Məhkəmə qərarları › İş №e-2(060)-4599/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4599/2023

24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4599/2023 24.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, X2 1348.58 (bir min üç yüz qırx səkkiz manat əlli səkkiz qəp) manat ödənilməmiş hissə, 134.42 (yüz otuz dörd manat qırx iki qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********47296 İPHONE 11 PRO markalı telefon üçün 1342 (bir min üç yüz qırx iki) manat ödənilməmiş hissə, 134 (yüz otuz dörd) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X2 üçün 632.8 (altı yüz otuz iki manat səksən qəp) manat ödənilməmiş hissə, 63.2 (altmış üç manat iyirmi qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********75684 SAMSUNG GALAXY A52 markalı telefon, CANYON çanta üçün 338.5 (üç yüz otuz səkkiz manat əlli qəp) manat ödənilməmiş hissə, 33.5 (otuz üç manat əlli qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, FEN REMİNGTON üçün 93.88 (doxsan üç manat səksən səkkiz qəp) manat ödənilməmiş hissə, 9.12 (doqquz manat on iki qəp) manat cərimə. Ümumilikdə 4130 manat borc və 61.30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, X2, İmei kodu **********47296 İPHONE 11 PRO markalı telefon, X2, İMEİ KODU **********75684 SAMSUNG GALAXY A52 MARKALİ TELEFON, CANYON çanta, FEN REMİNGTON almış və nəticədə 4130 (dörd min yüz otuz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1627 (bir min altı yüz iyirmi yeddi) manat 38 (otuz səkkiz) qəpik (18 ay x 89.91 manat + 9 manat ilkin ödəniş) olan X2 üçün ümumilikdə 1483 (bir min dörd yüz səksən üç) manat olmaqla ondan, 1348 (bir min üç yüz qırx səkkiz) manat 58 (əlli səkkiz) qəpik ödənilməmiş hissə, 134 (yüz otuz dörd) manat 42 (qırx iki) qəpik cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3020.4 (üç min iyirmi manat qırx qəp) manat (18 ay x 167.8 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********47296 İPHONE 11 PRO markalı telefon üçün ümumilikdə 1476 (bir min dörd yüz yetmiş altı) manat olmaqla ondan 1342 (bir min üç yüz qırx iki) manat ödənilməmiş hissə, 134 (yüz otuz dörd) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1627.2 (bir min altı yüz iyirmi yeddi manat iyirmi qəp) manat (18 ay x 90.4 manat + 0 manat ilkin ödəniş) olan X2 üçün ümumilkdə 696 (altı yüz doxsan altı) manat olmaqla ondan 632.8 (altı yüz otuz iki manat səksən qəp) manat ödənilməmiş hissə, 63.2 (altmış üç manat iyirmi qəp) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1218.6 (bir min iki yüz on səkkiz manat altmış qəp) manat (18 ay x 67.7 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU**********75684 SAMSUNG GALAXY A52 MARKALİ TELEFON, CANYON çanta üçün ümumilkdə 372 (üç yüz yetmiş iki) manat olmaqla ondan 338.5 (üç yüz otuz səkkiz manat əlli qəp) manat ödənilməmiş hissə, 33.5 (otuz üç manat əlli qəp) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 164.88 (yüz altmış dörd manat səksən səkkiz qəp) manat (18 ay x 9.16 manat + 0 manat ilkin ödəniş) olan, FEN REMİNGTON üçün ümumilkdə 103 (yüz üç) manat olmaqla ondan 93.88 (doxsan üç manat səksən səkkiz qəp) manat ödənilməmiş hissə, 9.12 (doqquz manat on iki qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3902.7 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № 22472200 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1218,6 manat olan X2 almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № 23220084 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 3020,4 manat olan İMEİ Kodu **********47296 İPHONE 11 PRO markalı telefon almışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № 23140647 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1627,2 manat olan X2 almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № 22472200 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1218,6 manat olan İmei kodu **********75684 Samsung Galaxy A52 markalı telefon, CANYON çanta almışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № ******* saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 164,88 manat olan FEN REMİNGTON almışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, X2, İMEİ Kodu **********47296 İPHONE 11 PRO markalı telefon, X2, İmei kodu **********75684 Samsung Galaxy A52 markalı telefon, CANYON çanta, FEN REMİNGTON Cavabdeh təhvil verilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 89,91 manat olmaqla X2 almış və 278,8 manat ödəniş etmiş, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 167,8 manat olmaqla, İMEİ Kodu **********47296 İPHONE 11 PRO markalı telefon almış və 1678,4 manat ödəniş etmiş, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 90,4 manat olmaqla, X2 almış və 994,4 manat ödəniş etmiş, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 67,7 manat olmaqla, İMEİ Kodu **********75684 SAMSUNG GALAXY A52 markalı telefon və CANYON çanta almış və 880,1 manat ödəniş etmiş, xx.xx.2021-ci il traxili müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat olmaqla, aylıq ödəniş 9,16 manat olmaqla FEN REMİNGTON almış və 71 manat ödəniş etmişdir. İşdə olan "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən aldığı malın 1627,38 manat olan ümumi dəyərindən 278,8 manat ödəniş etmiş və nəticədə 1483 manat borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı malın 3020,4 manat olan ümumi dəyərindən 1678,4 manat ödəniş etmiş və nəticədə 1476 manat borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı malın 1627,2 manat olan ümumi dəyərindən 994,4 manat ödəniş etmiş və nəticədə 696 manat borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı malın 1218,6 manat olan ümumi dəyərindən 880,1 manat ödəniş etmiş və nəticədə 372 manat borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı malın 164,88 manat olan ümumi dəyərindən 71 manat ödəniş etmiş və nəticədə 103 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3755 (üç min yeddi yüz əlli beş) manat 76 (yetmiş altı) qəpik ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə borc, 61 (altmış bir) manat 30 (otuz) qəpik dövlət rüsumu, cəmi 3861 (üç min səkkiz yüz altmış bir) manat 06 (altı) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3755 (üç min yeddi yüz əlli beş) manat 76 (yetmiş altı) qəpik ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə borc, 61 (altmış bir) manat 30 (otuz) qəpik dövlət rüsumu, cəmi 3861 (üç min səkkiz yüz altmış bir) manat 06 (altı) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar