Məhkəmə qərarları › İş №e-2(060)-4616/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4616/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4616/2024 27.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyəti Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, “LG” markalı kondisioner, “Samsung Led” markalı televizor, “Playstation 5” markalı əşya, “PS5” markalı oyun pultu və “PS5” markalı oyun pultu almış və nəticədə 6675 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2945,04 manat olan “LG” markalı kondisioner üçün ümumilikdə 3068 manat olmaqla, ondan 2738,33 manat ödənilməmiş hissə, 329,67 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqısatqı 2042,4 manat olan “Samsung Led” markalı televizor üçün ümumilikdə 1917 manat olmaqla, ondan 1662 manat ödənilməmiş hissə, 255 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1679,96 manat, “Playstation 5” markalı əşya, “PS5” markalı oyun pultu üçün ümumilikdə 1522 manat olmaqla, ondan 1275,44 manat ödənilməmiş hissə, 246,56 manat dəbbə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 171 manat, “PS5” markalı oyun pultu üçün ümumilikdə 168 manat olmaqla, ondan 144 manat ödənilməmiş hissə, 24 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1018,63 manat təşkil edir. Göstərilənlərə əsasən, xx.xx.2023-cü tarixli müqaviləyə əsasən, “LG” markalı kondisioner üçün 2738,33 manat ödənilməmiş hissə, 329,67 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Samsung Led” markalı televizor üçün 1662 manat ödənilməmiş hissə, 255 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Playstation 5” markalı əşya, “PS5” markalı oyun pultu üçün 1275,44 manat ödənilməmiş hissə, 246,56 manat dəbbə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “PS5” markalı oyun pultu üçün 144 manat ödənilməmiş hissə, 24 manat dəbbə borcu, ümumilikdə 6675 manat borc, 86,75 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, əsas məbləğlərlə razıdır, lakin cərimə məbləğlərini qəbul etmir. İmkanı olsa idi, əsas borc məbləği ilə bağlı ödənişləri edərdi. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 09481869 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC “Samsung Led” markalı əşyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 2042,40 manat pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 85,10 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

7. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02734990 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC “Playstation 5” markalı əşyanı və “PS5” markalı oyun pultunu Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 1679,96 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 82,22 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

8. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02735002 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC “PS5” markalı oyun pultunu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 171 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 9,50 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

9. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02714747 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC “LG” markalı kondisioneri Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 2945,04 manat pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 122,71 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

10. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 07 iyun 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2738,33 manat ödənilməmiş hissə, 329,67 manat dəbbə pulu, cəmi 3068 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1662 manat ödənilməmiş hissə, 255 manat dəbbə pulu, cəmi 1917 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1275,44 manat ödənilməmiş hissə, 246,56 manat dəbbə pulu, cəmi 1522 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 144 manat ödənilməmiş hissə, 24 manat dəbbə pulu olmaqla, cəmi 168 manat, ümumilikdə 6675 manat ödənilməmiş borcu vardır.

11. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyaları cavabdehə vermiş, lakin cavabdeh müqavilələr əsasında müəyyənləşdirilmiş borc məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə Cavabdeh iddiaçı "xxxx" MMC qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

14. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

15. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

16. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

17. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

18. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

19. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

20. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, xx.xx.2023-cü il tarixli müqavilə üzrə tələb edilən 329,67 manat dəbbə pulu azaldılaraq 60 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə tələb edilən 255 manat dəbbə pulu azaldılaraq 50 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə tələb edilən 246,56 manat dəbbə pulu azaldılaraq 40 manat məbləğində dəbbə pulu müəyyən edilməlidir.

21. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 80 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

23. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 09481869 nömrəli müqavilə üzrə 1662 (bir min altı yüz altmış iki) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, cəmi 1712 (bir min yeddi yüz on iki) manat, xx.xx.2023cü il tarixli, 02734990 nömrəli müqavilə üzrə 1275,44 (bir min iki yüz yetmiş beş manat, qırx dörd qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, cəmi 1315,44 (bir min üç yüz on beş manat, qırx dörd qəpik) manat, xx.xx.2023-cü il tarixli, 02735002 nömrəli müqavilə üzrə 144 (bir yüz qırx dörd) manat ödənilməmiş hissə, 24 (iyirmi) manat dəbbə pulu, cəmi 168 (bir yüz altmış səkkiz) manat, xx.xx.2023-cü il tarixli, 02714747 nömrəli müqavilə üzrə 2738,33 (iki min yeddi yüz otuz səkkiz manat, otuz üç qəpik) manat ödənilməmiş hissə, 60 (altmış) manat dəbbə pulu, cəmi 2798,33 (iki min yeddi yüz doxsan səkkiz manat, otuz üç qəpik) manat, ümumilikdə 5993,77 (beş min doqquz yüz doxsan üç manat, yetmiş yeddi qəpik) manat məbləğində pul və 80 (səksən) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

24. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 09481869 nömrəli müqavilə üzrə 1662 (bir min altı yüz altmış iki) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, cəmi 1712 (bir min yeddi yüz on iki) manat, xx.xx.2023-cü il tarixli, 02734990 nömrəli müqavilə üzrə 1275,44 (bir min iki yüz yetmiş beş manat, qırx dörd qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, cəmi 1315,44 (bir min üç yüz on beş manat, qırx dörd qəpik) manat, xx.xx.2023-cü il tarixli, 02735002 nömrəli müqavilə üzrə 144 (bir yüz qırx dörd) manat ödənilməmiş hissə, 24 (iyirmi) manat dəbbə pulu, cəmi 168 (bir yüz altmış səkkiz) manat, xx.xx.2023-cü il tarixli, 02714747 nömrəli müqavilə üzrə 2738,33 (iki min yeddi yüz otuz səkkiz manat, otuz üç qəpik) manat ödənilməmiş hissə, 60 (altmış) manat dəbbə pulu, cəmi 2798,33 (iki min yeddi yüz doxsan səkkiz manat, otuz üç qəpik) manat, ümumilikdə 5993,77 (beş min doqquz yüz doxsan üç manat, yetmiş yeddi qəpik) manat məbləğində pul və 80 (səksən) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar