Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4557/2025 06.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün 1100.68 (bir min yüz manat, 68 qəpik) manat ödənilməmiş hissə, 110.07 (yüz on manat, 7 qəpik) manat cərimə. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün 948.28 (doqquz yüz qırx səkkiz manat ,28 qəpik) manat ödənilməmiş hissə, 94.83 (doxsan dörd manat, 83 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün, 881.5 (səkkiz yüz səksən bir manat 50 qəpik) manat ödənilməmiş hissə, 88.15 (səksən səkkiiz manat, 15 qəpik) manat cərimə, ümumilikdə 3223.51 manat borc, 52.24 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, 3 ədəd PLAYSTATİON 5 almış və nəticədə 3223.51 (üç min iki yüz iyirmi üç manat, 51 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1596.68(bir min beş yüz doxsan altı manat, 68 qəpik) manat (18 ay x 64.76 manat + 431 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 üçün ümumilikdə, 1210.75 (bir min iki yüz on manat, 75 qəpik ) manat olmaqla ondan, 1100.68 (bir min yüz manat, 68 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 110.07 (yüz on manat, 7 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1567.28 (bir min beş yüz altmış yeddi manat, 28 qəpik) manat (18 ay x 59.3 manat + 499.88 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 üçün ümumilikdə, 1043.11 (bir min qırx üç manat, 11 qəpik) olmaqla ondan, 948.28 (doqquz yüz qırx səkkiz manat,28 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 94.83 (doxsan dörd manat, 83 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1589 (bir min beş yüz səksən dobquz ) manat (18 ay x 60.5 manat + 500 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 üçün ümumilikdə, 969.65 (doqquz yüz altmış doqquz manat. 65 qəpik) manat olmaqla ondan, 881.5 (səkkiz yüz səksən bir manat 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 88.15 (səksən səkkiz manat, 15 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1822.5 manat təşkil edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1589 manat olan PLAYSTATİON 5 almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1567.28 (bir min beş yüz altmış yeddi manat, 28 qəpik) manat olan PLAYSTATİON 5 almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1596.68 (bir min beş yüz doxsan altı manat, 68 qəpik) manat olan PLAYSTATİON 5 almışdır. - xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli əşyaların təhviltəslim aktlarından görünür ki, müxtəlif tarixlərdə müxrtəlif qiymətlərə alınmış 3 ədəd PLAYSTATİON 5 Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehxx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 18 ay müddətinə, ilkin 500 manat ödənişlə, aylıq ödəniş 60.5 manat ödəmək şərti ilə, PLAYSTATİON 5 almış və 707.5 manat ödəniş etmişdir; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 18 ay müddətinə, ilkin 499.88 manat ödənişlə, aylıq ödəniş 59.3 manat ödəmək şərti ilə, PLAYSTATİON 5 almış və 619 manat ödəniş etmişdir; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 18 ay müddətinə, ilkin 431 manat ödənişlə, aylıq ödəniş 64,76 manat ödəmək şərti ilə, PLAYSTATİON 5 almış və 496 manat ödəniş etmişdir; -"xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən aldığı məhsulların 4952.96 manat olan ümumi dəyərindən 1822.5 manat ödəniş etmiş və nəticədə 2930.46 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü məhsullara görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, məhsulların 4952.96 manat ümumi dəyərindən 1822.5 manat ödəniş etmiş və nəticədə 2930.46 manat əsas borcu yaranmışdır. Ona görə də iddia tələbi əsas borcun ödənilməsinə dair hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 110.07 manat, 94.83 manat və 88.15 manat dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə hesab edir ki, cavabdehdən 10,92 və 32,90 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Ona görə də iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatxdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat+ 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 3223.51 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 52.24 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 265 -220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün 1100.68 (bir min yüz manat, 68 qəpik) manat ödənilməmiş hissə, 110.07 (yüz on manat, 7 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün 948.28 (doqquz yüz qırx səkkiz manat ,28 qəpik) manat ödənilməmiş hissə, 94.83 (doxsan dörd manat, 83 qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün, 881.5 (səkkiz yüz səksən bir manat 50 qəpik) manat ödənilməmiş hissə, 88.15 (səksən səkkiiz manat, 15 qəpik) manat cərimə, ümumilikdə 3223.51 manat borc, 52.24 manat dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-4557/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4557/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver