Məhkəmə qərarları › İş №e-2(060)-4745/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4745/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4745/2023 28.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 165.9 manat əsas, 24.8 manat cərimə, cəmi 190.7 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 439.9 manat əsas, 65.9 manat cərimə, cəmi 505.8 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 357.5 manat əsas, 53.6 manat cərimə, cəmi 411.1 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 527.5 manat əsas, 79.1 manat cərimə, cəmi 606.6 manat borc, ümumilikdə dörd müqavilə üzrə 1490.8 manat əsas, 223.4 manat cərimə, 1714.2 manat cəmi borcun və 37.14 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsi (müqavilələri) barədə məlumat: 1.Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 249.90 manat, müqavilənin aylıq ödənişi, müddəti: 21.00 manat 12 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): " Fiver " markalı qaz piltəsi Son ödəniş məbləği və tarixi: 21.00 manat xx/xx/2022 Cavabdehnun müddətli (nisyə) alqı-satqımüqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 165.90 manat Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 248.00 MANAT Nisyə alqı-satqımüqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 24.80 manat. Tutulmalı olan cəmi məbləğ: 190.70 manat. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 459.90 manat Müqavilənin aylıq ödənişi, müddəti: 26.00 manat 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): " Taube " markalı televizor Son ödəniş məbləği və tarixi: 28.00 manat xx/xx/2022 Cavabdehnun müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 439.90 manat. Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 659.00 manat. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% cavabdeh tərəfindən ödənilməli cərimə: 65.90 manat. Tutulmalı olan cəmi məbləğ: 505.80 manat. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 537.50 manat Müqavilənin aylıq ödənişi, müddəti: 45.00 manat 12 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Samsung" markalı mobil telefon Son ödəniş məbləği və tarixi: 45.00 manat. xx/xx/2022 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 357.50 manat. Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 536.00 manat Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 53.60 manat. Tutulmalı olan cəmi məbləğ: 411.10 manat. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 593.50 manat. Müqavilənin aylıq ödənişi, müddəti: 33.00 manat, 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): " Xiaomi " markalı mobil telefon Son ödəniş məbləği və tarixi: 33.00 manat. xx/xx/2022 Cavabdehnun müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 527.50 manat Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 791.00 manat. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%. Cavabdeh tərəfindən ödənilməli cərimə: 79.10 manat. Tutulmalı olan cəmi məbləğ: 606.60 manat. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC (satıcı) “Fiver” markalı qaz plitəsi Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, həmin əşyaların qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 12 ay müddətinə ayda 21 manat olmaqla ödəməlidir. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC (satıcı) “Taube” markalı televizor Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, həmin əşyaların qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 18 ay müddətinə ayda 26 manat olmaqla ödəməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC (satıcı) “Samsung” markalı mobil telefon Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, həmin əşyaların qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 12 ay müddətinə ayda 45 manat olmaqla ödəməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC (satıcı) “Xiaomi” markalı mobil telefon Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, həmin əşyaların qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 18 ay müddətinə ayda 33 manat olmaqla ödəməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “maliyyə arayış”larının surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 165,9 manat əsas 248 manat cərimə, cəmi 413,90 manat borc, xx.xx.2022-ci il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 439,9 manat əsas 659 manat cərimə, cəmi 1098,90 manat borc, xx.xx.2022-ci il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 357,5 manat əsas, 536 manat cərimə, cəmi 893,50 manat borc, xx.xx.2023-cü il tarixli Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 527,5 manat əsas, 791 manat cərimə, cəmi 1318,50 manat borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 165,9 (bir yüz altmış beş manat 90 qəpik) manat əsas, 3 (üç) manat cərimə, cəmi 168,9 (bir yüz altmış səkkiz manat 90 qəpik) manat borc, xx.xx.2022-ci il tarixli №011203279 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 439,9 (dörd yüz otuz doqquz manat 90 qəpik) manat əsas, 6 (altı) manat cərimə, cəmi 445,9 (dörd yüz qırx beş manat 90 qəpik) manat borc, xx.xx.2022-ci il tarixli №011169155 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 357,5 (üç yüz əlli yeddi manat 50 qəpik) manat əsas, 5 (beş) manat cərimə, cəmi 362,5 (üç yüz altmış iki manat 50 qəpik) manat borc, xx.xx.2022-ci il tarixli №011203275 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 527,5 (beş yüz iyirmi yeddi manat 50 qəpik) manat əsas, 7 (yeddi) manat cərimə, cəmi 534,5 (beş yüz otuz dörd manat 50 qəpik) manat borc, ümumilikdə dörd müqavilə üzrə 1490,8 (bir min dörd yüz doxsan manat 80 qəpik) manat əsas, 21 (iyirmi bir) manat cərimə, 1511,8 (bir min beş yüz on bir manat 80 qəpik) manat cəmi borcun və 37 (otuz yeddi) manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 165 (bir yüz altmış beş) manat 90 (doxsan) qəpik əsas, 3 (üç) manat cərimə, cəmi 168 (bir yüz altmış səkkiz) manat 90 (doxsan) qəpik borc, xx.xx.2022-ci il tarixli №011203279 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 439 (dörd yüz otuz doqquz) manat 90 (doxsan) qəpik əsas, 6 (altı) manat cərimə, cəmi 445 (dörd yüz qırx beş) manat 90 (doxsan) qəpik borc, xx.xx.2022-ci il tarixli №011169155 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 357 (üç yüz əlli yeddi) manat 50 (əlli) qəpik əsas, 5 (beş) manat cərimə, cəmi 362 (üç yüz altmış iki) manat 50 (əlli) qəpik borc, xx.xx.2022-ci il tarixli №011203275 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 527 (beş yüz iyirmi yeddi) manat 50 (əlli) qəpik, 7 (yeddi) manat cərimə, cəmi 534 (beş yüz otuz dörd) manat 50 (əlli) qəpik borc, ümumilikdə dörd müqavilə üzrə 1490 (bir min dörd yüz doxsan) manat 80 (səksən) qəpik əsas, 21 (iyirmi bir) manat cərimə, 1511 (bir min beş yüz on bir) manat 80 (səksən) qəpik cəmi borcun və 37 (otuz yeddi) manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar