Məhkəmə qərarları › İş №e-2(060)-4731/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4731/2025

24.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4731/2025 24.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X2 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4, Cavabdeh2, Cavabdeh3 qarşı “sudan istifadəyə görə hesablanmış pul vəsaitinin ondan tələb edilməsinin və sudan istifadənin dayandırılmasının qanunsuz hesab edilməsi, sudan istifadəyə görə yaradılmış bütün maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4, Cavabdeh2, Cavabdeh3 qarşı «sudan istifadəyə görə hesablanmış pul vəsaitinin ondan tələb edilməsinin və sudan istifadənin dayandırılmasının qanunsuz hesab edilməsi, sudan istifadəyə görə yaradılmış bütün maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 2016-2021-ci il tarixinə qədər sudan istifadəyə görə hesablanmış 2.078,07 (iki min yetmiş səkkiz manat yeddi qəpik) manat pul vəsaitinin cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X4 tərəfindən tələb edilməsinin və bu borca görə onun sudan istifadəsinin dayandırılmasının qanunsuz hesab edilməsi və 2.078,07 (iki min yetmiş səkkiz manat yeddi qəpik ) manat borcun ödənilməməsinə görə onun sudan istifadəsi üçün yaradılmış bütün maneələrin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X4 tərəfindən aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətində və faktiki istifadəsindədir. Bu fərdi yaşayış evi xx.xx.2020ci il tarixində ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına qeydiyyata alınmış və bununla bağlı olaraq reyestr tərəfindən çıxarış verilmişdir. Həmin fərdi yaşayış evi ondan əvvəl Cavabdeh2 mülkiyyətində olmuşdur. Fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında deyil, məcburi qaydada – borcun ipoteka predmetinə yönəldilməsi nəticəsində hərracdan əldə etmişdir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 isə əvvəlki mülkiyyətçilərin sudan istifadə etməsinə görə yaranmış borc məbləğini ondan tələb etmiş və buna görə qanunsuz olaraq suyu kəsmişdir. Bundan sonra İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, mülkiyyətində olan fərdi yaşayış evində sudan istifadə edilməsilə bağlı əvvəlki dövr üçün yaradılmış su borcunun əvvəlki mülkiyyətçiyə aid edilməsi və eyni zamanda onun tərəfindən əvvəlki qalıq borcu üçün ödənilmiş 1000 (bir min) manat pul vəsaitinin cavabdeh "xxxx" ASC tərəfindən onaqaytarılması barədə iddia qaldırmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-250/2023 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iddia tələbi iddiaçı tərəfindən əvvəlki qalıq borc üçün ödənilmiş 1000 (bir min) manat pul vəsaitinin cavabdeh "xxxx" ASC tərəfindən ona qaytarılması hissəsində qismən təmin edərək göstərir ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi, ev 2175 ("xxxx" ASC-də Sumqayıt şəhəri, Corat 2,ev 456) ünvanında sudan istifadəyə görə həmin ev iddiaçın mülkiyyətinə verildiyi vaxtdan (xx.xx.2020) onun tərəfindən 1000 manat ödəniş edildiyi tarixədək (xx.xx.2022) 902,3 (537,43+364,6) manat borc yaranmışdır. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş məbləğin yalnız 97,97 (1000- 902,3) manat hissəsi ev iddiaçının mülkiyyətinə keçdiyi tarixdən əvvəlki dövrə aid olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin məbləğ 97,97 (doxsan yeddi manat doxsən yeddi qəpik) manat cavabdeh "xxxx" ASC tərəfindən ona qaytarılması qət edilmişdir. Belə ki, 2016-cı il üzrə hesablanmış 954,02 manat, 2017-ci il üzrə hesablanmış 263,2, 2018-ci il üzrə hesablanmış 286,65, 2019-cu il üzrə hesablanmış 288,4, 2020-ci il üzrə hesablanmış 285,8 manat əvvəlki mülkiyyətçilərin borcu hesab edilmişdir. Lakin məhkəmə qətnaməsi olmasına baxmayaraq "xxxx" ASC əvvəlki mülkiyyətçilər aid 2016-cı il tarixdən – 2021-ci il tarixinə qədər hesablanmış 2078,07 (iki min yetmiş səkkiz manat yeddi qəpik ) manat borc məbləğini qanunsuz olaraq ondan tələb edərək sudan istifadəyə məhdudiyyətlər yaradılır. Hazırda "xxxx" ASC-nin qəza xidməti tərəfindən heç bir qanuni əsas olmadan mülkiyyətində olan fərdi yaşayış evinə su verilməsini dayandırmışlar. Bununla bağlı ona nə bildiriş, nə də rəsmi akt tərtib olunaraq təqdim edilməmişdir. "xxxx" ASC-yə hər hansı bir borcu olmadığı halda məhkəmə qətnaməsi ilə əvvəlki mülkiyyətçilərə aid edilmiş sudan istifadəyə dair borca görə onun evinə gələn su xətti qanunsuz olaraq kəsilmişdir. Bu da onun qanuni mənafeyinə ciddi ziyan vuraraq evində yaşayışını qeyri-mümkün etmiş və istehlakçı olaraq hüquqlarını pozur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 izahatında iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, 2 hazırlıq iclasında iştirak etmiş və izahat vermişdir. İddiaçı mənzili hərracdan almışdır. Ona görə də borc olan müqaviləni imzalaması mümkün deyildir. Alqı-satqı fərqli olaraq tənzimlənir. Məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçıya olan iddia təmin edilməmişdir. Subyektiv hüquqları olmadıqları üçün həmin şəxsləri cavabdeh qoya bilməmişdirlər. Onların borcdan xəbəri olmamışdır. Borc onlara aid deyildir. Cavabdeh tərəfindən məhdudiyyətlər yaradılır. Mülkiyyətçisi olduğu halda, borcu olmadığı halda cavabdeh tərəfindən suyu kəsilir və borc tələb olunur. Suyun verilməsi dayandırılmalıdır. Onlar borcun silinməsini tələb etməmişlər, borcun tələb olunması qanunsuz hesab edilməsini xahiş etmişdir. Mütəmadi olaraq maneə yaradılır, su dayandırılır. 2 həftə bundan qabaq cəhd olunmuşdur. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X2 nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, bu il ərzində borc tələb olunmuşdur. Qərardaddan sonra suyun verilməsi dayandırılmamışdır. Köhnə qətnamədən isə xəbərləri olmamışdır.Verilmiş iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2005-ci il tarixli abonent kartından müəyyən olunur ki, Cavabdeh3 Sumqayıt şəhəri, Corat 2, ev-456 ünvanında su və kanalizasiya xidmətlərindən istifadəyə görə 2023cü il üzrə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X4 tərəfindən 2264.10 manat məbləğində borc hesablanmışdır. - xx.xx.2023-cü il tarixli, 2(060)-250/2023 saylı Sumqayıt şəhər Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən 97,97 (doxsan yeddi manat doxsan yeddi qəpik) manat pul alınaraq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqyaıt şəhəri, Corat bağları ərazisi, ev 2175 ərazisində yerləşən bağ evi İddiaçı adına xx.xx.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 3-cü hissəsinə görə yeni su kəmərlərinin tikintisi və onların istismara verilməsinə aid bütün məsələlər üzrə müddətlər və şərtlər tərəflərin bağladığı müqavilə ilə, belə müqavilə olmadığı hallarda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilir. Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, 2(060)-250/2023 saylı Sumqayıt şəhər Məhkəməsinin qətnaməsinə əsaslanaraq iddia tələbini müdafiə etməsinə baxmayaraq,iddia tələbinin hüquqi əsası əsaslandırılmamış, həmin qətnamə mübahisələndirilməmiş, hansıki qətnamə əsasında iddia tələbi irəli sürülməsinə baxmayaraq, yalnız tələbin qismən təmini ilə nəticələnmişdir.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yüklü vəziyyətdə mənzili qəbul etmiş, bundan sonra 2022-ci ildə sayğac quraşdırılmış, ( ünvan 1 ərazisində yerləşən bağ evi İddiaçı adına xx.xx.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır) yaranmış borc sayğac üzrə borc olmaqla iddiaçı tərəfindən ödənilməklə, cavabdehin qeyri-qanuni hərəkəti mübahisə predmeti olmamaqla, iddiaçı tərəfindən ödənilməklə, cavabdehlərə qarşı vurulmuş ziyanın ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququndan məhrum etmir.Bu səbəbdən sayğac üzrə borcun iddiaçıdan tələb edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz olması işin araşdırılan halları ilə sübuta yetirilmir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 560-cı maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hüquqdan suiistifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: 560.3.5.1. alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması; 560.3.5.3. müqavilə üzrə tərəfdaşlar üçün bərabər dəyərli xidmətlərdən ötrü rəqabətdə onların mənafelərinə toxunulmasına səbəb olan müxtəlif şərtlər tətbiq edilməsi; 560.3.5.4. müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olurlar; 560.3.6. kommersiya hüquqi şəxslərinin razılaşmaları, öz aralarında razılaşdırdıqları hərəkət metodları, əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə və rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədi daşıyarsa və ya buna kömək edərsə, o cümlədən: 560.3.6.1. qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi; 560.3.6.2. istehsala nəzarətin, satışın, texniki inkişafın və ya investisiyaların məhdudlaşdırılması; 560.3.6.3. bazarların və ya təchizat mənbələrinin bölünməsi; 560.3.6.4. bu Məcəllənin 560.3.5.3-cü və 560.3.5.4-cü maddələrində göstərilən praktika. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı iddia ərizəsində istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmaması nəzərə alınaraq ,«İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X1rşı « sudan istifadəyə görə hesablanmış pul vəsaitinin ondan tələb edilməsinin və sudan istifadənin dayandırılmasının qanunsuz hesab edilməsi, sudan istifadəyə görə yaradılmış bütün maneələrin aradan qaldırılması» tələbi barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4, Cavabdeh2, Cavabdeh3 qarşı « sudan istifadəyə görə hesablanmış pul vəsaitinin ondan tələb edilməsinin və sudan istifadənin dayandırılmasının qanunsuz hesab edilməsi, sudan istifadəyə görə yaradılmış bütün maneələrin aradan qaldırılması» tələbi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar