Məhkəmə qərarları › İş №e-2(060)-478/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-478/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-478/2023 17.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********89945 Huawei Nova 5T markalı telefon, İmei kodu **********88519 Huawei P Smart 2021 markalı telefon, İMEİ KODU **********77568 SAMSUNG GALAXY A52 MARKALİ TELEFON, İmei kodu **********03358 X7 9 Pro markalı telefon, və nəticədə 2633 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1778.4 manat İmei kodu **********89945 Huawei Nova 5T markalı telefon, İmei kodu **********88519 Huawei P Smart 2021 markalı telefon üçün ümumilikdə, 1576.4 manat olmaqla ondan, 1576.4 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1279 manat İMEİ KODU **********77568 SAMSUNG GALAXY A52 MARKALİ TELEFON üçün ümumilikdə, 851 manat olmaqla ondan 851 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 735.6 manat İMEİ KODU **********03358 X7 9 PRO MARKALİ TELEFON üçün ümumilikdə, 205.6 manat olmaqla ondan 205.6 manat ödənilməmiş hissə təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 1160 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrini ləğv edilməsi, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********89945 Huawei Nova 5T markalı telefon, İmei kodu **********88519 Huawei P Smart 2021 markalı telefon üçün 1576.4 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********77568 SAMSUNG GALAXY A52 MARKALİ TELEFON üçün 851 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********03358 X7 9 PRO MARKALİ TELEFON üçün 205.6 manat ödənilməmiş hissə ümumilikdə 2633 manat borc, 46.33 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edib, təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəməyə müraciət etdikdən sonra heç bir ödəniş olmamışdır. Cavabdeh ‘‘ABC TELECOM’’ MMC ilə bağlanılmış müqavilələrə əsasən cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəmir. İddia tələbini əsaslı hesab edir və 2633 manat borc məbləginin 46.33 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh ‘‘ABC TELECOM’’ MMC ilə xx.xx.2021-ci il, xx.xx.20221-ci il və xx.xx.2021-ci il tarixlərdə bağladığı müqavilələrə əsasən 4 ədəd müxtəlif markalı telefonlar almış, lakin müqavilələrə əsasən qrafiklər üzrə ödənişləri etməmişdir. Hazırda cavabdehin 3 müqavilə üzrə 2633 manat borcu yaranmışdır. Cavabdehə dəbbəyə güzəşt edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəmir. Telefon servisdə qəbul olunmuş, diaqnostika olunmuş, lakin telefonda heç bir qüsur aşkar olunmamışdır. Qızıl zəmanət verilmişdir. Telefon qüsurlu olduğu halda qaytarıla bilər. Cavabdehin təqdim etdiyi telefonda isə qüsur aşkar olunmamışdır. Əgər müştəri yaxınlaşıb malı qaytarsa, ödəyə bilməsə, onda pul çıxılır, mal isə geri qaytarılır.Ona görə də iddia tələbinin əsaslı hesab edərək təmin edilməsini xahiş etmişdir. 30 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Onun adına 4 telefon götürülmüşdür. Onlardan biri 10 gün ərzində geri qaytarılmışdır. Bunu təsdiq edən sənədlər də var. Digər 3 telefon isə başqa şəxslərə verilmişdir. Ödənişlərin olunmadığını bilməmişdir. Telefonları oğlu online götürmüş, digər şəxslərə vermişdir. Oğlu də dənizdə batmış, dünyasını dəyişmişdir. İddia tələbini nasazlıq olan telefondan başqa digər hissələrdə qəbul edir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 11 noyabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1778.4 manat İmei kodu **********89945 Huawei Nova 5T markalı telefon, İmei kodu **********88519 Huawei P Smart 2021 markalı telefon üçün ümumilikdə, 1576.4 manat olmaqla ondan, 1576.4 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1279 manat İMEİ KODU **********77568 SAMSUNG GALAXY A52 MARKALİ TELEFON üçün ümumilikdə, 851 manat olmaqla ondan 851 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 735.6 manat İMEİ KODU **********03358 X7 9 PRO MARKALİ TELEFON üçün ümumilikdə, 205.6 manat olmaqla ondan 205.6 manat ödənilməmiş hissə olmaqla borcu yaranmış, ümumilikdə əsas borca ödənilmiş məbləğ 1160 manat olmaqla, əsas borca ödənilməmiş məbləğ 2633 manat, ümumillikdə əsas borca ödənilməmiş məbləğ 2633 manat təşkil etmişdir. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, 23155107 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********89945 Huawei Nova 5T markalı telefon, İmei kodu **********88519 Huawei P Smart 2021 markalı telefon almışdır. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 23155107 saylı müqavilədə nəzərdə tutulmuş İmei kodu **********89945 Huawei Nova 5T markalı telefon, İmei kodu **********88519 Huawei P Smart 2021 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23155107 saylı müqavilə üzrə 18 ay müddətində hər ay 98.80 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, 23186141 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ KODU **********77568 SAMSUNG GALAXY A52 MARKALİ TELEFON almışdır. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 23186141 saylı müqavilədə nəzərdə tutulmuş İMEİ KODU **********77568 SAMSUNG GALAXY A52 MARKALİ TELEFONU tam qüsursuz halda təhvil almışdır. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23186141 saylı müqavilə üzrə 18 ay müddətində hər ay 65.50 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, 22209029 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********03358 X7 9 Pro markalı telefon almışdır. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 22209029 saylı müqavilədə nəzərdə tutulmuş İmei kodu **********03358 X7 9 Pro markalı telefonu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 22209029 saylı müqavilə üzrə 12 ay müddətində hər ay 61.30 manat ödəməyi öhdəsinə götürmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-7624/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərində bağlanmış müqavilələrə əsasən ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilənin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 239880 nömrəli Servislink tərəfindən verilmiş diaqnostika işindən görünür ki, Cavabdeh Huawei Nova 5T markalı telefonu təhvil verməklə, cihaz istifadə zamanı çox qızır, kontaktda ad axtarışında əl yazanda çıxış olunur qüsurunu bildirməklə telefonu servisə təhvil vermişdir. İddiaçı MMC tərəfindən verilmiş Servis-link tərəfindən verilmiş diaqnostika işindən görünür ki, Cavabdeh Huawei markalı telefonu cihaz istifadə zamanı çox qızır, kontaktda ad axtarışında əl yazanda çıxış olunur qüsurunu bildirməklə telefonu servisə təhvil vermişdir. Texniki baxışın nəticəsində isə məlum olmuşdur ki, telefon diaqnostika olunmuş, maye, zərbə və kənar müdaxilənin olmaması müəyyən olunmuş, diaqnostika zamanı qüsur aşkar edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərində bağlanmış müqavilələr ilə üzərinə götürdüyü öhdəliyləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya ümumilikdə 2633 ( iki min altı yüz otuz üç) manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 239880 nömrəli Servis-link tərəfindən verilmiş diaqnostika işindən görünür ki, müqavilə bağlandıqdan 10 gün sonra (xx.xx.2021-ci il tarixli müqavilə) Cavabdeh Huawei Nova 5T markalı telefonu təhvil verməklə, cihaz istifadə zamanı çox qızır, kontaktda ad axtarışında əl yazanda çıxış olunur qüsurunu bildirməklə telefonu servisə təhvil vermiş, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi tərəfindən məhsul təhvil alınmışdır. Həmin müddətdən sonra cavabdehə başqa məhsul verilməməsi işin mübahisə edilməyən halıdır. Bundan əlavə İddiaçı MMC tərəfindən təqdim edilən Servis-link tərəfindən verilmiş diaqnostika işindən görünür ki, Cavabdeh Huawei markalı telefonu cihaz istifadə zamanı çox qızır, kontaktda ad axtarışında əl yazanda çıxış olunur qüsurunu bildirməklə telefonu servisə təhvil verildikdən texniki baxışın nəticəsi barədə cavabdehin məlumatlı olub-olmaması, iddia ərizəsi verilərkən bu halın qeyd olunmaması,verilmiş iddia tələbinin əsaslı olmasına dair sübutların iddiaçı tərəfindən təqdim olunması baxımından qanunvericiliyin tələbi rəhbər tutulmaqla, həmin hissədə əsaslı olması şübhə altına salır. Hazırki halda iddia tələbinin mübahisələndirilən hissədə təsdiq edilməsinə dair sübut və dəlillər öz təsdiqini tapmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz.Yəni telefonun diaqnostika olunması, maye, zərbə və kənar müdaxilənin olmamasının müəyyən olunması, həmçinin diaqnostika zamanı qüsur aşkar edilməməsi öz təsdiqini tapmır. Cavabdeh tərəfindən məhsul qaytarıldıqdan sonra təhvil götürülmüş qüsurlu əmlaka görə məbləğin, digər öhdəliklərlə birliktə tələb edilməsi qanuna uyğun olmamaqla, öz təsdiqini tapmır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq verilmiş iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında AR Qanununun” 7.1-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanununun 10.6-cı maddəsinə əsasən istehlakçı malın (işin, xidmətin nəticələrinin) istifadəsi, daşınması və saxlanılması qaydalarına düzgün əməl etdikdə, lakin həmin mal (iş, xidmət) onun həyatına, sağlamlığına, əmlakına və ya ətraf mühitə zərər vurduqda və ya zərər vura bilərsə, istehsalçı (icraçı, satıcı) onun istehsalını (satışını) zərər vura bilən səbəblər aradan qaldırılanadək dayandırmalı, zəruri hallarda isə onun dövriyyədən çıxarılması və istehlakçıdan geri qaytarılması üçün tədbirlər görməlidir. Zərərin səbəblərini aradan qaldırmaq mümkün deyildirsə, istehsalçı (icraçı) belə malları (işləri, xidmətləri) istehsaldan çıxarmaqla, dövriyyədən yığmağa və istehlakçıdan geri almağa borcludur. İstehsalçı (icraçı) bu vəzifələrini yerinə yetirmədikdə malları (işləri, xidmətləri) istehsaldan çıxarmaq, dövriyyədən yığmaq və istehlakçılardan geri almaq haqqında qərarı müvafiq dövlət nəzarət orqanları öz səlahiyyətləri çərçivəsində qəbul etməlidirlər. Bu hərəkət nəticəsində ərzaq xammalı və məhsulları qidalanma üçün yararsız sayılarsa, onlar məhv və ya təkrar emal edilməlidirlər. Malların (işlərin, xidmətlərin) geri qaytarılması ilə əlaqə dar istehlakçıya dəyən zərəri istehsalçı (icraçı) tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 186.1.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə ləğv edilməli, Cavabdeh 1056,6 (min əlli altı manat, altmış qəpik) manat pul və 30.57 (otuz manat əlli yeddi qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 15.76 manatı iddiaçıya aid edilməli, 30.57 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə ləğv edilsin. Cavabdeh 1056,6 (min əlli altı manat altmış qəpik) manat pul və 30.57 (otuz manat əlli yeddi qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar