telefon üçün hazırda ümumilikdə 284 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 1013 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 537,6 manat olan BİKE VİSTA VELOSİPED üçün hazırda ümumilikdə 248,2 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 289,4 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 190,8 manat olan POWER BANK XİAOMİ Mİ 3, Mİ TRUE WİRELESS QULAQLİQ, XİAOMİ Mİ BAND 5 SAAT üçün hazırda ümumilikdə 22,8 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 168 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 3150 manat olan ACER ASPİRE 3 KOMPUTER, “XİAOMİ POCO X3 PRO” markalı telefon üçün hazırda ümumilikdə 1042 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 2108 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 830,01 manat bağ MƏHSUL QAYTARİLMASİNDAN SONRA QALAN BORC hazırda ümumilikdə 625,01 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 205 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 687,6 manat olan SAMSUNG YADDAŞ KARTİ, JBL XTREME 2 AKUSTİKA üçün hazırda ümumilikdə 437,5 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 250,1 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021- ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən İMEİ kodu **********95967 olan “XİAOMİ POCO X3 PRO” markalı telefon, BİKE VİSTA VELOSİPED, POWER BANK XİAOMİ Mİ 3, Mİ TRUE WİRELESS QULAQLİQ, XİAOMİ Mİ BAND 5 SİMAEATİ, “XİAOMİ POCO M3” markalı telefon, ACER ASPİRE 3 KOMPUTER, “XİAOMİ POCO X3 PRO” markalı telefon iddiaçıdan tam qüsursuz halda təhvil alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 48,63 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alğı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməmiş, nəticədə iddiaçıya xx.xx.2021 müqavilə üzrə 284 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 248,2 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 22,8 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1042 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 625,01 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə437,5 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı məbləği tələb etməkdə haqlı olmuşdur. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə hesab edir ki, 284 manat əsas borca 28 manat, 248,2 manat əsas borca 24,8 manat, 22,8 manat əsas borca 2,2 manat, 1042 manat əsas borca 104 manat cərimənin, 437,5 manat əsas borca 43,5 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. Bu səbəbdən iddia təmin edilməlidir. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 48,63 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 284 manat ödənilməmiş hissə, 28 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 248,2 manat ödənilməmiş hissə, 24,8 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 22,8 manat ödənilməmiş hissə, 2,2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1042 manat ödənilməmiş hissə, 104 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 625,01 manat ödənilməmiş hissə, xx.xx.2021ci il tarixli müqavilə üzrə 437,5 manat ödənilməmiş hissə, 43,5 manat cərimə olmaqla, ümumilikdə 2862 (iki min səkkiz yüz altmış iki) manat 01 (bir) qəpik pul və 48 (qırx səkkiz) manat 63 (altmış üç) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-4356/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4356/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver