Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4783/2025 06.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, 28 sentyabr 2022-ci il tarixli, ML/4247 nömrəli X2 üzrə - 477 (dörd yüz yetmiş yeddi manat) manat lizinq borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğdə dövlət rüsumunun cavabdeh – Cavabdeh tutularaq iddiaçı - "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, iddiaçı - "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaq)ə cavabdeh - Cavabdeh arasında 28 sentyabr 2022-ci il tarixli, ML/4247 nömrəli X2 bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh 1 (bir) ədəd 2010-cu il buraxılışlı, “Kia Rio” minik markalı, KNADH411BB6914764 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 24 (iyirmi dörd)% dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə lizinqə verilmiş, müqavilə üzrə lizinq məbləği 9000 (doqquz min) AZN təşkil etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, xx.xx.2023-cü il tarixində Cavabdeh tərəfindən GoldenPay (hesab.az) onlayn ödəmə sistemi vasitəsilə 477 (dörd yüz yetmiş yeddi) AZN məbləğində kredit ödənişi keçirilən zaman texniki problem baş vermiş və nəticədə həmin 477 (dörd yüz yetmiş yeddi) AZN məbləğində ödəniş bir ödəmə kodu (7********)üzrə iki dəfə sistemə ödəniş kimi qəbul edilmişdir. Bu haldaCavabdeh "xxxx" MMC-yə olan borcu sistemdə uzun müddət yaranan texniki nasazlıqla əlaqədar bağlı olaraq görsənsə belə tamşəkildə bağlanmamışdır. "xxxx" MMC və "xxxx" ASC tərəfindən bizə daxil olan cavab məktubları da bu halı təsdiqləyir (məktubların surəti iddia ərizəsinə əlavə olunur). Belə ki, "xxxx" ASC-nin GP-05/2025-26 nömrəli xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunur ki, hesab.az platforması üzrərindən həyata keçirilən ödənişlər zamanı qarşı tərəfdə ödəniş uğurla başa çatmış olsa da, hesab.az tərəfə xəta cavabı ötürülmüş və bu da bir tranzaksiya nömrəsi ilə bir neçə dəfə təkrar ödənişin keçirilməsinə səbəb olmuşdur. "xxxx" MMC isə özünün xx.xx.2025-ci il tarixli məktubunda bildirir ki, əməliyyatın statusunu yoxlayan servisdən istifadə etmədən eyni əməliyyat ödənişi qəbul edən təşkilat (yəni hesab.az) tərəfindən təkrar göndərilmişdir. Baş vermiş texniki xətanın nəticələri gec aşkarlandığına və aradan qaldırmaq mümkün olmadığına görə, "xxxx" MMC tərəfindən tərtib olunan maliyyə arayışına əsasən, Cavabdeh həmin texniki nasazlıq nəticəsində "xxxx" MMC-yə kredit üzrə qalıq borcu 477 (dörd yüz yetmiş yeddi manat) AZN təşkil edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 28 sentyabr 2022-ci il tarixli, ML/4247 nömrəli X1 görünür ki, cavabdeh - Cavabdeh 1 (bir) ədəd 2010-cu il buraxılışlı, “Kia Rio” minik markalı, KNADH411BB6914764 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 24 (iyirmi dörd)% dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə lizinqə verilmiş, müqavilə üzrə lizinq məbləği 9.000 (doqquz min) AZN təşkil etmişdir. "xxxx" ASC-nin GP-05/2025-26 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, hesab.az platforması üzrərindən həyata keçirilən ödənişlər zamanı qarşı tərəfdə ödəniş uğurla başa çatmış olsa da, hesab.az tərəfə xəta cavabı ötürülmüş və bu da bir tranzaksiya nömrəsi ilə bir neçə dəfə təkrar ödənişin keçirilməsinə səbəb olmuşdur. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, əməliyyatın statusunu yoxlayan servisdən istifadə etmədən eyni əməliyyat ödənişi qəbul edən təşkilat (yəni hesab.az) tərəfindən təkrar göndərilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunan maliyyə arayışından görünür ki, Baş vermiş texniki xətanın nəticələri gec aşkarlandığına və qaldırmaq mümkün olmadığına görə Cavabdeh həmin texniki nasazlıq nəticəsində "xxxx" MMC-yə kredit üzrə qalıq borcu 477 (dörd yüz yetmiş yeddi manat) AZN təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı - "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaq)ə cavabdeh - Cavabdeh arasında 28 sentyabr 2022-ci il tarixli, ML/4247 nömrəli X2 bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh 1 (bir) ədəd 2010-cu il buraxılışlı, “Kia Rio” minik markalı, KNADH411BB6914764 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 24 (iyirmi dörd)% dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə lizinqə verilmiş, müqavilə üzrə lizinq məbləği 9000 (doqquz min) AZN təşkil etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, xx.xx.2023-cü il tarixində Cavabdeh tərəfindən GoldenPay (hesab.az) onlayn ödəmə sistemi vasitəsilə 477 (dörd yüz yetmiş yeddi) AZN məbləğində kredit ödənişi keçirilən zaman texniki problem baş vermiş və nəticədə həmin 477 (dörd yüz yetmiş yeddi) AZN məbləğində ödəniş bir ödəmə kodu (7********)üzrə iki dəfə sistemə ödəniş kimi qəbul edilmişdir. Bu haldaCavabdeh "xxxx" MMC-yə olan borcu sistemdə uzun müddət yaranan texniki nasazlıqla əlaqədar bağlı olaraq görsənsə belə tamşəkildə bağlanmamışdır. "xxxx" MMC və "xxxx" ASC tərəfindən bizə daxil olan cavab məktubları da bu halı təsdiqləyir (məktubların surəti iddia ərizəsinə əlavə olunur). Belə ki, "xxxx" ASC-nin GP-05/2025-26 nömrəli xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunur ki, hesab.az platforması üzrərindən həyata keçirilən ödənişlər zamanı qarşı tərəfdə ödəniş uğurla başa çatmış olsa da, hesab.az tərəfə xəta cavabı ötürülmüş və bu da bir tranzaksiya nömrəsi ilə bir neçə dəfə təkrar ödənişin keçirilməsinə səbəb olmuşdur. "xxxx" MMC isə özünün xx.xx.2025-ci il tarixli məktubunda bildirir ki, əməliyyatın statusunu yoxlayan servisdən istifadə etmədən eyni əməliyyat ödənişi qəbul edən təşkilat (yəni hesab.az) tərəfindən təkrar göndərilmişdir. Baş vermiş texniki xətanın nəticələri gec aşkarlandığına və aradan qaldırmaq mümkün olmadığına görə, "xxxx" MMC tərəfindən tərtib olunan maliyyə arayışına əsasən, Cavabdeh həmin texniki nasazlıq nəticəsində "xxxx" MMC-yə kredit üzrə qalıq borcu 477 (dörd yüz yetmiş yeddi manat) AZN təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki,öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən,icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən,borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Bundan başqa, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh 28 sentyabr 2022-ci il tarixli, ML/4247X2 üzrə baş vermiş texniki xəta nəticəsində ödənilməmiş borcu cəmi 477 (dörd yüz yetmiş yeddi manat) AZN təşkil edir. Nəticə etibarilə, ümumilikdə 477 (dörd yüz yetmiş yeddi manat) manat pul vəsaitinin cavabdehdən - Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 477 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 265 -220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 28 sentyabr 2022-ci il tarixli, ML/4247nömrəli X2 üzrə - 477 (dörd yüz yetmiş yeddi manat) manat lizinq borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğdə dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-4783/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4783/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver