Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4830/2025 12.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1) və Cavabdeh1 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla subroqasiya qaydasında pul tələbinə dair üzrə (açar sözlər: subroqasiya qaydasında pulun tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1) və Cavabdeh1 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1) və Cavabdeh1 qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və qanuni nümayəndəsi Cavabdeh1 440 (dörd yüz qırx) manat məbləğində əsas pul vəsaitinin və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, ümumilikdə, 470 (dörd yüz yetmiş) manat məbləğində pul vəsaitinin müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İşə məhkəmədə baxılarkən azyaşlı xx.xx.2022-ci il təvəllüdlü Cavabdeh2 hüquqlarının müdafiəsi üçün qanunvericiliyə uyğun olaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
3. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” üzrə sığorta təminatı almış “KİA CEED” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X16 xx.xx.2022-ci il tarixdə X7 idarə etdiyi “VAZ 21150” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zərər vurmuşdur. Həmçinin, Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib olunmuş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə “arayış” dan (Forma 4) müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi zaman avtomobilin sürücüsü X10 həmin avtomobili idarə etmək hüququ olmamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Sumqayıt şəhər DYPŞ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında protokoldan (İXP5118018) görünür ki, X3 Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələrinə əsasən, yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X7 idarə etdiyi “VAZ 21150” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 356.08 (üç yüz əlli altı manat səkkiz qəpik) manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindəki araşdırma nəticəsində müəyyən olunmuşdur ki, X16 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, xx.xx.2024cü il tarixində 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzinin notariat ofisində vərəsəlik işi açılmışdır. Sözügedən vərəsəlik işi üzrə Cavabdeh2 xx.xx.2024-cü ildə həmin notariat ofisində vərəsəlik üzrə şəhadətnamə təqdim olunmuşdur.
b) iddiaya etiraz
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə, sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa, xəbərnaməyə əsasən) xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə elektron ərizə göndərərək məhkəmə iclaslarının nümayəndələrinin iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəf isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
6. PAZ********** nömrəli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, “KİA CEED” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobili standart sığorta müqaviləsinə əsasən xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır.
7. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, X4 məxsus “KİA CEED” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2032-ci il tarixədək X10 istifadəsinə verilmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3191/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Polis İdarəsi DYPİ-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən Muxtarov (Məmmədov) Arif Habil oğlunun sürücülük vəsiqəsi 20 bal və daha çox toplanmasına görə xx.xx.2022-ci il tarixdən 06 ay müddətinə sürücülük hüququndan məhrum edilmişdir.
9. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, X11 məxsus “VAZ 21150” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixədək X7 istifadəsinə verilmişdir.
10. Sumqayıt şəhər Dövlət Yol Polis Şöbəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 09:30-da toqquşma növündə yol nəqliyyat hadisəsi zamanı X4 məxsus “KİA CEED” markalı, **-FR- *** dövlət qeydiyyat nişanlı avtomobil sürücülük hüququ olmadan X16 tərəfindən idarə edilərkən, X11 məxsus, etibarnamə ilə X13 tərəfindən idarə olunan “VAZ 21150” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili əzmişdir.
11. İXP seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “KİA CEED” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X16 tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
12. GP seriyalı, xx.xx.2022-ci il tarixli, 14317905 nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, X16 barəsində tərtib edilmiş İXP seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir.
13. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3191/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Muxtarov (Məmmədov) Arif Habil oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 332.4-cü maddəsində nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 400 manat məbləğində inzibati cərimə edilmişdir.
14. “Carpoint Autoservice” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “VAZ 21150” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri və təmirinin ümumi qiyməti 440 manatdır.
15. Yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, ZBT127180/23 saylı ödəniş aktından görünür ki, zərərçəkən X8 idarə etdiyi “VAZ 21150” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil dəymiş ziyanla bağlı onun sığortaçısı "xxxx" ASC tərəfindən X1 yolu ilə 440 manat sığorta ödənişinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
16. xx.xx.2023-cü il tarixli iştirakçının subroqasiya tələblərinin reyestrindən görünür ki, xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi ilə bağlı sığorta ödənişi olan 440 manat zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən ödənilmiş, kollektiv sazişə uyğun olaraq zərərvuranın sığortaçısı tərəfindən ödənilməli olan məbləğ 356.08 manat nəzərdə tutulmuşdur.
17. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X10 vərəsəsi Cavabdeh2dur və şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Sumqayıt filialının xx.xx.2024-cü il tarixli, 13 nömrəli arayışına əsasən 113.25 qram qızıl-ziynət əşyalarından ibarətdir.
b) tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
19. “İcbari sığortalar haqqında” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
20. Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 iyun 2022-ci il tarixli, 25/2 nömrəli qərarı ilə təsdiq edilmiş Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qaydalar: “4.7. Zərərvuranın sığortaçısı və zərərçəkənin sığortaçısı ən azı 5 (beş) il müddətində iddia faylına giriş, sənədlərlə tanış olmaq və çap etdirmək imkanına malikdirlər. 5.3. Sığorta ödənişi verildikdən sonra zərərçəkənin sığortaçısı sığorta ödənişinin verilməsini təsdiq edən, qiymətləndirmənin nəticələrini əks etdirən və faydalanan şəxsin sığorta ödənişi məbləği ilə razı olduğunu təsdiq edən məlumatları və sənədlərin surətlərini iddia faylına daxil edir. 7.1. Zərərçəkənin sığortaçısı ilə zərərvuranın sığortaçısı arasında hesablaşmalar nağdsız formada həyata keçirilir. 7.2. Zərərvuranın sığortaçısının zərərçəkənin sığortaçı qarşısında öhdəliklərinin məbləği zərərçəkənin sığortaçısı tərəfindən zərərvuranın sığortaçısına qarşı irəli sürülmüş bütün subroqasiya tələblərinin orta məbləğlərinin cəminə bərabərdir. Orta məbləğlərin hesablanması qaydası Büronun üzvü olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə fəaliyyət göstərmək hüququna malik sığortaçıların bağladığı kollektiv sazişlə müəyyən olunur.”
21. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Maddə 332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı; “Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşur” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.”
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı: “Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir.”
c) məhkəmə baxışının hədləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
d) məhkəmənin mövqeyi
26. İşin mübahisəsiz halları ondan ibarətdir ki; - X4 məxsus “KİA CEED” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-xx.xx.2023-cü ilədək "xxxx" ASC-də sığortalanmışdır. O, həmin avtomobili etibarnamə ilə xx.xx.2032-ci il tarixədək X10 istifadəsinə vermişdir. Lakin X2 vəsiqəsi 20 bal və daha çox toplanmasına görə xx.xx.2022-ci il tarixdən 06 ay (xx.xx.2023-cü ilədək) müddətinə sürücülük hüququndan məhrum edilmişdir. - X11 məxsus “VAZ 21150” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalanmışdır. O, həmin avtomobili etibarnamə ilə xx.xx.2023-cü il tarixədək X7 istifadəsinə vermişdir. - X2 hüququ olmadan idarə etdiyi “KİA CEED” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə, saat 09:30-da X7 etibarnamə ilə idarə etdiyi “VAZ 21150” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonuncuya 440 manat maddi ziyan vurmuşdur. - Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 iyun 2022-ci il tarixli, 25/2 nömrəli qərarı ilə təsdiq edilmiş Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qaydalara uyğun olaraq dəymiş ziyanın zərərçəkənin sığortaçısı tərəfindən zərərçəkənə ödənilməsi, daha sonra zərərvuranın sığortaçısı tərəfindən zərərçəkənin sığortaçısına ödənilməsi nəzərdə tutulmuşdur.
27. Hazırda zərərvuranın sığortaçısı "xxxx" ASC məhkəməyə müraciət edərək zərərçəkənin sığortaçısına ödənilmiş sığorta ödənişinin əvəzinin mərhum zərərvuranın vərəsəsindən tələb edir.
28. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir.
29. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
30. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
31. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
32. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən zərərvuran şəxsə qarşı tələb hüququ sığorta ödənişini vermiş sığortaçıya keçir. Qanunun bu imperativ tələbi göstərir ki, subroqasiya hüququ avtomatik olaraq və ya sığorta hadisəsinin baş verməsi ilə deyil, yalnız sığortaçının zərərçəkənə və ya onun sığortaçısına müvafiq ödənişi tam və real şəkildə həyata keçirdiyi andan yaranır. Ödəniş faktdır, subroqasiya isə həmin faktdan doğan nəticədir. Fakt olmadan nəticə ola bilməz.
33. Dəymiş ziyanın zərərçəkənin sığortaçısı tərəfindən zərərçəkənə ödənildiyini və ödənildiyi halda zərərvuranın sığortaçısı tərəfindən zərərçəkənin sığortaçısına ödənilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
34. Lakin iddiaçı tərəfindən iş materiallarına yuxarıdakı Qaydalara əsasən qiymətləndirmənin nəticələrini əks etdirən ziyan aktı və faydalanan şəxsin sığorta ödənişi məbləği ilə razı olduğunu təsdiq edən sığorta aktı əlavə edilsə də, "xxxx" ASC tərəfindən faydalanan şəxs X6 ödənişinin verilməsini təsdiq edən ödəniş tapşırığı əlavə edilməmişdir.
35. “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”nun 3.1.1-ci maddəsinə əsasən nağdsız hesablaşma dedikdə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.
36. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1.1.26-cı maddəsinə əsasən kredit köçürməsi (ödəniş tapşırığı) – ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı tərəfindən vəsaitin köçürülməsi məqsədilə istifadə olunan, ödəyicinin ödəniş sərəncamına əsaslanan ödəniş alətidir.
37. Göründüyü kimi tərəflər arasında bağlanmış kollektiv sazişə əsasən hesablaşmaların nağdsız formada həyata keçirildiyi nəzərdə tutulsa da, lakin sığorta ödənişinin həyata keçirildiyini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir.
38. İddiaçı ödəniş sənədi kimi iddia faylına əsaslanmışdır. Həmin iddia faylında verilmiş sığorta ödənişi kimi 440 manat, kollektiv sazişə uyğun olaraq iştirakçının ödəməli olduğu məbləğ kimi 356.08 manat göstərilmişdir.
39. Odur ki, həmin fayla istinad edərək zərərçəkənin sığortaçısı tərəfindən ödənişin edildiyini qəbul etsək belə, zərərçəkənin sığortaçısı – hazırkı halda iddiaçı tərəfindən həmin məbləğin "xxxx" ASC-yə ödənilməsi sübut olunmur.
40. İddiaçı özü də ərizənin məzmununda 356.08 manat ödənişin faydalanan şəxsin bank hesabına tam şəkildə köçürüldüyünü bildirmiş, lakin sonda 440 manat ödənişi zərərvurandan tələb etmişdir.
41. Lakin iş materiallarından görünür ki, faydalanan şəxs (icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs) – X9 olmaqla, ona ödənişin məhz "xxxx" tərəfindən edilməsi nəzərdə tutulmuşdur. Bu ziddiyyət iddia tələbinin əsaslılığına şübhə yaradır və iddiaçının hansı məbləğ üzrə subroqasiya hüququnun yaranmasının özünün belə müəyyən edə bilmədiyini göstərir.
42. Göründüyü kimi iddiaçı tərəfindən hər hansı ödənişin həyata keçirildiyi iş materialları ilə sübuta yetirilmir. İddia tələbinin əsası kimi təqdim edilən iddia faylı isə yalnız kollektiv sazişin tərəflərinin giriş imkanları ilə məhdudlaşan elektron daşıyıcı olduğundan məhkəmə tərəfindən birtərəfli sənəd hesab olunur. Belə ki, “iddia faylı” və ya “subroqasiya tələblərinin reyestri” sığortaçılar arasında qarşılıqlı öhdəliklərin qeydiyyatını aparan daxili və kollektiv elektron sənəddir. Bu sənəd öhdəliyin yarandığını və ya nəzərdə tutulduğunu göstərə bilər, lakin icra edildiyini, yəni bir hesabdan digərinə köçürüldüyünü sübut edə bilməz. “Nağdsız hesablaşmalar haqqında Qanun”a əsasən nağdsız ödənişin sübutu ödəniş tapşırığı, bank çıxarışı kimi maliyyə sənədləridir ki, iddia faylı bu tələblərə cavab vermir və maliyyə əməliyyatını təsdiq edən ilkin sənəd kimi qəbul oluna bilməz.
43. Məhkəmə bir daha qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
44. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mövcud subroqasiya tələbi əsassız olduğundan həmin tələbin ölmüş şəxsin mirasını qəbul etmiş vərəsəsindən tələb edilməsi də öz-özlüyündə əsassızdır.
45. Belə ki, vərəsələr miras qoyanın kreditorları qarşısında onun öhdəliklərinə görə məsuliyyət daşıyırlar. Öhdəlik isə hüququ cəhətdən təsdiq olunmuş və icrası tələb oluna bilən olmalıdır. İddiaçı mərhum Arif Muxtarovun ona qarşı hər hansı öhdəliyinin olduğunu sübuta yetirə bilməmişdir. Odur ki, miras aktivi mövcud olsa da, vərəsənin məsuliyyət daşıdığı miras passivi hüquqi cəhətdən müəyyən edilməmişdir.
46. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
48. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" ASC-nin Cavabdeh2 və onun qanuni nümayəndəsi Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticə hissəsi:
49. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1) və Cavabdeh1 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva