Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4796/2022 09.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən '’Soliton’' mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 22 avqust 2018-ci il, 26 dekabr 2018-ci il və 17 sentyabr 2019-cu il tarixlərində alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh 22 avqust 2018-ci il tarixli S3K4552206 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 272 manat olan 1 ədəd “Ulefone S8 Pro” markalı telefon almış, ilkin ödəniş etməmiş, nəticədə 272 manat borc yaranmış, 26 dekabr 2018-ci iİ tarixli S4K558077 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2134 manat olan 1 ədəd "Philips” markalı tozsoran, 1 ədəd "Grundig” markalı televizor, 1 ədəd "Веkо” markalı tozsoran almış, ilkin ödəniş olaraq 24 manat ödəniş etmiş, nəticədə 2110 manat borc yaranmış və 17 sentyabr 2019-cu il tarixli S4K5737999 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 833 manat olan 1 ədəd “Samsung Galaxy A50” markalı telefon almış, ilkin ödəniş olaraq 17 manat ödəniş etmiş, nəticədə 816 manat borc yaranmışdır. Cavabdeh tərəfindən 22 avqust 2018-ci il tarixli S3K4552206 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 23 manat ödəniş edilmiş, 26 dekabr 2018-ci il tarixli S4K558077 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 282 manat ödəniş edilmiş və 17 sentyabr 2019-cu il tarixli S4K5737999 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-cu il tarixdə 136 manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqayilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti S3K4552206 saylı müqabilə üzrə ümumi 272 manat olan 1 ədəd “Ulefone S8 Pro” markalı telefon üçün ümumilikdə 42 manat ödənilməmiş hissə, 12 manat dəbbə pulu, alqı-satqı qiyməti S4K558077 saylı müqavilə üzrə ümumi 2134 manat olan 1 ədəd “Philips” markalı tozsoran, 1 ədəd “Grundig” markalı televizor, 1 ədəd “Веkо” markalı tozsoran üçün ümumilikdə 700 manat ödənilməmiş hissə, 209 manat dəbbə pulu yaranmış və alqı-satqı qiyməti S4K5737999 saylı müqavilə üzrə ümumi dəyəri 833 manat olan 1 ədəd “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 204 manat ödənilməmiş hissə, 61 manat dəbbə pulu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh İddiaçı xeyrinə S3K4552206 saylı müqavilə üzrə 42 manat əsas borc, 12 manat dəbbə pulu, S4K558077 saylı müqavilə üzrə 700 manat əsas borc, 209 manat dəbbə pulu, S4K5737999 saylı müqavilə üzrə 204 manat əsas borc, 61 manat dəbbə pulu və 33 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1261 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin ünvan tam olmadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır.Məhkəmə tərəfindən göndərilmiş SMS məlumatlandırma barədə bildirişə əsasən Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı dəyəri 272 manat olan “Ulefone S8 Pro” markalı telefon almışdır. İş materiallarında olan ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi üzrə 12 ay müddətində hər ay 23 manat, sonuncu ay 19 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı dəyəri 2134 manat olan "Philips” markalı tozsoran, "Grundig” markalı televizor, "Веkо” markalı tozsoran almışdır. İş materiallarında olan ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi üzrə ilkin ödəniş 24 manat olmaqla, qalan məbləği 15 ay müddətində hər ay 141 manat, sonuncu ay 136 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı dəyəri 833 manat olan “Samsung Galaxy A50” markalı telefon almışdır. İş materiallarında olan ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi üzrə ilkin ödəniş 17 manat olmaqla, qalan məbləği 12 ay müddətində hər ay 68 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh ilə 22 avqust 2018-ci il, 26 dekabr 2018-ci il və 17 sentyabr 2019-cu il tarixdə bağlanmış hissə-hissə ödənişlə alqı-satqı müqavilələrinə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilənin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq 10 gün ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə bağlanmış müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya xx.xx.2018-ci il tarixli müqavilə üzrə 42 manat əsas borc, 12 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 700 manat əsas borc, 209 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 204 manat əsas borc, 61 manat dəbbə pulu olmaqla, ümumilikdə 1228 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2018-ci il tarixli müqavilə üzrə 4 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 70 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə 20 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 42 manat əsas borc, 4 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 700 manat əsas borc, 70 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 204 manat əsas borc, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 1040 manat məbləğində pul və 33 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 42 manat əsas borc, 4 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 700 manat əsas borc, 70 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 204 manat əsas borc, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 1040 (min qırx) manat məbləğində pul və 33 (otuz üç) manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-4796/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4796/2022
09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver