Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4790/2024 29.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə qonşusu olan Rəşad Namazova yaxınlaşaraq özünə yeni avtomobil almaq istədiyini bildirmiş və onunla birlikdə “002 cars” avtosalona özündə olan “Mercedes S320” markalı avtomobili cavabdehə Cavabdeh 7000 manat və 1300 ABŞ dolları, yəni 2210 manat ilkin ödəniş edərək, ondan “Hunday Elantra” markalı avtomobili 36 ay 360 dollar ödəməklə kreditə götürüb. Bu barədə tərəflər arasında notarial qaydada müqavilə də bağlanmışdır. 1 il 4 ay krediti ödədikdən sonra cavabdehlə razılaşmışlar ki, bu avtomobili hündür başqa bir avtomobilə dəyişsinlər. Bundan sonra iddiaçı onlardan “Hunday Santafe” markalı avtomobili 42 ay olmaqla, aylıq 400 dollardan ödəməyə başlamışdır. 4 ay sözügedən avtomobilin ödənişini ödədikdən sonra iddiaçı işdən azad edildiyinə görə ödənişi ödəyə bilmədiyini cavabdehə bildirib və 24.10.23-cü il tarixdə avtomobili cavabdehə təhvil vermişdir. İddiaçı Özbəkistan Respublikasında işlədiyinə görə cavabdeh ona 2024-cü il mart ayında vətənə qayıdanda ödədiyi məbləğdə avtomobil verəcəyini bildirib. Amma təxminən 6 aydır ki, cavabdeh nə iddiaçıya yeni vermiş, nə də iddiaçının ödədiyi məbləği ona qaytarmışdır. Bu baradə cavabdehə dəfələrlə müraciət olunsa da, cavabdeh hər dəfə bəhanə gətirərək iddiaçının ödəmiş olduğu 9300 manat məbləğində pulu qaytarmaqdan boyun qaçırmışdır. Bu səbəbdən də, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Cavabdehin iddiaçıya ödəməli olduğu 9300 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən Cavabdeh 9300 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 113 manat məbləğində dövlət rüsumunun və vəkillə müqavilə bağlamaq üçün ödənilmiş 325 manat məbləğində pulun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış ilkin müqavilədən görünür ki, Cavabdeh Sumqayıt RQİ və TBŞ tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş BD216002 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən 2013-cü ilin, BAN № KMHDH4AH5EU03861 mühərrik № G4NCDU875515, **-DK-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı nəqliyyat vasitəsini İddiaçı ilə 31242 manata müqavilədə göstərilən müddətdə əsas alqı-satqı müqaviləsini bağlamaqla satmaq barədə razılığa gəldilər.
7. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində göstərilən nəqliyyat vasitəsinin alqı-satqısı ilə əlaqədar razılaşdırılmış əmlakın ümumi dəyərindən, yəni 31242 manatdan 2210 manatı ilkin ödəniş olaraq Cavabdeh nağd şəkildə verdiyini, eyni zamanda İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər (9 ay müddətində) Cavabdeh hər ay 612 manat olmaqla, 5508 manat verdiyini, Cavabdeh isə həmin məbləğləri nağd şəkildə aldığını bəyan etmişdir. Eyni zamanda, qalan 23524 manat pul məbləğindən İddiaçı özünə məxsus olan nəqliyyat vasitəsini Cavabdeh ilə qarşılıqlı 7000 manat qiymətləndirərək əmlak kimi ödədiyini bəyan etmiş, Cavabdeh isə qəbul etdiyini bəyan etmişdir. Qalan 16524 manat pul məbləğini isə 27 ay müddətinə hər ay 612 manat olmaqla notariusun depozit hesabı vasitəsilə tam şəkildə ödəməyi, Cavabdeh isə ödəniş tam başa çatdıqdan sonra İddiaçı ilə əsas alqı-satqı müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür.
8. İş materiallarında olan Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi barədə» qərara əsasən toplanmış HK-1/863 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
9. Həmin qərardan görünür ki, İddiaçı izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə qonşusu olan Rəşad Namazova yaxınlaşaraq “002 cars” avtosalona özündə olan “Mercedes S 320” markalı avtomobili ona 7000 manat və 1300 dollar ilkin ödəniş edərək onlardan “Hunday Elantra” markalı avtomobili 36 ay 360 dollar ödəməklə kredit götürmüşdür. Bir il dörd ay ödədikdən sonra vaxtında razılaşmışdırlar ki, hündür avtomobilə dəyişsinlər və onlardan “Hunday Santafe” markalı avtomobili 42 ay olmaqla aylıq 400 dollardan ödəməyə başlamışdır. Dörd ay avtomobilin ödənişini ödədikdən soma işdən azad edildiyinə görə ödənişi ödəyə bilmədiyini qeyd etmişdir. xx.xx.2026-cı il tarixdə avtomobili onlara təhvil vermişdir ki, aralarında problem yaranmasın. Özbəkistan Respublikasında işlədiyinə görə 2024-cü il mart ayında vətənə qayıdanda onlar ona ödədiyi məbləğdə avtomobil verəcəklər. 6 aydır ki, onu get gələ salaraq onuna kobud danışmışdırlar və avtomobilə ilkin ödədiyi ödənişi geri qaytarmamışdırlar.
10. Həmin qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı ilə o, artıq təxminən 6 ilə yaxındır ki, tanımışdır. 2022-ci ilin may aylarında Rəşad ona Vüsalın avtomobilini satmaq istədiyini və əvəzində yeni avtomobil almaq istədiyini bildirmişdir. O da Rəşada ona köməklik edə biləcəyini demişdir. O, Vüsal ilə görüşmüşdür. Ona məxsus “Mercedes s klass” markalı avtomobilini 7000 manat və 1350 dollar olmaqla dəyərləndirmişdir. Həmin pulu ilkin ödəniş kimi hesablayaraq avtomobili özünə götürmüş və qarşılığında ona “Hunday Elantra” markalı avtomobil vermişdir, “Hunday elantra” markalı avtomobili aylıq 360 dollar olmaqla ödəniş edəcəyi barəsində notariat qaydada aralarında müqavilə bağlanmışdır. 2023-cü ilin yay aylarında Vüsal onda artıq cip istədiyini qeyd etmişdir. Ona “Hunday Santafe” markalı avtomobil verəcəyini demişdir. Onda olan “Hunday Elantra” markalı avtomobil götürərək “Santafe” markalı avtomobili aylıq 400 dollar olmaqla razılaşmışdırlar. Avtomobili götürməmişdən qabaq Vüsal avtomobili yoxlatdırmış və hər şey qaydasında idi. Vüsal 2023-cü il oktyabr ayınadək həmin avtomobilin pulunu ödəmişdir. Təxminən 2024-cü il fevral ayında həmin avtomobili ona gətirib Rəşada vermişdir. Vüsalla danışıq zamanı Vüsal ona həmin avtomobili istəmədiyini bildirmişdir. O, avtomobili götürərkən avtomobilin üzərində cərimələr var idi. Eləcə də avtomobil texasmoturdan keçməmişdir. Avtomobil onda olandan təxminən 10 gün sonra avtomobildən nasazlıqlar olduğunu hiss etmişdir. Dərhal avtomobili servisə aparmışdır. Servisdə avtomobilin ön hissəsində ciddi problemlər olduğunu demişdirlər. Bundan sonra qüsur aktı çıxartmışdır və servisdə avtomobilinə təxminən 6300 manata yaxın ziyan dəydiyini demişdirlər. Bundan sonra Vüsal onunla telefon danışıqları zamanı xaricdən gələcəyini və Bakıda ona avtomobil lazım olacağını bildirmişdir. Həmçinin, “Santafe”ni satmağını demişdir. O, ona əgər “Santafe” satılarsa ordan ona 3-4 min manat pul verə biləcəyini qeyd etmişdir. Bundan sonra “Santafe” satılmamışdır. Demək olar ki, Vüsal ona tez-tez yığaraq avtomobilin pulunu istəmişdir. Artıq ondan şikayət etməyə başlamışdır. O, onu şikayət etdikdən sonra ona “Santafe”yə vurduğu ziyanı demişdir. Həmçinin, ondan avtomobil onda olan müddətdə ona dəydiyini ziyanı da hesablayaraq o da ondan pul istəmişdir. Ümumilikdə Vüsal ona 6300 manat və 8500 manat maddi ziyan vurduğunu qeyd etmişdir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə ilkin müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı özünə məxsus “Mercedes S320” markalı avtomobili (7000 manat və 1300 ABŞ dolları, yəni 2210 manata) Cavabdeh satmış, nəticədə 9210 manat ilkin ödəniş edərək, Cavabdeh “Hunday Elantra” markalı avtomobili 27 ay müddətinə, hər ay 612 manat ödəməklə kreditə götürmüşdür. Sonradan tərəflər arasında şifahi razılığa əsasən İddiaçı “Hunday Elantra” markalı avtomobili geri qaytarmış, əvəzində isə “Hunday Santafe” markalı avtomobili 42 ay müddətinə, 400 ABŞ dolları ödəməklə kreditə götürmüşdür. İddiaçı müəyyən qədər ödənişlər edildikdən sonra maddi vəziyyəti ilə əlaqədar ödənişi dayandırmış və başqa şəxs vasitəsilə avtomobili geri qaytarmışdır.
12. İddiaçının tələbinin əsası kimi xarici ölkədə işlədiyinə görə cavabdehin ona 2024-cü il mart ayında vətənə qayıdanda ödədiyi məbləğdə avtomobil verəcəyini bildirməsi, hazırda cavabdehin nə yeni avtomobil verməsi, nə də ödədiyi məbləğin geri qaytarılmaması təşkil edir.
13. Bununla əlaqədar məhkəmə qeyd edir ki, tərəflər arasında belə razılaşmanın (xarici ölkədə işlədiyinə görə cavabdehin ona 2024-cü il mart ayında vətənə qayıdanda ödədiyi məbləğdə avtomobil verəcəyini bildirməsi) mövcudluğuna dair iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
14. Bunun əksi olaraq iş materiallarından görünür ki, iddiaçı sözügedən avtomobili X2 tərəfindən cavabdehə qaytarmış və razılaşdıqları ödənişi etməkdən imtina etmişdir.
15. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh məhkəmə zalında “Hunday Santafe” markalı avtomobilin hazırda onda olduğunu və qalan ödənişlər edilməklə İddiaçı təhvil verilməsinə etirazının olmadığını bildirmişdir.
16. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
17. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
19. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.
20. Eyni Məcəllənin 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
22. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
23. Eyni Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.
24. Göstərilən Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
25. Eyni Məcəllənin 424.4-cü maddəinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
28. Həmin Məcəllənin 430.2-ci maddəsinə əssən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5).
31. Qeyd edilən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. (maddə 488.2).
32. Eyni Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
33. Eyni Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
34. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli ilkin müqavilədə tərəfin müqavilədən birtərəfli qaydada imtina etmək hüququ nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən maddi vəziyyətinin yaxşı olmaması halı əsas tutularaq müqavilənin icrasında birtərəfli qaydada imtina etməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir.
35. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh tərəfin müqavilə üzrə öhdəliyini pozmadığı halda iddiaçının ilkin müqavilə üzrə ödədiyi pulun qaytarılmasını tələb etməsi hüquqdan sui-istifadə halıdır.
36. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
37. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.
38. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva