Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-455/2023 27.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1965-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Ailə üzvləri X7, X1, qardaşları - X16, X17, X9 ibarətdir. X7 xx.xx.1993-cü ildə vəfat etmişdir. X5 2*21-ci ilin noyabr ayından Sumqayıt şəhər Narkoloji Dispanserində stasionar müalicə alır. Digər iki qardaşının hər ikisi Rusiya Federasiyasında yaşayırlar. X1 onun himayəsindədir. Yuxarıda qeyd etdiyi kimi atası vəfat etmiş, qardaşlarından biri stasionar müalicədədir, digər qardaşları isə Rusiya Federasiyasındadır. Anası əvəllər X19 ilə qalsa da, onun spirtli içki aludəçisi olaraq Narkoloji Dispanserə köçürülməsindən sonra anası ilə qalır. Anası uzun müddətdir yataq xəstəsidir. Yalnız köməyi ilə ayağa qalxıb hərəkət edə bilir, həmçinin kifayət qədər müalicə etdirməyinə baxmayaraq onda beyin funksiyalarında pozulmalar var. Belə ki artıq onu belə çox çətin yadına salır, yaddaşı çox zəifləyib, davranışlarında kəskin reaksiyalar mövcuddur, birdənbirə qışqıra bilir. Həkim müayinəsində baş beynin MRT-i çəkilmiş və ona kortikal atrofiya diaqnozu qoyulmuşdur, həmçinin Sumqayıt şəhər X2- Psixiatr Komissiyasının *3.11.2*22-ci il tarixli rəyinə əsasən, Vaskulyar demensiya diaqnozu qoyulmuş və daima ciddi qulluq və müalicə olunması, kənar şəxsin köməyinə ehtiyacı olması bildirilmişdir. Anasının vəziyyəti kifayət qədər ağırdır. Müəyyən sənədləşmə işlərində imzası tələb olunur, o isə bunu etmək iqtidarını vermir. Hətta Sumqayıt şəhərində fəaliyyət göstərən bütün notariat orqanları onun vəziyyətini gördükdən sonra etibarnamə belə verməkdən imtina etmişdilər. Qeyd olunanlara əsasən məhkəmədən *4.11.1945-ci ildə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəyə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, yataq xəstəsidir və hərəkət qabiliyyəti məhduddur. Hal-hazırda məhkəmədə iştirak etməsi mümkün deyildir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasın nümayəndəsi X13 iş üzrə təyin edilmiş məhkəmə psixiatrik ekspertizasının rəyini nəzərə alınaraq, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirdi. Məhkəmə, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə və maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 izahatlarını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin olunması barədə qətnamə qəbul edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Ərizəçi Azərbaycan Respublikası, Sumqayıt şəhərində xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. 28 fevral 2**2-ci il tarixdən Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 14, mənzil 8* ünvanında qeydiyyatdadır. AZ-İ seriyalı, 46792* nömrəli ölüm haqqında şəhadətnamənin təkrar verilmiş sürətindən görünür ki, X15 17 dekabr 1993-cü il tarixdə kəskin miokard infarktı səbəbindən Sumqayıt şəhərində ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 1994-cü ilin *1 ayının *5 günündə 19 nömrə ilə Sumqayıt şəhər qeydiyyat şöbəsində qeyd edilmişdir. AЗ seriyalı, *979192 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X14 xx.xx.1965-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X6 Azərbaycan Respublikası, Şamaxı şəhərində *4.11.1965-ci il tarixdə anadan olmuşdur. Sumqayıt şəhəri 1-saylı xəstəxana tərəfindən 21.*8.2*19-cu il tarixdə verilmiş baş beyin MRT müayinəsindən görünür ki, sağ serebellar pedincule-də = 11mm, ponsun sol yarısında= 7mm ölçülərdə xr.işemik qliotik ocaqlar, bilateral serebral hemisferlərdə dərin ağ maddə və semioval mərkəzlərdə tək-tək millimetrlik xr.işemik-qliotik ocaqlar, periventrikulyar qlioz sahələr müşahidə olunur. Kəskin geniş serebrovaskulyar patologiya təyin edilmir. Yaşa uyğun kortikal atrofiya əlamətləri mövcuddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt Şəhər Psixiatriya xəstəxanasının 241/1542 nömrəli, *3.11.2*22-ci il tarixli həkim-psixiatr komissiyasının rəyindən görünür ki, vaskulyar demensiya diaqnozu qoyulmuş və daima ciddi qulluq və müalicə olunması, kənar şəxsin köməyinə ehtiyacı olması bildirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2*.12.2*22-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1* Hüquqi şəxsi Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 27.*1.2*23-cü il tarixli 178 saylı rəyinə əsasən X4 damar mənşəli dərin demensiya müəyyən edilir. X6 öz hərəkətlərinin mənasını anlamaq və idarə etmək qabiliyyətinə malik olmadığından tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması tələbinə haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin xüsusi icraat qaydasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*5.1-ci maddəsinə əsasən baxdığı işlərdən biridə 3*5.1.3-cü maddəsində göstərilən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 28.8-ci maddəsinin mahiyyətinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onların üzərində qəyyumluq müəyyənləşdirilir. 34.2-ci fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması tələbinə haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır (MPM 3*5.1.3). 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması tələbinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, işin yuxarıda tədqiq edilən hallarından və qanunun qeyd edilən tələbindən görünür ki, Ərizəçi ərizəsi təmin edilərək X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-22*, 317 və 32*-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan *4 noyabr 1945-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-455/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-455/2023
27.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver