Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4501/2022 19.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, Anhel markalı mebel, Camaro çarpayı, Camaro tumba üçün 1763,3 (bir min yeddi yüz altmış üç manat, otuz qəpik) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********12654 iPhone 8 plus markalı telefon üçün 1398,7 (bir min üç yüz doxsan səkkiz manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, Samsung LED TV, Yupiter asqı üçün 1081 (bir min səksən bir) manat ödənilməmiş hissə, ümumilikdə 4243 manat borc, 62,43 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, Anhel markalı mebel, Camaro çarpayı, Camaro tumba, İMEİ kodu **********12654 iPhone 8 plus markalı telefon, Samsung LED TV, Yupiter asqı üçün 4243 (dörd min iki yüz qırx üç) manat borc yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 1881,6 (bir min səkkiz yüz səksən bir bir manat, altmış qəpik) manat (31 ay x 58,8 manat + 58,8 manat ilkin ödəniş) olan Anhel markalı mebel, Camaro çarpayı, Camaro tumba üçün ümumilikdə, 1763,3 (bir min yeddi yüz altmış üç manat, otuz qəpik) manat olmaqla ondan, 1763,3 (bir min yeddi yüz altmış üç manat, otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 1465,2 (bir min dörd yüz altmış beş manat, iyirmi qəpik) manat (21 ay x 66,6 manat + 66,6 manat ilkin ödəniş) olan İMEİ kodu **********12654 iPhone 8 plus markalı telefon üçün ümumilikdə, 1398,7 (bir min üç yüz doxsan səkkiz manat, yetmiş qəpik) manat olmaqla ondan, 1398,7 (bir min üç yüz doxsan səkkiz manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqısatqı qiyməti 1148,86 (bir min yüz qırx səkkiz manat, səksən altı qəpik) manat (33 ay x 33,79 manat + 33,79 manat ilkin ödəniş) olan Samsung LED TV, Yupiter asqı üçün ümumilikdə, 1081 (bir min səksən bir) manat olmaqla ondan, 1081 (bir min səksən bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 252,66 manat təşkil edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00989785 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1465,2 (bir min dörd yüz altmış beş manat, iyirmi qəpik) manat olan İMEİ kodu **********12654 iPhone 8 plus markalı telefon almışdır. - 00989785 saylı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixli 01 №-li əlavə sazişdən görünür ki, Cavabdeh aldığı İMEİ kodu **********12654 iPhone 8 plus markalı telefonu 21 ay müddətinə, ilkin 66,6 manat ödənişlə, aylıq ödəniş 66,6 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01174606 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1148,86 (bir min yüz qırx səkkiz manat, səksən altı qəpik) manat olan Samsung LED TV, Yupiter asqı almışdır. - 01174606 saylı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixli 01 №-li əlavə sazişdən görünür ki, Cavabdeh aldığı Samsung LED TV, Yupiter asqını 33 ay müddətinə, ilkin 33,79 manat ödənişlə, aylıq ödəniş 37,9 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20019644 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1881,6 (bir min səkkiz yüz səksən bir bir manat, altmış qəpik) manat (31 ay x 58,8 manat + 58,8 manat ilkin ödəniş) olan Anhel markalı mebel, Camaro çarpayı, Camaro tumba almışdır. 20019644 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixli 01 №-li əlavə sazişdən görünür ki, Cavabdeh aldığı Anhel markalı mebel, Camaro çarpayı, Camaro tumbanı 31 ay müddətinə, ilkin 58,8 manat ödənişlə, aylıq ödəniş 58,8 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 21 ay müddətinə, ilkin 66,6 manat, aylıq ödəniş 66,6 manat olmaqla, İMEİ kodu **********12654 iPhone 8 plus markalı telefon, 33 ay müddətinə, ilkin 33,79 manat, aylıq ödəniş 33,79 manat olmaqla Samsung LED TV, Yupiter asqı, 31 ay müddətinə, ilkin 58,8 manat ödənişlə, aylıq ödəniş 58,8 manat olmaqla Anhel markalı mebel, Camaro çarpayı, Camaro tumba almış və ümumilikdə 252,66 manat ödəniş etmişdir. -"xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx"MMC ilə bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən alınan malların 1585 manat olan ümumi dəyərindən cəmi 1030,3 manat ödəniş etmiş və nəticədə 554,7 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 4495,66 manat ümumi dəyərindən cəmi 252,66 manat ödəniş etmiş və nəticədə 4243 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i həcmində olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddiaçı tərəfindən ödənilmiş 62,43 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən Anhel markalı mebel, Camaro çarpayı, Camaro tumba üçün 1763,3 (bir min yeddi yüz altmış üç manat, otuz qəpik) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən İMEİ kodu **********12654 iPhone 8 plus markalı telefon üçün 1398,7 (bir min üç yüz doxsan səkkiz manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən Samsung LED TV, Yupiter asqı üçün 1081 (bir min səksən bir) manat ödənilməmiş hissə, ümumilikdə 4243 manat borc və 62,43 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-4501/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4501/2022
19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver