Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4460/2023 16.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X40 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X6 İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdehna və üçüncü şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinə qarşı “mirasın vərəsə tərəfindən qəbul edilmiş sayılması, miras paylarının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan X11 JN-1253B nömrəli 30800118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətində olmuş Novxanı bağlar zonasında yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 3834 saylı bağ sahəsinin tərəfindən qəbul edilmiş sayılması, həmin miras əmlaka payının 13/12 hissədə, Cavabdehnın 13/1 hissədə müəyyən edilməsi, ona vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianın dəyişdirilməsi barədə ərizə verərək, miras qoyan X11 JN-1253B nömrəli 30800118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətində olmuş Novxanı bağlar zonasında yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 3834 saylı bağ sahəsinin iddiaçı tərəfindən qəbul edilmiş sayılması, həmin miras əmlaka iddiaçının payının 10/9 hissədə, Cavabdehnın 9/1 hissədə müəyyən edilməsi, iddiaçıya vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, miras qoyan X19 21 mart 2013-cü ildə tarixdə dünyasını dəyişmişdir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsi). Mərhumun sağlığında ona məxsus olmuş bütün əmlakının müəyyən etdiyi paylarla 13 vərəsəyə miras qoyması barədə tərtib edərək imzaladığı vəsiyyətnamə xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, 9 saylı notariat kontorunda reyestrdə 2V-1/89 nömrə ilə qeyd edilərək həmin notariat kontoruna notariusu R.Z.Sadıqov tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər ikiəsasla keçir. Vərəsə Cavabdeh istisna olmaqla digər vərəsələr mirasın tam ona keçməsi üçün mirasın qəbulundan imtina etmişlər. Lakin vərəsə Cavabdeh ölkə hüdudlarından kənarda olduğundan, onun olduğu yeri müəyyən edilmədiyindən bu barədə ərizə verə bilməmişdir. Buna görə də həmin vərəsələr mirasdan onun xeyrinə imtina etmələri barədə təkrarən notarial qaydada təsdiq olunmuş ərizə vermişlər. X1 xəstəliyi ilə bağlı, X15 ilə əlaqə yarada bilmədiyinə görə müvafiq ərizə verilməmişdir. Halbuki onların hər ikisi aralarındakı razılaşmaya əsasən ilk ərizələrində mirasdan onun xeyrinə imtina etmişlər. Buna görə də vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair ərizə ilə 1 saylı Bakı“Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Lakin ərizəsi təmin edilməmişdir. Həmin Notariat Ofisi gəldiyi nəticəni onunla əsaslandırır ki, mirasın qəbulu müddətinin bərpası və vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə olunur. Halbuki vərəsələrin dairəsi vəsiyyətnamədə qeyd olunmuşdur. Mirasın qəbulu müddətinin bərpası ilə bağlı bildirir ki, Bakı şəhəri Xətai rayon vətəndaş vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən verilməsi 04 sentyabr 1969-cu il tarixli AZ seriyalı 000353 nömrəli övladlığa götürmə haqqında şəhadətnaməyə əsasən o, miras qoyan və onun həyat yoldaşı tərəfindən övladlığa götürülmüşdür. Miras qoyan dünyasını dəyişdikdən sonra ona yas mərasimləri keçirərək məzar daşı qoymuş, mərhumdan qalan əmlakı saxlamış, idarə etmiş, istifadə etmişdir. Miras əmlak JN-1253B nömrəli, 30800118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mərhumun mülkiyyətində olmuş Novxanı bağlar ərazisindəki 012 ha torpaq sahəsində yerləşən 3834 saylı bağ sahəsidir. Qeyd edilənlərə əsasən miras əmlakın tərəfindən qəbul edilmiş sayılması, həmin əmlakda miras payının 10/9 hissə, Cavabdehnın payının isə 9/1 hissədə müəyyən edilməsi, ona vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə qətnamə edilməlidir. İddia tələbi 18 aprel 2009-cu il tarixli vəsiyyətnamə, vərəsələr X4 01 sentyabr 2013-cü il tarixli ərizəsi, X20 07 sentyabr 2013-cü il, 28 aprel 2023-cü il tarixli, X13 10 mart 2023-cü il tarixli, X29 10 mart 2023-cü il, 12 may 2023-cü il tarixli, azyaşlı X8 qanuni nümayəndəsi X30 19 avqust 2013-cü il tarixli, X8 28 aprel 2023-cü il tarixli, X21 19 avqust 2013-cü il tarixli, 07 may 2023-cü il tarixli, X22 01 sentyabr 2013-cü il tarixli, 03 may 2023-cü il tarixli, X23 01 sentyabr 2023-cü il tarixli, 03 may 2023-cü il tarixli, X24 18 avqust 2013-cü il tarixli, 02 may 2023-cü il tarixli, X3 19 avqust 2013-cü il tarixli, 01 may 2023-cü il tarixli, X9 05 sentyabr 2013-cü il tarixli ərizələri torpağın mülkiyyətə verilməsinə dair JN-1253B nömrəli, 30800118 kodlu şəhadətnamə, AZ seriyalı 000353 nömrəli övladlığa götürülmə haqqında şəhadətnamə və digər sübutlarla təsdiq olunur. İddiaçının nümayəndəsi məhkəmədə eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehna və üçüncü şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X25 bildirdi ki, o, xx.xx.2013-cü il tarxidə ölmüş X10 varisidir. O, payına düşən miras payından İddiaçı xeyrinə imtina etmişdir. Belə ki, iddiaçı o, və digər vərəsələrin payına düşən miras payının dəyərini onlara ödəmişdir. Məhkəmədə şahidlər X33, X5 və X44 şahid Y.İ.Gülümcanovun ifadəsinə uyğun izahat verdilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını hərtərəfli tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X31, X25, X2 Əsli Allahverdi qızı, X35, X36, X37, X45, X27 və X29 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, xx.xx.2013-cü ildə vəfat etmiş X10 vəfatından qalmış mirası qəbul etməmişlər, etmirlər. İddiaçı xeyrinə imtina edirlər. Gələcəkdə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün və bu hüququn bərpası üçün məhkəməyə müraciət etməyəcəklər. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinin İddiaçı İman oğluna ünvanladığı məktubdan görünür ki, X10 miras əmlakından paya vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müddəti qanunla müəyyən olunmuş qaydada ötürülmüşdür. Mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin bərpası və vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə olunur. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Novxanı bağlar zonasında yerləşən 0,12 ha torpaq sahəsi, 3834 saylı bağ sahəsi X10 mülkiyyətinə verilmişdir. İşə əlavə olan AZ-İ №610353 saylı, xx.xx.2013-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X19 21 mart 2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2009-cu il tarixli “Vəsiyyətnamə”nin surətindən görünür ki, X19 qeyd edilənlər barədə sərəncam verir: Ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ağaneymətulla küçəsi, 49a nömrəli evin altı nömrəli mənzilini, Sumqayıt şəhəri, Novxanı Bağları zonasında yerləşən 3834 saylı bağı, həmçinin vəfat edən günədək ona məxsus olan bütün digər əmlaklarını vəsiyyətnamədə adları qeyd olunan yaxın qohumları arasında bərabər paylarla bölünməsini vəsiyyət edir. Qeyd etdiyi qaydada bölünməsi üçün vəsiyyət üzrə vərəsələrdən İddiaçı və X16 vəsiyyətnamənin icraçıları təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Bununla belə, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1263-cü maddəsinə əsasən Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Sözügedən Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyriformal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir. Yəni vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Qanunun mənasına görə vərəsə tərəfindən miras kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Mirasın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudovun Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion” (sübutetmə yükü 6 təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırda X7 miras qalmış Novxanı bağlar massivində yerləşən 3834 nömrəli, 0,12 ha bağ sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir. Eyni zamanda vəsiyyətnamə üzrə adları qeyd olunan şəxslərsə öz paylarından iddiaçının xeyrinə imtina etmişdirlər. Hazırda məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməklə miras qoyan X11 JN-1253B nömrəli 30800118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətində olmuş Novxanı bağlar zonasında yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 3834 saylı bağ sahəsinin iddiaçı tərəfindən qəbul edilmiş sayılmalı, həmin miras əmlaka iddiaçının payının 10/9 hissədə, Cavabdehnın 9/1 hissədə müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin şəhadətnamənin verilməsi hissəsində təmin etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 100 (bir yüz) manat dövlət rusumu da Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Miras qoyan X11 JN-1253B nömrəli 30800118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətində olmuş Novxanı bağlar zonasında yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 3834 saylı bağ sahəsinin İddiaçı tərəfindən qəbul edilmiş sayılsın və həmin miras əmlaka İddiaçı payı 10/9 hissədə, Cavabdeh 9/1 hissədə müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) mnat dövlət rüsumu Cavabdehndan alınaraq iddiaçı X28 qanuni nümayəndəsi İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-4460/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4460/2023
16.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver