Məhkəmə qərarları › İş №e-2(060)-4415/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4415/2024

21.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4415/2024 21.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X73 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili X66, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X40 və Hacıyeva (Mehrəliyeva) Təranə İnqilab qızının iştirakları ilə İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh3, Qusar Rayon Notariat ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı «vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi tələbinə dair» iddia ərizəsi üzrə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X40 və Hacıyeva (Mehrəliyeva) Təranə İnqilab qızının cavabdehlər Cavabdeh3, Qusar Rayon Notariat ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı «vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi tələbi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçıların nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Notariat Ofisi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, 2V-482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair Cavabdeh3 tam mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, X5 miras qalmış miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair İddiaçı3 1/3 hissədə, İddiaçı2 1/3 hissədə, İddiaçı1 1/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi Vəkil1 iddia ərizəsinə dəqiqləşmə verərək, Qusar Rayon Notariat Ofisi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, 2V-482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair Cavabdeh3 tam mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi; X5 miras qalmış miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair İddiaçı3 1/6 hissədə, İddiaçı2 1/6 hissədə, İddiaçı1 1/6 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi Vəkil1 iddia ərizəsinə dəqiqləşmə verərək, Qusar Rayon Notariat Ofisi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, 2V482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; Həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair Cavabdeh3 tam mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi; X5 miras qalmış miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair İddiaçı3 1/9 hissədə, İddiaçı2 1/9 hissədə, İddiaçı1 1/9 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsi X4na məxsus olmuşdur. Ağarəhim Mehrəliyev xx.xx.1975-ci ildə dünyasını dəyişmişdir. Miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsindən ibarət olan miras əmlak barədə X6 qızı, xx.xx.1946-cı il təvəllüdlü Cavabdeh3 müraciəti əsasında Qusar rayon Notariat Ofisində vərəsəlik işi açılmışdır. Miras əmlak barədə notarius tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2V-482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh3 adına mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən dövlət reyestrindən çıxarış verilmişdir. Hesab edir ki, xx.xx.2019-cu il tarixli, 2V- 482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında Cavabdeh3 adına mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarış ləğv edilməli, iddiaçıların hər birinin miras əmlaka dair 1/9 payı müəyyən edilməlidir. Belə ki, X15 xx.xx.1975-ci ildə dünyasını dəyişmişdir. Onun ölümündən sonra miras əmlakda oğlu X19 və ailə üzvləri yəni, hazırkı iddiaçılar həyat yoldaşı İddiaçı3, övladları X30 və X20 yaşamışlar. X19 xx.xx.1999-cu ildə dünyasını dəyişmiş və onun ölümündən sonra miras əmlakda onun vərəsələri həyat yoldaşı İddiaçı3, övladları X30 və X20 yaşamışlar. Belə ki, həyat yoldaşının ölümündən sonra (xx.xx.1999-cu il) İddiaçı3 fərdi yaşayış evini abadlaşdırmış, təsərrüfat aparmış, o cümlədən müxtəlif ağaclar (tut, heyva, fındıq və.s.) əkmiş və becərmiş, yaşayış evində təmir bərpa, yaxşılaşdırma işləri görmüş, yay istirahəti üçün evdə əlverişli şərait yaratmış, uzun illər bütün kommunal xərclər, dövlət rüsum və ödənişləri İddiaçı3 tərəfindən həyata keçirilmişdir. (sayı və həcmi çox olduğundan məhkəmə iclasında müxtəlif ödənişlərlə bağlı qəbzlərəlavə olunacaq). MPM-nin 150.3-cü maddəsinə görə iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Onu da qeyd edir ki, hal-hazırda belə İddiaçı3 cehiz, ev, məişət, mebel əşyaları həmin evdə qalmaqdadır. Nəticə etibarı ilə iddiaçılar miras əmlakı faktiki olaraq şəksiz və maneəsiz idarə etməklə, orada təsərrüfat aparmaqla qəbul etmişlər. Göründüyü kimi yüksələn xətt üzrə, irsi transmissiya qaydasında X5 miras qalmış miras əmlak barəsində vərəsəlik hüquqları onun övladı X11, sonuncunun ölümündən sonra isə (xx.xx.1999-cu il) ailə üzvləri olan vərəsələrinə, yəni iddiaçılara keçmişdir. Cavabdeh3 isə 1977-ci ildə ailə həyatı quraraq rəsmi nikaha daxil olaraq Sumqayıt şəhərinə köçmüşdür. Qeyd edir ki, iddiaçılar hər yay istirahət üçün ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində gəlib yaşamışlar. Lakin sonuncu dəfə 2023-cü ilin avqust ayında gedəndə Cavabdeh3 iddiaçıların gəlməyinə etiraz edərək artıq evi özadına sənədləşdirdiyini bildirmişdir. Həmin ilin sentyabr ayında maraqlandıqda məlum olmuşdur ki, cavabdeh hüquqdan sui-istifadə edərək, gizli şəkildə, iddiaçılara xəbər vermədən, guya orada yaşamasına dair saxta sənəd əldə etməklə 2019-cu ildə notariusda sözügedən şəhadətnaməni almış və həmin şəhadətnamə əsasında özadına çıxarış əldə etmişdir. İddiaçıların nümayəndəsi Vəkil1 eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiasının qəbul edib təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, miras qoyan X15 xx.xx.1975-ci ildə vəfat etmişdir, o cümlədən Cavabdeh3 miras qoyan X6 öz qızıdır və qanun üzrə vərəsədir. Bundan başqa iş materiallarından məlum olur ki, xx.xx.1999-cu ildə vəfat etmiş X19 miras qoyan X6 oğludur, o cümlədən iddiaçılar X8 həyat yoldaşı, İddiaçı2 və İddiaçı1 atasıdır. Bundan başqa iş materiallarından məlum olur ki, vəfat etmiş X26 miras qoyan X6 digər oğludur, o cümlədən üçüncü şəxs kimi məhkəməyə ərizə vermiş X40 və Hacıyeva (Mehrəliyeva) Təranə İnqilab qızının atasıdır. Göründüyü kimi, miras qoyanların hamısı hal hazırda qüvvədə olan Mülki Məcəllədən əvvəlki dövrdə vəfat edib. Yəni hüquqi münasibətin yarandığı vaxt qüvvədə olan 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsi qüvvədə idi. Məhz bunu iddia ərizəsində iddiaçılar da haqlı olaraq qeyd edir ki, “mübahisəli hüquq münasibətlərinin 1975-ci ildə yaranması hazırki mübahisəyə xx.xx.2000-ci il tarixədək qüvvədə olan SSR Mülki Məcəlləsinin aidiyyəti normalarının tətbiq edilməsini şərtləndirir”. Məhz 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) 3 il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Bütün bunlardan göründüyü kimi, iddiaçılar iddia müddəti üzrə nəzərdə tutulan 3 illik iddia müddətinin, o cümlədən mirasın qəbulu üçün nəzərdə tutulan müddəti ötürmüşdür. Bu səbəblə iddiaçıların və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddia tələbi üzrə iddia müddəti tətbiq edilərək rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçıların nümayəndəsi Vəkil1 cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə münasibət bildirərək göstərdi ki, qarşı tərəf iddia müddətinin tətbiqi barədə ərizə verərək müddətin axımının miras əmlak barədə notarius tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2V-482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi andan hesablanmalı olmasına istinad etmişdir. Lakin xx.xx.1965-ci il tarixdə qüvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR-nin Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Onlar iddia ərizəsində xüsusi olaraq vurğulamışlar ki, "sonuncu dəfə 2023-cü ilin avqust ayında gedəndə Cavabdeh3 iddiaçıların gəlməyinə etiraz edərək artıq evi öz adına sənədləşdirdiyini bildirmişdir. Həmin ilin sentyabr ayında maraqlandıqda məlum olmuşdur ki, cavabdeh hüquqdan sui-istifadə edərək, gizli şəkildə, iddiaçılara xəbər vermədən, guya orada yaşamasına dair saxta sənəd əldə etməklə 2019-cu ildə notariusda sözügedən şəhadətnaməni almış və həmin şəhadətnamə əsasında öz adına çıxarış əldə etmişdir." Bunu həmçinin vəkil X41 da öz cavab məktubunda bildirmişdir. Belə ki, məktubda göstərmişdir ki, “X21 2023-cü ilin sentyabr ayının əvvəlində vəkil ofisinə gələrək X5 miras qalmış əmlak barədə hüquq xidmət göstərilməsi üçün müraciət etmişdir. Ofisdə Mobil Notariat vasitəsi ilə müəyyən edilmişdir ki, X15 barəsində 2019-cu il tarixli vərəsəlik işi açılmışdır.” Göründüyü kimi iddiaçılar mübahisələndirilən vərəsəlik şəhadətnaməsindən 2023-cü ilin sentyabr ayından məlumatlı olmuşlar. Yəni öz hüquqlarının pozulduğu bildikləri an məhz 2023-cü ilin sentyabr ayı olmuşdur. Həmin müddətdən hesablandıqda isə iddia müddəti keçməmişdir. Azərbaycan SSR-nin Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsəyə məxsus hesab olunur. Qeyd edir ki, miras əmlakı iddiaçı öz əri X9 ölümündən sonra, xx.xx.1999-cu ildən faktiki olaraq qəbul etmişdir. Yəni burada işin mahiyyəti vərəsənin mirası qəbul edib-etməməsinin müəyyən edilməsidir ki, İddiaçı3 fərdi yaşayış evini abadlaşdırmış, təsərrüfat aparmış, o cümlədən müxtəlif ağaclar (tut, heyva, fındıq, alma və.s.) əkmiş və becərmiş, bugünki gündə də ona məxsus əşyalar həmin evdə qalmışdır. Cavabdeh tərəfin şahid kimi qeyd etdikəri şəxslərdən X42, X72 və X3 Teyfur Novruzəli oğlunun 2008-ci il tarixdən 2022-ci ilin avqust ayınadək həmin evdə kirayədə qaldığını və aylıq 50 manat kirayə haqqını X13 göndərdiyini bildirmişlər. Elə bu faktın özü göstərir ki, həmin şəxslər də, X27 da evin sahibi kimi məhz X14 tanımışlar. Əksi təqdirdə aylıq kirayə haqqını İddiaçı3 deyil, Cavabdeh3 göndərmiş olardı. İşgüzar adətlərə görə evin kirayə haqqı həmin evin sahibinə ödənilir. Yəni cavabdehin xeyrinə ifadələr yazmış şahidlər də evin sahibinin İddiaçı3 olduğunu dolayısı ilə bir daha sübut etmişlər. Əgər evin sahibi cavabdeh idisə, miras əmlakı faktiki olaraq o qəbul etmişdirsə niyə kirayə haqqı cavabdehə deyil iddiaçıya ödənilmişdir. Xüsusi olaraq qeyd edi ki, miras iddiaçı tərəfindən hələ xx.xx.1999-cu ildən faktiki olaraq qəbul edilmişdir. Məhkəməyə təqdim edilən qəbzlərdən də göründüyü kimi bütün dövlət, vergi, kommunal borclar iddiaçı tərəfindən ödənilmişdir. Eyni zamanda Cavabdeh3 isə 1977-ci ildə ailə həyatı quraraq rəsmi nikaha daxil olaraq Sumqayıt şəhərinə köçmüşdür. Bu barədə nikah sənədini və köçərkən apardığı cehiz əşyalarının siyahısı da əlavə edilmişdir. Şahid qeyd etdikləri şəxslər isə tutma, öyrədilmiş şəxslərdir ki, elə əlyazmalara baxdıqda bir çoxu eyni şəxs tərəfindən icra edilmiş kimi görünür. Həmçinin cavabdeh Fəridə X1 öz evinə çağıraraq İddiaçı3 əleyhinə, həqiqətə uyğun olmayan böhtanlarla olan ərizəyə qol çəkməyə israr etmişdir. Bunu özü və qızı İlhamə İsayevanın məhkəməyə ünvanlanmış ərizəsindən aşkar görmək olar. Həmçinin həmin şəxslər ərizəsində göstərmişdir ki, İddiaçı3 həmin evdə təmir işi görmüş, ağaclar əkmişdir. İlhamə İsayeva isə təmənnasız olaraq həmin evdə uzun müddət yaşamışdır. Möhtərəm hakim çox gümanki Cavabdeh3 şahid kimi təqdim etdikləri şəxsləri də həmin qaydada ərizələrə imza atmağa təhrik etmişdir. Bütün bunlar hüquqdan sui-istifadə, sübutları saxtalaşdırmaqdır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Qusar Rayon Notariat ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Eyni zamanda cavabdeh Qusar Rayon Notariat ofisi məktubla müraciət edərək məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs T.İ.Hacıyeva (Mehrəliyeva) ərizəsini müdafiə edərək bildirdi ki, X26 onun babasıdır. Atası 1978-ci ildə ölmüşdür. O, 1994-cü ildə ailə həyatı quraraq Qusar rayonu Kuzunqışlaq kəndində yaşayır. Əvvəllər ehtiyac olmadığı üçün vərəsəliklə bağlı müraciət etməmişdir. Ümumiyyətlə onun baba mirasının bibisinə keçməyindən məlumatsız olub. Belə ki, o, əvvəllər sözügedən fərdi evə gedib gəlmiş və orada heç kim yaşamamışdır. Son iki ildirki, gedə bilmir. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X40 ərizəsini müdafiə edərək bildirdi ki, ataları X26 onların doğma atalarıdır və vərəsələr arasında ona düşməli olan pay 1/3 hissədir. Hər iki övlad olaraq onlara isə bərabər payda, yəni 1/3-ni yarısı qədər 1/6 hissədə pay düşməlidir. Vərəsə kimi aralarında hər hansı bir mübahisə olmadığı üçün əvvəl pay tələb etməmişdir. Onun sözügedən fərdi evə dair Fəridənin adına çıxarış olmasını məhkəmə gedişatında məlumatı olmuşdur. Qeyd olunanları nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X36 bildirdi ki, o, Bəxtiyar Mehrəliyevlə bir yerdə işləmişlər. Bəxtiyar 1999-cu ilin dekabr ayının 12-də rəhmətə getmişdir. Bəxtiyar ölməmişdən bir il əvvəl onunla Sumqayıt şəhərinə bacısı Fəridənin yanına gəlmiş və onlar vərəsəliklə bağlı notariusa getmişlər, lakin həmin vaxt notarius işləməmişdir. Hazırda ünvan 4 ünvanında yerləşən fərdi evə yay vaxtı Bəxtiyarla gedib-gəlmiş orada nə iddiaçıları nə də cavabdehin yaşadıqlarını görmüşdür. Bəxtiyar öləndən sonra o, Zemfirayla 2008-ci ilə kimi həmin evə gedib gəlmişlər. Həmin vaxtıda orada yaşayış olmamışdır. Bir dəfə Zemfira ona Fəridənin ondan sözügedən evin açarlarını istəmişdir. Səbəbini soruşduqda Fəridə həmin ev qardaş payı kimi orada məskunlaşıb yaşayacağını əvəzində qardaşı uşaqları olan İlhamə və Ülviyə üçün ayrıca mənzil alıb verəcəyini vəd etdiyi üçün Zemfira evin açarlarını Fəridəyə vermişdir. O, açarı verdiyi üçün Zemfiraya bu barədə irad bildirmişdir. Məhkəmə tərəflərin nümayəndələrini, üçüncü şəxsləri və şahidi dinləyib, iş materiallarını belə hesab edir ki, ilkin iddia tələbi və müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiası təmin olunmamalıdır. İş materiallarında olan İ-JQ №322663 saylı, xx.xx.1975-ci il tarixli “Ölüm haqqında şəhdətnamə”nin surətindən görünür ki, X15 xx.xx.1975-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İ № 941903 saylı, xx.xx.2018-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X19 xx.xx.1999-cu il tarixdə ölmüşdür. İşə əlavə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 7 saylı fərdi yaşayış evi X10 adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan “Doğum haqqında arayışın surətlərindən görünür ki, X28 xx.xx.1946-cı il və X23 17 aprel 1943-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. Ata qrafasında X16, ana qrafasında X50 qeyd edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.1975-ci il tarixdə ölmüş X15 vərəsəsi Cavabdeh3 miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsinin rəisi tərəfindən xx.xx.2018-ci il tarixdə X7 verilmiş **********69-10301 reyestr nömrəli, **********7 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,06522 ha olan torpaq sahəsindən və üzərində yerləşən ümumi sahəsi 91.2 kv/m olan fərdi yaşayış evindən X4na məxsus olan hissəsi. İş materiallarında olan Azərbaycan Respublikası Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli arayışının surətindən görünür ki, xx.xx.1975-ci ildə vəfat etmiş X4 vəfat etdiyi günədək Qusar şəhəri T.İsmayılov küçəsi 98 saylı evdə yaşamışdır və vəfatından sonra həyat yoldaşı-X43, X26, X19 və Cavabdeh3 vərəsə kimi qalmışdırlar. İş materiallarında olan Azərbaycan Respublikası Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22.0.2019-cu il tarixli arayışının surətindən görünür ki, Cavabdeh3 Qusar şəhəri, T.İsmayılov küçəsi, 98 saylı evdə müvəqqəti qeydiyyatsız yaşayır. İşdə olan “23.10.208-ci il tarixli, JQ №499088 saylı “Ölüm haqqında şəhadətnaməsi”nin surətindən görünür ki, X37 xx.xx.1995-ci il tarixdə ölmüşdür. İşə əlavə olan AZ №059507 saylı, xx.xx.1967-ci il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Zemfira Müzəffər qızı ilə xx.xx.1967-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və tərəflərin birgə nikahlarından X32 və X33 anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh3 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Qusar rayonu, Qusar Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, ünvan 6 nömrəli evdə yaşayan Cavabdeh3 onun əmlak və torpaq vergiləri üzrə 02 sentyabr 2024-cü il tarixə heç bir borcu qalmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X26 ilə X24 birgə nikahlarından X34 və X40 anadan olmuşdur. İş materiallarında olan İ-JQ № 402799 saylı, xx.xx.1978-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X26 xx.xx.1978-ci il tarixdə ölmüşdür. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququ ölmüş şəxsə (miras qoyana) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə keçməsinə hüquqi zəmanət verir. Bu hüquq miras qoyanın öz əmlakına dair sərəncam vermək hüququnun (vəsiyyət üzrə), həmin şəxs vəsiyyətnamə qoymadığı halda qanun üzrə vərəsəlik hüququnun, vərəsələrin isə miras payını əldə etmək hüququnun həyata keçirilməsinə təminat verir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Eyni zamanda qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Məhz göstərilənlərə əsasən məhkəmə iş üzrə müəyyən edilmiş hallara, yəni iddiaçılar tərəfindən miras açıldıqdan sonra mirasın qəbul edilməsi barədə müvafiq notariat orqanına ərizənin verilməməsini, onun miras əmlaka sahiblik etməməsini və əmlakı idarə etməyə faktiki başlamadığını nəzərə alaraq və hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən mirasın qanunla müəyyən edilmiş müddət ərizəndə qəbul edilməsi həyata keçirilməmiş və bu müddət ötürülmüşdür. Belə ki, iddiaçıların öz ərizəsindən də göründüyü kimi, miras qoyanın xx.xx.1975-ci ildə vəfat etməsini və həmin vaxtdan mirasın açılması faktını bildiyi halda qanunun müəyyən etdiyi müddətdə qanun üzrə vərəsə kimi mirası qəbul etmək üçün heç bir əməli tədbir görməmişdir. Hazırda isə cavabdeh mübahisəli əmlakı tam qanuni şəkildə öz doğmalarından miras qalmış əmlak kimi qəbul etmiş və mülkiyyətinə keçirmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qusar rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 0,06522 ha olan torpaq sahəsindən və üzərində yerləşən ümumi sahəsi 91.2 kv/m olan fərdi yaşayış evi Cavabdeh3 verilmişdir. Belə ki, miras qoyan X15 xx.xx.1975-ci ildə vəfat etmişdir, o cümlədən Cavabdeh3 miras qoyan X6 öz qızıdır və qanun üzrə vərəsədir. Bundan başqa iş materiallarından məlum olur ki, xx.xx.1999-cu ildə vəfat etmiş X19 miras qoyan X6 oğludur, o cümlədən iddiaçılar X8 həyat yoldaşı, İddiaçı2 və İddiaçı1 atasıdır. Bundan başqa iş materiallarından məlum olur ki, vəfat etmiş X26 miras qoyan X6 digər oğludur, o cümlədən üçüncü şəxs kimi məhkəməyə ərizə vermiş X40 və Hacıyeva (Mehrəliyeva) Təranə İnqilab qızının atasıdır. Göründüyü kimi, miras qoyanların hamısı hal hazırda qüvvədə olan Mülki Məcəllədən əvvəlki dövrdə vəfat edib. Yəni hüquqi münasibətin yarandığı vaxt qüvvədə olan 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsi qüvvədə idi. Məhz bunu iddia ərizəsində iddiaçılar da haqlı olaraq qeyd edir ki, “mübahisəli hüquq münasibətlərinin 1975-ci ildə yaranması hazırki mübahisəyə xx.xx.2000-ci il tarixədək qüvvədə olan SSR Mülki Məcəlləsinin aidiyyəti normalarının tətbiq edilməsini şərtləndirir”. Məhz 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) 3 il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Bütün bunlardan göründüyü kimi, iddiaçılar iddia müddəti üzrə nəzərdə tutulan 3 illik iddia müddətinin, o cümlədən mirasın qəbulu üçün nəzərdə tutulan müddəti ötürmüşdür. Ona görə də məhkəmə qeyd etməyi zəruri bilir ki, məhz həmin miras qalmış əmlakın hazırki iş üzrə cavabdehin adına rəsmiləşdirilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, məhkəmə iddiaçıların və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərin öz iddiasında gətirdiyi dəlilləri əsassız sayır və iddianın rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar X17, İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh3, Qusar Rayon Notariat ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı «vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi tələbinə dair» iddia ərizəsi üzrə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X40 və Hacıyeva (Mehrəliyeva) Təranə İnqilab qızının cavabdehlər Cavabdeh3, Qusar Rayon Notariat ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı «vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi tələbi» barədə ərizələr təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar