Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4404/2022 14.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən Alyans çarpayı, Alyans dolab, Alyans termo, Alyans tumba, matras, mətbəx mebeli, HOFFMANN LED TV, HOFFMANN markalı paltaryuyan, Samsung Galaxy A20s markalı telefon, Blackview markalı telefon, HOFFMANN markalı mini soba, Samsung markalı paltaryuyan, Philips markalı saçqırxan almış və nəticədə 6639 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2904 manat olan Alyans çarpayı, Alyans dolab, Alyans termo, Alyans tumba, matras üçün ümumilikdə, 2359 manat olmaqla ondan, 1815 manat ödənilməmiş hissə, 544 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1460 manat olan mətbəx mebeli üçün ümumilikdə, 1803 manat olmaqla ondan, 1387 manat ödənilməmiş hissə, 416 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1549 manat olan HOFFMANN LED TV, HOFFMANN markalı paltaryuyan üçün ümumilikdə, 1006 manat olmaqla ondan, 774 manat ödənilməmiş hissə, 232 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 889 manat olan Samsung Galaxy A20s markalı telefon, Blackview markalı telefon üçün ümumilikdə, 769 manat olmaqla ondan, 592 manat ödənilməmiş hissə, 177 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 240 manat olan HOFFMANN markalı mini soba üçün ümumilikdə, 286 manat olmaqla ondan, 220 manat ödənilməmiş hissə, 66 manat dəbbə; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1536 manat olan Samsung markalı paltaryuyan, Philips markalı saçqırxan üçün ümumilikdə, 416 manat olmaqla ondan, 320 manat ödənilməmiş hissə, 96 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3470 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Alyans çarpayı, Alyans dolab, Alyans termo, Alyans tumba, matras üçün 1815 manat ödənilməmiş hissə, 544 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən mətbəx mebeli üçün 1387 manat ödənilməmiş hissə, 416 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN LED TV, HOFFMANN markalı paltaryuyan üçün 774 manat ödənilməmiş hissə, 232 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy A20s markalı telefon, Blackview markalı telefon üçün 592 manat ödənilməmiş hissə, 177 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN markalı mini soba üçün 220 manat ödənilməmiş hissə, 66 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Samsung markalı paltaryuyan, Philips markalı saçqırxan üçün 320 manat ödənilməmiş hissə, 96 manat dəbbə, ümumilikdə 6639 manat borc, 86.39 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul edir. Belə ki, əvvəllər yaxşı müştəri olmuşdur. Sonuncu dəfə yaxın qohumu üçün cehiz əşyaları almış, onlar pandemiyaya görə maddi vəziyyətləri aşağı olduğundan ödəniş edə bilməmişdir. İddiaçının nümayəndələri tərəfindən ona birdəfəlik 600 manat, daha sonra hissə-hissə ödəniş etməli olduğu bildirilmişdir. Lakin sərt karantin dövründə həm işləmədiyi, həm də xəstə olduğu üçün 150 manat birdəfəlik ödəniş edəcəyini bildirmiş, aralarında razılıq əldə olunmamışdır. Ailəlidir, himayəsində 3 uşaq var. Hazırda hər ay 100 manat ödəniş edə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 24 ay müddətində hər ay 121 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 2904 manat olan Alyans çarpayı, Alyans dolab, Alyans termo, Alyans tumba, matras üçün 1089 manat ödəniş etmiş və 1815 manat ödənilməmiş borcu qalmış, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 20 ay müddətində hər ay 73 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 1460 manat olan mətbəx mebeli üçün 73 manat ödəniş etmiş və 1387 manat ödənilməmiş borcu qalmış, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödəniş 1 manat olmaqla, qalan məbləği 18 ay müddətində hər ay 86 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 1549 manat olan HOFFMANN LED TV, HOFFMANN markalı paltaryuyan üçün 775 manat ödəniş etmiş və 774 manat ödənilməmiş borcu qalmış, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödəniş 1 manat olmaqla, qalan məbləği 12 ay müddətində hər ay 74 manat ödəmək şərti ilə aldığı, alqısatqı qiyməti 889 manat olan Samsung Galaxy A20s markalı telefon, Blackview markalı telefon üçün 297 manat ödəniş etmiş və 592 manat ödənilməmiş borcu qalmış, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 12 ay müddətində hər ay 20 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 240 manat olan HOFFMANN markalı mini soba üçün 20 manat ödəniş etmiş və 220 manat ödənilməmiş borcu qalmış, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 24 ay müddətində hər ay 64 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 1536 manat olan Samsung markalı paltaryuyan, Philips markalı saçqırxan üçün 1216 manat ödəniş etmiş və 320 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrdən görünür ki, müqavilələrə əsasən Cavabdeh "xxxx" MMC-dən Alyans çarpayı, Alyans dolab, Alyans termo, Alyans tumba, matras, mətbəx mebeli, HOFFMANN LED TV, HOFFMANN markalı paltaryuyan, Samsung Galaxy A20s markalı telefon, Blackview markalı telefon, HOFFMANN markalı mini soba, Samsung markalı paltaryuyan, Philips markalı saçqırxan almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh "xxxx" MMC-dən xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrdə nəzərdə tutulmuş əşyaları qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən ödənişlər etməyi ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2018-ci il tarixli müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2019cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2018-ci il tarixlərdə bağlanmış müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya 5108 manat ödənilməmiş hissə, 1531 manat dəbbə pulu, ümumilikdə 6639 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 170 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 120 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 60 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 30 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 5108 manat əsas borc, 450 manat dəbbə, cəmi 5558 manat məbləğində pul və 86.39 manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5108 manat əsas borc, 450 manat dəbbə pulu, cəmi 5558 (beş min beş yüz əlli səkkiz) manat məbləğində pul və 86.39 (səksən altı manat otuz doqquz qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-4404/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4404/2022
14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver