Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-475/2023 18.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********97049 İPHONE 11 PRO MAX markalı telefon, TOSHİBA PALTARYUYAN, HOFFMANN SOYUDUCU, PANASONİC TOZSORAN, İMEİ KODU **********95846 XİAOMİ REDMNOTE 9 markalı telefon, İMEİ KODU **********72184 SAMSUNG GALAXY A31 markalı telefon, MƏTBƏX MASAMƏTBƏX STUL 4 ədəd, İmei kodu **********87687 SAMSUNG GALAXY A10S markalı telefon, İmei kodu **********88092 SAMSUNG GALAXY A71 markalı telefon almış və nəticədə 9065.1 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3558.6 manat İmei kodu **********97049 İPHONE 11 PRO MAX markalı telefon üçün ümumilikdə, 4047.7 manat olmaqla ondan, 3102.1 manat ödənilməmiş hissə, güzəşt olunaraq 945.6 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3563 manat TOSHİBAPALTARYUYAN, HOFFMANN SOYUDUCU, PANASONİC TOZSORAN üçün ümumilikdə, 3712 manat olmaqla ondan 2857 manat ödənilməmiş hissə, güzəşt olunaraq 855 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 689.4 manat İMEİ KODU **********95846 XİAOMİ REDMİ NOTE 9 MARKALİ TELEFON üçün ümumilikdə, 646.1 manat olmaqla ondan 497.9 manat ödənilməmiş hissə, güzəşt olunaraq 148.2 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 672 manat İMEİ KODU **********72184 SAMSUNG GALAXY A31 MARKALİ TELEFON üçün ümumilikdə, 364 manat olmaqla ondan 280 manat ödənilməmiş hissə, güzəşt olunaraq 84 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 864 manat MƏTBƏX MASA, MƏTBƏX STUL 4 ƏDƏD üçün ümumilikdə, 140 manat olmaqla ondan 107.6 manat ödənilməmiş hissə, güzəşt olunaraq 32.4 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 467 manat İmei kodu **********87687 SAMSUNG GALAXY A10S markalı telefon üçün ümumilikdə, 81.9 manat olmaqla ondan 63 manat ödənilməmiş hissə, güzəşt olunaraq 18.9 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1159.2 manat İmei kodu **********88092 SAMSUNG GALAXY A71 markalı telefon üçün ümumilikdə, 73.4 manat olmaqla ondan 54.2 manat ödənilməmiş hissə, güzəşt olunaraq 19.2 manat dəbbə pulu təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 4011.4 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********97049 İPHONE 11 PRO MAX markalı telefon üçün 3102.1 manat ödənilməmiş hissə, 945.6 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, TOSHİBA PALTARYUYAN, HOFFMANN SOYUDUCU, PANASONİC TOZSORAN üçün 2857 manat ödənilməmiş hissə, 855 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********95846 XİAOMİ REDMİ NOTE 9 MARKALİ TELEFON üçün 497.9 manat ödənilməmiş hissə, 148.2 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********72184 SAMSUNG GALAXY A31 MARKALİ TELEFON üçün 280 manat ödənilməmiş hissə, 84 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, MƏTBƏX MASA, MƏTBƏX STUL 4 ƏDƏD üçün 107.6 manat ödənilməmiş hissə, 32.4 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İmei kodu **********87687 SAMSUNG GALAXYA10S markalı telefon üçün 63 manat ödənilməmiş hissə, 18.9 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********88092 SAMSUNG GALAXYA71 markalı telefon üçün 54.2 manat ödənilməmiş hissə, 19.2 manat dəbbə pulu, ümumilikdə 9065.1 manat borc, 110.66 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hər hansı ödəniş olması barədə məlumatı yoxdur. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. 21.12.22-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək, ödənişləri maddi imkanı olmadığı üçün ödənişləri edə bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 15 noyabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3558.6 manat İmei kodu **********97049 İPHONE 11 PRO MAX markalı telefon üçün ümumilikdə, 4047.7 manat olmaqla ondan, 3102.1 manat ödənilməmiş hissə, güzəşt olunaraq 945.6 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3563 manat TOSHİBA PALTARYUYAN, HOFFMANN SOYUDUCU, PANASONİC TOZSORAN üçün ümumilikdə, 3712 manat olmaqla ondan 2857 manat ödənilməmiş hissə, güzəşt olunaraq 855 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 689.4 manat İMEİ KODU **********95846 XİAOMİ REDMİ NOTE 9 MARKALİ TELEFON üçün ümumilikdə, 646.1 manat olmaqla ondan 497.9 manat ödənilməmiş hissə, güzəşt olunaraq 148.2 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 672 manat İMEİ KODU **********72184 SAMSUNG GALAXY A31 MARKALİ TELEFON üçün ümumilikdə, 364 manat olmaqla ondan 280 manat ödənilməmiş hissə, güzəşt olunaraq 84 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 864 manat MƏTBƏX MASA, MƏTBƏX STUL 4 ƏDƏD üçün ümumilikdə, 140 manat olmaqla ondan 107.6 manat ödənilməmiş hissə, güzəşt olunaraq 32.4 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 467 manat İmei kodu **********87687 SAMSUNG GALAXY A10S markalı telefon üçün ümumilikdə, 81.9 manat olmaqla ondan 63 manat ödənilməmiş hissə, güzəşt olunaraq 18.9 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1159.2 manat İmei kodu **********88092 SAMSUNG GALAXY A71 markalı telefon üçün 73.4 manat olmaqla ondan 54.2 manat ödənilməmiş hissə, güzəşt olunaraq 19.2 manat dəbbə pulu manat borcu yaranmış, ümumilikdə əsas borca ödənilmiş məbləğ 4011.3 manat olmaqla, əsas borca ödənilməmiş məbləğ 6961.8 manat, dəbbə pulu 2103.3 manat ümumillikdə əsas borca ödənilməmiş məbləğ 9065.1 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, 01035079 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********87687 SAMSUNG GALAXY A10S markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 01035079 saylı müqavilədə nəzərdə tutulmuş İmei kodu **********87687 SAMSUNG GALAXY A10S markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01035079 saylı müqavilə üzrə 22 ay müddətində hər ay 21 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, 00893011 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən MƏTBƏX MASA, MƏTBƏX STUL 4 ƏDƏD almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 00893011 saylı müqavilədə nəzərdə tutulmuş MƏTBƏX MASA, MƏTBƏX STUL 4 ƏDƏD-i tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 00893011 saylı müqavilə üzrə 24 ay müddətində hər ay 36 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, 23017754 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********97049 İPHONE 11 PRO MAX markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 23017754 saylı müqavilədə nəzərdə tutulmuş İmei kodu **********97049 İPHONE 11 PRO MAX markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23017754 saylı müqavilə üzrə 18 ay müddətində hər ay 197.70 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, 22405769 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən TOSHİBA PALTARYUYAN, HOFFMANN SOYUDUCU, PANASONİC TOZSORAN almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 22405769 saylı müqavilədə nəzərdə tutulmuş TOSHİBA PALTARYUYAN, HOFFMANN SOYUDUCU, PANASONİC TOZSORAN-ı tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 22405769 saylı müqavilə üzrə 18 ay müddətində hər ay 190.50 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, 22085287 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ KODU **********72184 SAMSUNG GALAXY A31 markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 22085287 saylı müqavilədə nəzərdə tutulmuş İMEİ KODU **********72184 SAMSUNG GALAXY A31 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 22085287 saylı müqavilə üzrə 12 ay müddətində hər ay 56 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, 22225598 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ KODU **********95846 XİAOMİ REDMİ NOTE 9 markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 22225598 saylı müqavilədə nəzərdə tutulmuş İMEİ KODU **********95846 XİAOMİ REDMİ NOTE 9 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 22225598 saylı müqavilə üzrə 18 ay müddətində hər ay 38.30 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, 22107046 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********88092 SAMSUNG GALAXY A71 markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 22107046 saylı müqavilədə nəzərdə tutulmuş İmei kodu **********88092 SAMSUNG GALAXY A71 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 22107046 saylı müqavilə üzrə 18 ay müddətində hər ay 64.40 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixlərində bağlanmış müqavilələrə əsasən ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilənin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixlərində bağlanmış müqavilələr ilə üzərinə götürdüyü öhdəliyləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya ümumilikdə 9065.1 ( doqquz min altmış beş manat on qəpik ) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən ümumillikdə 300 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 6961,8 ( altı min doqquz yüz altmış bir manat səksən qəpik ) manat əsas borc, 300 ( üç yüz) manat dəbbə pulu, cəmi 7261,8 (yeddi min iki yüz altmış bir manat səksən qəpik ) manat məbləğində pul və 92.62 (doxsan iki manat altmış iki qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6961,8 (altı min doqquz yüz altmış bir manat səksən qəpik) manat əsas borc, 300 (üç yüz) manat dəbbə pulu, cəmi 7261,8 (yeddi min iki yüz altmış bir manat səksən qəpik) manat məbləğində pul və 92.62 (doxsan iki manat altmış iki qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-475/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-475/2023
18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver