Məhkəmə qərarları › İş №e-2(060)-4596/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4596/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4596/2023 08.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyəti Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2021ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, 2 ədəd “Apple Macbook”, “Lenovo İdeapad 5” üçün 8338,54 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2714,04 manat “Apple Macbook” üçün ümumilikdə, 880,44 manat olmaqla ondan, 677,04 manat ödənilməmiş hissə, 203,4 manat dəbbə pulu vardır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 5199 manat “Apple Macbook” üçün ümumilikdə 5078,1 manat olmaqla, ondan 3909 manat ödənilməmiş hissə, 1169,1 manat dəbbə pulu vardır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2472 manat “Lenovo İdeapad 5” üçün ümumilikdə, 2380 manat olmaqla, ondan 1900 manat ödənilməmiş hissə, 480 manat dəbbə pulu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 3899 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Apple Macbook” 677,04 manat ödənilməmiş hissə, 203,4 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “Apple Macbook” üçün 3909 manat ödənilməmiş hissə, 1169,1 manat dəbbə, xx.xx.2022ci il tarixli müqaviləyə əsasən, “Lenovo İdeapad 5”üçün 1900 manat ödənilməmiş hissə, 480 manat dəbbə pulu olmaqla, ümumilikdə 8338,54 manat borc, 103,39 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, "xxxx" “Apple Macbook” markalı əşyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 2714,04 manat pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 226,17 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

8. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02011016 nömrəli müqavilədən görünür ki, "xxxx" “Apple Macbook” markalı əşyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 5199 manat pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 433,25 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

9. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03741249 nömrəli müqavilədən görünür ki, "xxxx" “Lenovo İdeaoad 5” markalı əşyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 2471,99 manat pul məbləğini hissə-hissə 3 ay müddətinə hər ay 800 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

10. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 15 iyun 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 677,04 manat ödənilməmiş hissə, 203,4 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3909 manat ödənilməmiş hissə, 1169,1 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1900 manat ödənilməmiş hissə, 480 manat dəbbə pulu olmaqla, ümumilikdə 8338,54 manat ödənilməmiş borcu vardır.

11. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyaları cavabdehə vermiş, lakin cavabdeh müqavilələr əsasında müəyyənləşdirilmiş borc məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə Cavabdeh iddiaçı "xxxx" MMC qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

14. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

15. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

16. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

17. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

18. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

19. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

20. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə tələb edilən 203,4 manat dəbbə pulu azaldılaraq 20 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə tələb edilən 1169,1 manat dəbbə pulu azaldılaraq 100 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə tələb edilən 480 manat dəbbə pulu azaldılaraq 40 manat məbləğində dəbbə pulu müəyyən edilməlidir.

21. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 677,04 (altı yüz yetmiş yeddi manat, dörd qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, cəmi 697,04 (altı yüz doxsan yeddi manat, dörd qəpik) manat, xx.xx.2022-ci il tarixli, 02011016 nömrəli müqavilə üzrə 3909 (üç min doqquz yüz doqquz) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, cəmi 4009 (dörd min doqquz) manat, xx.xx.2022-ci il tarixli, 03741249 nömrəli müqavilə üzrə 1900 (bir min doqquz yüz) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, cəmi 1940 (bir min doqquz yüz qırx) manat olmaqla, ümumilikdə 6646,04 (altı min altı yüz qırx altı manat, dörd qəpik) manat məbləğində pul və 103,39 (bir yüz üç manat, otuz doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

22. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

25. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 677,04 (altı yüz yetmiş yeddi manat, dörd qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, cəmi 697,04 (altı yüz doxsan yeddi manat, dörd qəpik) manat, xx.xx.2022-ci il tarixli, 02011016 nömrəli müqavilə üzrə 3909 (üç min doqquz yüz doqquz) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, cəmi 4009 (dörd min doqquz) manat, xx.xx.2022-ci il tarixli, 03741249 nömrəli müqavilə üzrə 1900 (bir min doqquz yüz) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, cəmi 1940 (bir min doqquz yüz qırx) manat olmaqla, ümumilikdə 6646,04 (altı min altı yüz qırx altı manat, dörd qəpik) manat məbləğində pul və 103,39 (bir yüz üç manat, otuz doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar