Məhkəmə qərarları › İş №e-2(060)-4770/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4770/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4770/2024 24.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyəti Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsi (müqavilələri) barədə məlumat: Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü-ci il tarixli, ********* saylı müqavilənin məbləği 1799 manatdır. Müqavilənin aylıq ödənişi, müddəti 18 ay müddətinə hər ay 100 manatdır. Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): kombi, aksessuardır, son ödəniş məbləği tarixi: 100,90 manat xx.xx.2024-cü il. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği 1699 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 5097 manat təşkil edir. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90%-dir. Cavabdeh tərəfindən ödənilməli cərimə 509,70 manatdır. Tutulmalı olan cəmi məbləğ 2208,70 manat təşkil edir. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü-ci il tarixli, ********* saylı müqavilənin məbləği 1619,90 manatdır. Müqavilənin aylıq ödənişi, müddəti 12 ay müddətinə hər ay 135 manatdır. Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): “HP” markalı notebook, son ödəniş məbləği tarixi: 135 manat xx.xx.2023-cü il. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği 1494,90 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 4454 manat təşkil edir. Nisyə alqısatqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90%-dir. Cavabdeh tərəfindən ödənilməli cərimə 445,40 manatdır. Tutulmalı olan cəmi məbləğ 1930,30 manat təşkil edir. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü-ci il tarixli, ********* saylı müqavilənin məbləği 2506,90 manatdır. Müqavilənin aylıq ödənişi, müddəti 18 ay müddətinə hər ay 140 manatdır. Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): “İpad Pro 11” markalı əşyadır, son ödəniş məbləği tarixi: 140 manat xx.xx.2024-cü il. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği 2226,90 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 6680 manat təşkil edir. Nisyə alqısatqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90%-dir. Cavabdeh tərəfindən ödənilməli cərimə 668 manatdır. Tutulmalı olan cəmi məbləğ 2894,90 manat təşkil edir. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü-ci il tarixli, ********* saylı müqavilənin məbləği 3497,90 manatdır. Müqavilənin aylıq ödənişi, müddəti 18 ay müddətinə hər ay 195 manatdır. Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): “MacBook” markalı əşyadır, son ödəniş məbləği tarixi: 195 manat xx.xx.2023-cü il. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği 3302,90 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 9908 manat təşkil edir. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90%-dir. Cavabdeh tərəfindən ödənilməli cərimə 990,80 manatdır. Tutulmalı olan cəmi məbləğ 4293,70 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1699 manat əsas, 509,70 manat cərimə borcu, cəmi 2208,70 manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1484,90 manat əsas, 445,40 manat cərimə borcu, cəmi 1930,30 manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 2226,90 manat əsas, 668 manat cərimə borcu, cəmi 2894,90 manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 3302,90 manat əsas, 990,80 manat cərimə borcu, cəmi 4293,70 manat borc, ümumilikdə dörd müqavilə üzrə 8713,70 manat əsas, 2613,90 manat cərimə, ümumilikdə 11327,60 manat və 123,98 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, əsas məbləğlərlə razıdır, lakin cərimə məbləğlərini qəbul etmir. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, "xxxx" MMC ümumi dəyəri 2506,90 manat olan «İpad Pro 11» markalı əşyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 140 manat olmaqla, sonuncu ay 126,90 manat ödəməyi öhdəsinə götürmüşdür.

7. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 2226,90 manat, cərimə borcuna görə 6680 manat olmaqla, cəmi 8906,90 manat borcu vardır.

8. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, "xxxx" MMC ümumi dəyəri 1619,99 manat olan «HP Pavilion 15» markalı noutbuku Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 135 manat olmaqla, sonuncu ay 134,99 manat ödəməyi öhdəsinə götürmüşdür.

9. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 1484,90 manat, cərimə borcuna görə 4454 manat olmaqla, cəmi 5938,90 manat borcu vardır.

10. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, "xxxx" MMC ümumi dəyəri 3497,99 manat olan «Apple MacBook Air M2» markalı noutbuku Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 195 manat olmaqla, sonuncu ay 182,99 manat ödəməyi öhdəsinə götürmüşdür.

11. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 3302,90 manat, cərimə borcuna görə 9908 manat olmaqla, cəmi 13210,90 manat borcu vardır.

12. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, "xxxx" MMC ümumi dəyəri 1799,99 manat olan «DemirDokum Nitron Plus 30» markalı əşyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 100 manat olmaqla, sonuncu ay 99,99 manat ödəməyi öhdəsinə götürmüşdür.

13. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 1699 manat, cərimə borcuna görə 5097 manat olmaqla, cəmi 6796 manat borcu vardır.

14. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyaları cavabdehə vermiş, lakin cavabdeh müqavilələr əsasında müəyyənləşdirilmiş borc məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə Cavabdeh iddiaçı "xxxx" MMC qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

17. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

18. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

19. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

20. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

23. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, xx.xx.2023-cü il tarixli müqavilə üzrə tələb edilən 668 manat dəbbə pulu azaldılaraq 100 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə tələb edilən 445,40 manat dəbbə pulu azaldılaraq 80 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə tələb edilən 990,80 manat dəbbə pulu azaldılaraq 100 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə tələb edilən 509,70 manat dəbbə pulu azaldılaraq 90 manat məbləğində dəbbə pulu müəyyən edilməlidir.

24. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 110,84 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

26. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 2226,90 (iki min iki yüz iyirmi altı manat, doxsan qəpik) manat əsas, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 2326,90 (iki min üç yüz iyirmi altı manat, doxsan qəpik) manat, xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1484,90 (bir min dörd yüz səksən dörd manat, doxsan qəpik) manat əsas, 80 (səksən) manat cərimə borcu olmaqla, cəmi 1564,90 (bir min beş yüz altmış dörd manat, doxsan qəpik) manat, xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 3302,90 (üç min üç yüz iki manat, doxsan qəpik) manat əsas, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 3402,90 (üç min dörd yüz iki manat, doxsan qəpik) manat, xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1699 (bir min altı yüz doxsan doqquz) manat əsas, 90 (doxsan) manat cərimə borcu olmaqla, cəmi 1789 (bir min yeddi yüz səksən doqquz) manat, ümumilikdə 9083,70 (doqquz min səksən üç manat, yetmiş qəpik) manat məbləğində pul və 110,84 (bir yüz on manat, səksən dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

27. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 2226,90 (iki min iki yüz iyirmi altı manat, doxsan qəpik) manat əsas, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 2326,90 (iki min üç yüz iyirmi altı manat, doxsan qəpik) manat, xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1484,90 (bir min dörd yüz səksən dörd manat, doxsan qəpik) manat əsas, 80 (səksən) manat cərimə borcu olmaqla, cəmi 1564,90 (bir min beş yüz altmış dörd manat, doxsan qəpik) manat, xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 3302,90 (üç min üç yüz iki manat, doxsan qəpik) manat əsas, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 3402,90 (üç min dörd yüz iki manat, doxsan qəpik) manat, xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1699 (bir min altı yüz doxsan doqquz) manat əsas, 90 (doxsan) manat cərimə borcu olmaqla, cəmi 1789 (bir min yeddi yüz səksən doqquz) manat, ümumilikdə 9083,70 (doqquz min səksən üç manat, yetmiş qəpik) manat məbləğində pul və 110,84 (bir yüz on manat, səksən dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar