Məhkəmə qərarları › İş №e-2(060)-4791/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4791/2022

22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4791/2022 22.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə Samsung Paltaryuyan, BOSCH Lazer nivelir, İMEİ kodu **********79807 Xiaomi Redmi 8, İMEİ kodu **********48640 Samsung galaxy A01 markalı telefonlar, Qoruyucu şüşə, İMEİ kodu **********65756 Xiaomi Redmi 8 markalı telefon üçün ümumilikdə 1579 manat ödənilməmiş hissə və 35,79 manat dövlət rüsumu olmaqla, cəmi 1614,79 manat pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Cavabdehin şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1981-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01056181 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodu **********65756 Xiaomi Redmi 8 markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2020-ci il tarixli, 21194371 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodu **********48640 Samsung galaxy A01 markalı telefonlar, Qoruyucu şüşə satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli, 23100506 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə BOSCH Lazer nivelir satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2020-ci il tarixli, 20326424 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə İMEİ kodu **********79807 Xiaomi Redmi 8 markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli, 23044914 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə Samsung Paltaryuyan satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 30 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 20,7 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 20 ay müddətində hər ay 22,90 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 20 ay müddətində hər ay 21,5 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 73,90 manat iddiaçıya ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 1330,2 manat olan Samsung Paltaryuyan üçün hazırda ümumilikdə 781,12 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 549 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 549,6 manat olan BOSCH Lazer nivelir üçün hazırda ümumilikdə 524,6 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 25 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 430 manat olan İMEİ kodu **********79807 Xiaomi Redmi 8 markalı telefon üçün hazırda ümumilikdə 119,2 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 310,8 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 377,6 manat olan İMEİ kodu **********48640 Samsung galaxy A01 markalı telefonlar, Qoruyucu şüşə üçün hazırda ümumilikdə 99 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 278,6 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 540 manat olan İMEİ kodu **********65756 Xiaomi Redmi 8 markalı telefon üçün hazırda ümumilikdə 55 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 485 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2019-cu tarixli əşyaların təhvil-təslim aktlarına əsasən Samsung Paltaryuyan, BOSCH Lazer nivelir, İMEİ kodu **********79807 Xiaomi Redmi 8, İMEİ kodu **********48640 Samsung galaxy A01 markalı telefonlar, Qoruyucu şüşə, İMEİ kodu **********65756 Xiaomi Redmi 8 markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 35,79 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). Görüdnüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həminmmüqavilələrdə nəzərdə tutulmuş məhsulları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, məhsulların dəyərini müqavilələrdə nəzərdə tutulmuş qaydada ödəməmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). İşdən göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqavilələrinin müddəti bitməmişdir. Həmin müqavilələrdədə cavabdehin müqavilə şərtlərinə əməl etmədiyi təqdirdə iddiaçının bütün müqavilə dövrü üçün hesablanmış borcu tələb edə bilmək hüququ təsbit edilməmişdir. Lakin iddiaçı cavabdehdən müqavilələr üzrə əsas borc məbləğini bütövlükdə tələb edir. Belə olan halda iddiaçı müqavilələrin ləğv edilməsi tələbini irəli sürmədən bütün müqavilə müddəti üçün nəzərdə tutulmuş əsas borcu tələb edə bilməz. Bu səbəbdən həmin müqavilələr üzrə iddiaçının ödənişləri çıxılmaqla cavabdehin iddiaçıya olan borcu məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixə kimi hesablanmalıdır. Bu səbəbdən iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 411,7 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 249,80 manat ödənilməmiş hissə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35,79 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 934 (doqquz yüz otuz dörd) manat 70 (yetmiş) qəpik ödənilməmiş hissə və 15 (on beş) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar