Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-4634/2022 28.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi barədə» ərizəsini və əlavə edilmiş sənədləri məhkəmənin binasında məhkəmə iclasından kənar qaydada nəzərdən keçirib müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi barədə» kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən müqavilə üzrə 2377,70 manat qalıq borc və 946,47 manat cərimə borcu olmaqla, cəmi 3324,17 borcun və 53,24 manat dövlət rüsumunun tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh 11 iyul 2020-ci il tarixdə ölmüşdür. Göründüyü kimi iddia, məhkəməyə müraciət edilənədək vəfat etmiş şəxsə qarşı qaldırılmışdır. Bununla iddiaçı tərəfindən qanunveriliyin göstərişləri pozulmuşdur. Mülki qanunvericilikdə göstərilmişdir ki, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Qanunun tələbindən aydın olduğu kimi şəxsin ölümü ilə mülki hüquq vəzifələri daşımaq qabiliyyəti itirilmiş olur. Bu halda şəxsin mülki hüquq vəzifələrinin hüquqi varisliyi qaydasında ötürülməsini mülki qanunvericilik tanımışdır. Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilən hüquqi mövqeyə görə məhkəmə həmçinin izah edir ki, sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün miras qoyanın hüquqi varisini müəyyən etməklə ona qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. MPM-nin 284-4.1.3-ci maddəsinə əsasən 284-4.1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə ərizənin qəbul olunmasından imtina edir. MPM-nin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarını yoxlayaraq hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi barədə» ərizənin qəbul edilməsindən imtina edilsin, ərizə və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-4634/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-4634/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver