Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4468/2022 28.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbinə dair» iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 900 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən etibarnamə olmadan idarə edilən “Khazar Minik” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Binəqədi rayonu ərazisində “X5 818” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Binəqədi rayon DYPŞ inzibati xəta haqqında iş üzrə araşdırma aparmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.2, 332.3 və 332.4-cü maddələri ilə xx.xx.2021-ci il tarixli protokol tərtib edilmişdir. “Mercedes BenzAtego 818” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 900 manat ödəniş verilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. O, özünəməxsus avtomobillə yol nəqliyyat hadisəsi törətdiyini etiraf edir, onun nəqliyyat vasitəsini idarə etmək hüququ vardır, bununla bağlı sürücülük vəsiqəsini məhkəməyə təqdim etmşdir. Eləcə də baş vermiş hadisə zamanı hadisə yerindən yayınmamışdır. İddiaçı tərəfindən tələb olunan məbləğlə razı deyil, avtomaşına dəymiş zərər təxminən 100-200 manat civarında olardı. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: CML-3752/2021-AKT553/22 saylı sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı X2 idarə etdiyi **-DM-*** dövlət qeydiyyat nişanlı “Khazar-Minik” markalı avtomobil “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə xx.xx.2021-xx.xx.2022-ci illər müddətinə sığortalanmış, sığortalı xx.xx.2021-ci il tarixdə “X5 818” markalı **-ST-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə 900 manat həcmində zərər dəymiş və həmin sığorta ödənişi həyata keçirilmişdir. Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC 900 manat məbləğində sığorta ödənişi etmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Binəqədi rayon DYPŞ-nin arayışından görünür ki, xx.xx.2021-ci il tarixdə saat 08.30-da Cavabdeh tərəfindən idarə edilən “Khazar Minik” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomaşın Binəqədi rayonu ərazisində “X5 818” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Binəqədi RPİ DYPŞ-nin xx.xx.2021-ci il tarixli İXP ******* saylı inzibati haqqında protokolundan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 08.30-da “Khazar Minik” markalı **- DM-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2, 332.3-cü və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir. xx.xx.2021-ci il tarixl "xxxx" ASC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesabatından görünür ki, “Mercedes BenzAtego 818” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi zərər cəmi 900 manat qiymətləndirilmişdir. İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X3 ilə İddiaçı ASC arasında xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olan “Khazar Minik” markalı **-DM-*** dövlət nömrə nişanlı avtomaşına dair mülki məsuliyyətinin sığortalanması barədə xx.xx.2021-ci il tarixdə icbari sığorta müqaviləsi bağlanmışdır. xx.xx.2018-ci il tarixdə verilmiş AD № 307675 X1 Şəhadətnaməsindən görünür ki, Cavabdeh adına “Khazar Minik” markalı **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qeydə alınmışdır. Eyni zamandan EMİS-dən əldə edilmiş sürücülük vəsiqəsi haqqında Elektron çıxarışdan görünür ki, AC seriyalı 243751 saylı sürücülük vəsiqəsinə əsasən, B,C kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququ Cavabdeh xx.xx.2018-ci ildən xx.xx.2028-ci ilədək verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 926.3-cü maddəsınə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbarı sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edılır; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermış sığortaçının istifadə etmək hüququdur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan- fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqorıyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərılmış əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinın sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 8.1-ci maddəsinə əsasən icbari sığorta muqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında müvafiq icbari sığorta şəhadətnaməsının sığortaliya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbarı siğorta müqaviləsi 1 il müddətinə bağlanılır; Həmin Qanunun 25-ci maddəsində icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları nəzərdə tutulmuşdur. Həmin əsaslardan biri də iddiaçının iddia tələbinin əsası olaraq istinad etdiyi 25.1.3-cü maddəsidir. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Khazar Minik” markalı **-DM-*** dövlət nömrə nişanlı avtomaşın mülkiyyətçisinin mülki məsuliyyətinin icbari sığortası həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixdə saat 08.30-da Cavabdeh tərəfindən idarə edilən “Khazar Minik” markalı **-DM-*** dövlət nömrə nişanlı avtomaşın Sənan Fərəcovun idarə etdiyi “Mercedes BenzAtego 818” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymiş, zərərin əvəzi olaraq sığortaçı tərəfindən sığorta ödənişi ödənilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Khazar Minik” markalı **-DM-*** dövlət nömrə nişanlı avtomaşının idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edildiyini əsas gətirərək subroqasiya hüququnun yarandığını qeyd etmiş və bu hüquqdan istifadə edərək cavabdehlərə qarşı iddia qaldırmışdır. Göründüyü kimi, icbari sığortanın təmin edilməsi üçün sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə sığortalı “Khazar Minik” markalı **-DM-*** dövlət nömrə nişanlı avtomaşının sahibi arasında bir il müddətinə icbari sığorta müqaviləsi bağlanmışdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinin tələbləri baxımından Cavabdeh əmlak mənafeləri sığorta olunan hesab edilir. Məhkəmə qeyd edir ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində sığorta şəhadətnaməsində göstərilən əmlakı istismar etdiyi anda sığorta olunan hesab edilmiş şəxslər iki kateqoriyaya: həmin əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxslərə və sığortalının özünə bölünmüşdür. İşin hallarından göründüyü kimi cavabdeh nəqliyyat vasitəsini qanuni əsaslarla idarə etmişdir və nəqliyyat vasitələrini idarə etmək hüququna malik şəxsdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edır ki, bu Qanun avtonəqliyyat vasitəsi sahiblərının mülki məsuliyyətinin icbari sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərınin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir. Məhkəmə qanunvericiliyin tələblərini və mülki işin materiallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində cavabdehlərə qarşı subroqasiya hüququ yaranması barədə iddiası əsaslı deyildir. Belə ki, İcbari Sığortalar Haqqında Qanunun 25-ci maddəsinin əsasları, yəni hüququ olmayan şəxs tərəfindən əmlakın istismar edilməsi təqdim edilmiş sübutlarla öz təsdiqini tapmadı. Bu səbəbdən iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbinə dair» iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-4468/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4468/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver