Məhkəmə qərarları › İş №e-2(060)-4717/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4717/2023

24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4717/2023 24.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeha qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Kenwood markalı Blender üçün, 55,5 (əlli beş manat əlli qəpik) manat ödənilməmiş hissə, 5,5 (beş manat əlli qəpik) manat cərimə. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd Parma – Dəhliz Dolab üçün 620.1 (altı yüz iyirmi manat on qəpik) manat ödənilməmiş hissə, 62.9 (altmış iki manat doxsan qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********32430 X2 markalı tablet ütçün 308.2 (üç yüz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 30.8 (otuz manat səksən qəpik) manat cərimə, ümumilikdə 1083 manat borc, 30.83 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Kenwood markalı Blender, 2 ədəd Parma – Dəhliz Dolab, İmei kodu **********32430 X2 markalı tablet üçün 1083 (bir min səksən üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 342 (üç yüz qırx iki) manat (18 ay x 19 manat + 0 manat ilkin ödəniş Kenwood markalı Blender üçün ümumilikdə, 61 (altmış bir) manat olmaqla ondan, 55.5 (əlli beş manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.5 (beş manat əlli qəpik) manat cərimə. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1144.8 (bir min yüz qırx dörd manat səkəsn qəpik) manat (24 ay x 47.7 manat + 0 manat ilkin ödəniş) 2 ədəd Parma – Dəhliz Dolab üçün ümumilikdə, 683 (altı yüz səksən üç) manat olmaqla ondan, 620.1 (altı yüz iyirmi manat on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 62.9 (altmış iki manat doxsan qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 740.4 (yeddi yüz qırx manat qırx qəpik) manat (12 ay x 61.7 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********32430 X2 markalı tablet üçün ümumilikdə, 339 (üç yüz otuz doqquz) manat olmaqla ondan, 308.2 (üç yüz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30.8 (otuz manat səksən qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin xx.xx.2019-cu il müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2021-ci il, xx.xx.2020-ci il müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2021-ci il olmaqla cəmi ödədiyi məbləğ 1243.4 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 00956460 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 342 manat olan Kenwood markalı Blender almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, № 20316377 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1144,8 manat olan 2 ədəd Parma – Dəhliz Dolab almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, № 21216002 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 740,4 manat olan X2 markalı telefon almışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, Kenwood markalı Blender, 2 ədəd Parma – Dəhliz Dolab, X2 markalı telefon təhvil verilmişdir. İşə əlavə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 19 manat olmaqla, Kenwood markalı Blender almış və 55,5 manat ödəniş etmiş, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 24 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 47,7 manat olmaqla, 2 ədəd Parma – Dəhliz Dolab almış və 524,7 manat ödəniş etmiş və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 12 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 61,7 manat olmaqla, X2 almış və 432,2 manat ödəniş etmişdir. İşdə olan "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən aldığı malın 342 manat olan ümumi dəyərindən 286,5 manat ödəniş etmiş və nəticədə 61 manat borc, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən aldığı malın 1144,8 manat olan ümumi dəyərindən 524,7 manat ödəniş etmiş və nəticədə 683 manat borc, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən aldığı malın 740,4 manat olan ümumi dəyərindən 432,2 manat ödəniş etmiş və nəticədə 339 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ümumilikdə 983 (doqquz yüz səksən üç) manat 80 (səksən) qəpik əsas borc, 14 (on dörd) manat 50 (əlli) qəpik cərimə borcu, 30 (otuz) manat 83 (səksən üç) qəpik dövlət rüsumu, cəmi 1029 (bir min iyirmi doqquz) manat 13 (on üç) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ümumilikdə 983 (doqquz yüz səksən üç) manat 80 (səksən) qəpik əsas borc, 14 (on dörd) manat 50 (əlli) qəpik cərimə borcu, 30 (otuz) manat 83 (səksən üç) qəpik dövlət rüsumu, cəmi 1029 (bir min iyirmi doqquz) manat 13 (on üç) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar