Məhkəmə qərarları › İş №e-2(060)-4441/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-4441/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-4441/2023 19.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə ərizə ilə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh S3K4578255 nömrəli, 27 fevral 2019-cu il tarixli müqavilə üzrə 2946 manat əsas, 882 manat dəbbə pulu, 59 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3887 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi S3K4578255 nömrəli, 27 fevral 2019-cu il tarixli müqavilə İddiaçı ilə X1 arasında bağlanılmışdır. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı tərəfindən X1 barədə vərəsəlik işinin açılmadığı qeyd edilsə də, həmin faktları təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmə hesab edir ki, ərizə məhkəməyə verilərkən MPM-nin 284-4-cü maddəsinin göstərişinə uyğun olmadığından iddianın sadələşdirilmiş qaydada baxılması yolverilməzdir. Odur ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci və 284-4.2-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın . İddiaçıya hazırkı məsələ ilə bağlı iddia icraatı qaydasında iddia tələbi ilə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar