Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4847/2025 27.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə mənzilin təhvil verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı tərəfindən Cavabdeh ümumi sahəsi 59.1 kv.metr olan Sumqayıt şəhəri, 16-cı məhəllə, bina 32A/29, 14 saylı mənzilin 1 kv.metri üçün 2000 manat olmaqla, ümumilikdə 118200 manat kompensasiya ödənilməsi və həmin mənzilin İddiaçınə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 mart 2016-cı il tarixdə Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32, 9/28, 28a/27, 29/32a nömrəli yaşayış binalarının texniki vəziyyətinə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitunun texniki şöbəsinin, İnşaat şöbəsinin, Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin nəzdində Sumqayıt – Abşeron Regional Tikinti Müfəttişliyinin, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Texniki şöbənin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı aparatının sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin, Sumqayıt Şəhər Fövqəladə Hallar Komissiyasının, İctimai - Siyasi və humanitar məsələlər şöbəsinin, Tikinti şöbəsinin, 3 №-li Mənzil Kommunal Sahəsinin əməkdaşlarının birgə iştirakları ilə yuxarıda qeyd edilən yaşayış binalarında yaşayan sakinlərin Sumqayıt Şəhər İcra Hakimiyyətinə edilmiş çoxsaylı müraciətləri əsasında vizual baxış keçirilmiş, bununla bağlı akt tərtib edilmiş və qeyd edilən təşkilatların nümayəndələri tərəfindən imzalanmışdır. Aktda qeyd edilmişdir ki, yaşayış binaları 1955-1960-cı illərdə 2 mərtəbəli, 3 girişli və 14 mənzilli olmaqla inşa olunmuşdur. Yaşayış binalarının elektrik sistemləri təhlükəli vəziyyətdə olmaqla naqillər nəm və su içərisində, üstü açıq vəziyyətdədir, qısaqapanma nəticəsində yanğın hadisəsi qaçılmazdır. Bütün sanitar qovşaqlarının və mətbəxlərin ağac materiallarından olan döşəmələri və tavanları yararsız vəziyyətdədir, ağac materialları çürümüş, çatlamış və istismara yararsız olmuşdur. Binalar fiziki köhnəlmiş və ağac konstruksiyaları çürüməyə məruz qalmışdır. Göstərilən çatışmamazlıqlarla yanaşı binaların hər an yanğın təhlükəsinə məruz qalması, xarici və daxili divarlarından, tavanlarından qopub tökülən suvaq parçalarının insan həyatı üçün təhlükəli olmaqla yanaşı hər an kütləvi insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisı baş verə bilər. Binaların kürsü hissələri mişarlanmış əhəngdaşından inşa edilmişdir. Bu hissələrin suvaq qatı qopub tökülmüş və yararsız vəziyyətə düşmüşdür. Bəzi yerlərdə daşların tökülməsi səbəbindən fasad hissələrdə nəzərdə çarpan əyilmələr əmələ gəlmişdir. Yaşayış binalarının istismar müddətini keçməsi səbəbindən girişlərdə və piləkən qəfəslərinin divarları və tavanları, həmçinin mənzillərin döşəmə və tavanları müxtəlif istiqamətlərdə əyilmişdir. Binaların bünövrələrinin deformasiyaya uğraması nəticəsində mənzillərdə qapıların və pəncərələrin açılıb örtülməsi çətinləşmişdir və binalar hər an çökə bilər. Binaların fasadlarında müxtəlif istiqamətlərdə əyilmələr baş vermişdir. Yanğına qarşı təhlükəsizlik tələbləri pozulmuşdur. Binalar hal-hazırda qəzalı vəziyyətdədir. Yükdaşıyan konstruksiyaların qəzalı, mühəndis - kommunikasiya xətlərinin bərbad, istismar müddətini keçmiş və müasir standartlara cavab verməyərək şəhərin gözəlliyini pozduğunu və hər an uçmaq təhlükəsi olması nəzərə alınaraq binaların mövcud qaydalara uyğun olaraq sökülməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar olaraq aktda aşağıdakı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi bildirilmişdir: - Sakinlər hər an çökmək və yanğın təhlükəsinə məruz qalmış binalardan köçürülməli, binalara daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı, ətraf ərazilər çəpərlənməli və xəbərdaredici nişanlar qoyulmalı, binalara giriş-çıxış məhdudlaşdırılmalıdır. Bundan sonra, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının “istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində çoxmərtəbəli yaşayış binaları kompleksi tikintisinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırmanın layihələndirilməsinə icazənin verilməsi haqqında” 27 may 2016-cı il tarixli 130 saylı Sərəncamı vermişdir. Sərəncamda Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində istismar müddəti başa çatmış 6 ədəd 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünün "xxxx" MMC tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə "xxxx" MMC-yə 12624 kv.metr sahədə çoxmərtəbəli yaşayış binaları kompleksinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Bununla bağlı "xxxx" MMC-nin və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin təklifini nəzərə alaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı “istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində çoxmərtəbəli yaşayış binaları kompleksi tikintisinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilməsinə dair sərəncamda əlavə və dəyişiklərin edilməsi barədə” 31 may 2019-cu il tarixli 126 saylı Sərəncam vermişdir. Sərəncamda Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində istismar müddəti başa çatmış 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünün "xxxx" MMC tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə "xxxx" MMC-nə 25500 kv.metr sahədə çoxmərtəbəli yaşayış binaları kompleksinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Sumqayıt Şəhəri İcra Hakimiyyətinin Başçısı tərəfindən 27 may 2016-cı il tarixli 130 saylı Sərəncam verilməsindən sonra qəzalı vəziyyətdə olan Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 32A/29 nömrəli yaşayış binasının cavabdeh mənzil sahibləri ilə dəfələrlə görüşlər keçirilmiş və onlara mənzillərinin bazar qiyməti ilə kompensasiyanın ödənilməsi təklif olunmuşdur. Binada olan mənzil sahiblərinin böyük əksəriyyəti ilə müvafiq razılaşmalar əldə olunmasına və müqavilələrin bağlanmasına baxmayaraq, cavabdeh mənzil sahibləri ilə dəfələrlə danışıqlar aparılsa da heç bir təklif ilə razılaşmamışlar. Mənzil sahibləri mənzilin bazar qiymətindən qat-qat artıq pul istəyirlər ki, bu da Sumqayıt şəhərində mənzillərin qiymətlərinə əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir ki, sonda iddiaçı kimi digər sahibkarlıq subyektləri qəzalı binaların tikintisinə yaxın durmayacaqlar. Cavabdehlər qəzalı binada yaşamaqla özlərinin həyatlarını risk altına salırlar, eyni zamanda həmin binanın əksər mənzil sahiblərinə yeni tikiləcək çoxmərtəbəli yaşayış binasına köçmələrini ləngidir və bu hərəkət (və ya hərəkətsizlikləri) nəticəsində mənzil gözləyən sakinlərə və "xxxx" MMC-yə küllü miqdarda ziyan vurulur. Belə ki, qəzalı binanın söküntüsünə süni maneənin yaradılması çoxmərtəbəli binanın vaxtında alıcılarına təhvil verilməsi öhdəliyinin pozulmasına səbəb olmaqla yanaşı, hər ay ödəniləcək kirayə haqqı məbləğinin müqavilə müddətindən artıq ödənilməsinə gətirib çıxartmışdır. 11 mart 2016-cı il tarixində Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32, 9/28, 28a/27, 29/32a nömrəli yaşayış binalarının texniki vəziyyətinə dair tərtib olunmuş aktda tələb olunanların (“Sakinlər hər an çökmək və yanğın təhlükəsinə məruz qalmış binalardan köçürülməli, binalara daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı, ətraf ərazilər çəpərlənməli və xəbərdaredici nişanlar qoyulmalı, binalara giriş-çıxış məhdudlaşdırılmalıdır”) yerinə yetirilməsinə 9 ilə yaxın müddətdir ki, cavabdehlər tərəfindən maneəçilik törədilir, bu müddətdə binanın texniki vəziyyəti daha da acınacaqlı vəziyyətə düşmüş, həmin binalar insan həyatı üçün təhlükəli olmaqla yanaşı hər an kütləvi insan təlafatı ilə nəticələnə biləcək bədbəxt hadisə baş verə bilər. Kompensasiyanın ödənilməsi təklifi cavabdehlərə Sumqayıt şəhərində mübahisəli mənzilə xas olan şəraitdən daha yaxşı şəraitdə olan mənzildə yaşamalarına imkan verir. Cavabdeh məxsus Sumqayıt şəhəri, 16-cı məhəllə, bina 32A/29, mənzil 14-ün ümumi sahəsi 59.1 kv.metr təşkil edir. "xxxx" MMC-nin rəyindən məlum olmuşdur ki, Sumqayıt şəhəri, 16-cı məhəllədə, həmin ərazidə yerləşən binalarda mənzillərin 1 kv.m bazar dəyəri 1300 – 1500 manat təşkil edir. İddiaçının cavabdehlərə məxsus mənzilin bazar dəyərindən yuxarı 1 kv.m-nə 2000 manat ödənilməklə kompensasiya təklifi və mənzilin təhvil verilməsi tələbi ədalətlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi. O,iddia tələbinin təmin edilməsini xahiş etdi. O, əlavə etdi ki, mübahisəli mənzilin yerləşdiyi binadakı bütün mənzillərin mülkiyyətçilərinə kompensasiya verilmiş və mənzillər təhvil alınmışdır. Yalnız cavabdeh kompensasiya ilə razılaşmır. Məhkəmə iclasında cavabdeh İddia tələbini qəbul etmədi. Bildirdi ki, ondan başqa, 2 qonşu da var ki, kompensasiyanı qəbul etmirlər. Onların binası qəzalı vəziyyətdə deyil. Onun dəlili budur ki, ona da digər vətəndaşlara verilən kompensasiya ilə eyni məbləğdə vəsait versinlər, heç bir fərq qoymasınlar. Belə olarsa, kompensasiyanı qəbul edə bilər. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - 11 mart 2016-cı il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32, 9/28, 28a/27, 29/32a nömrəli yaşayış binalarının texniki vəziyyətinə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitunun texniki şöbəsinin, İnşaat şöbəsinin, Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin nəzdində Sumqayıt – Abşeron Regional Tikinti Müfəttişliyinin, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Texniki şöbənin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı aparatının sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin, Sumqayıt Şəhər Fövqəladə Hallar Komissiyasının, İctimai - Siyasi və humanitar məsələlər şöbəsinin, Tikinti şöbəsinin, 3 №-li Mənzil Kommunal Sahəsinin əməkdaşlarının birgə iştirakları ilə yuxarıda qeyd edilən yaşayış binalarında yaşayan sakinlərin Sumqayıt Şəhər İcra Hakimiyyətinə edilmiş çoxsaylı müraciətləri əsasında vizual baxış keçirilmiş, bununla bağlı akt tərtib edilmiş və qeyd edilən təşkilatların nümayəndələri tərəfindən imzalanmışdır. Aktda qeyd edilir ki, yaşayış binaları 1955-1960-cı illərdə 2 mərtəbəli, 3 girişli və 14 mənzilli olmaqla inşa olunmuşdur. Yaşayış binalarının elektrik sistemləri təhlükəli vəziyyətdə olmaqla naqillər nəm və su içərisində, üstü açıq vəziyyətdədir, qısaqapanma nəticəsində yanğın hadisəsi qaçılmazdır. Bütün sanitar qovşaqlarının və mətbəxlərin ağac materiallarından olan döşəmələri və tavanları yararsız vəziyyətdədir, ağac materialları çürümüş, çatlamış və istismara yararsız olmuşdur. Binalar fiziki köhnəlmiş və ağac konstruksiyaları çürüməyə məruz qalmışdır. Göstərilən çatışmamazlıqlarla yanaşı binaların hər an yanğın təhlükəsinə məruz qalması, xarici və daxili divarlarından, tavanlarından qopub tökülən suvaq parçalarının insan həyatı üçün təhlükəli olmaqla yanaşı hər an kütləvi insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisı baş verə bilər. Binaların kürsü hissələri mişarlanmış əhəngdaşından inşa edilmişdir. Bu hissələrin suvaq qatı qopub tökülmüş və yararsız vəziyyətə düşmüşdür. Bəzi yerlərdə daşların tökülməsi səbəbindən fasad hissələrdə nəzərdə çarpan əyilmələr əmələ gəlmişdir. Yaşayış binalarının istismar müddətini keçməsi səbəbindən girişlərdə və piləkən qəfəslərinin divarları və tavanları, həmçinin mənzillərin döşəmə və tavanları müxtəlif istiqamətlərdə əyilmişdir. Binaların bünövrələrinin deformasiyaya uğraması nəticəsində mənzillərdə qapıların və pəncərələrin açılıb örtülməsi çətinləşmişdir və binalar hər an çökə bilər. Binaların fasadlarında müxtəlif istiqamətlərdə əyilmələr baş vermişdir. Yanğına qarşı təhlükəsizlik tələbləri pozulmuşdur. Binalar hal-hazırda qəzalı vəziyyətdədir. Yükdaşıyan konstruksiyaların qəzalı, mühəndis - kommunikasiya xətlərinin bərbad, istismar müddətini keçmiş və müasir standartlara cavab verməyərək şəhərin gözəlliyini pozduğunu və hər an uçmaq təhlükəsi olması nəzərə alınaraq binaların mövcud qaydalara uyğun olaraq sökülməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar olaraq aktda aşağıdakı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi bildirilmişdir: - Sakinlər hər an çökmək və yanğın təhlükəsinə məruz qalmış binalardan köçürülməli, binalara daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı, ətraf ərazilər çəpərlənməli və xəbərdaredici nişanlar qoyulmalı, binalara giriş-çıxış məhdudlaşdırılmalıdır. - Sumqayıt ŞİHB-nin xx.xx.2020-ci il tarixli, 12 saylı icazəsindən görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində istismar müddəti başa çatmış 6 ədəd 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünün "xxxx" MMC tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə "xxxx" MMC-yə 12624 kv.metr sahədə çoxmərtəbəli (18+mansard) yaşayış binaları kompleksinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllədə, həmin ərazidə yerləşən binalarda mənzillərin 1 kv.m bazar dəyəri 1300 – 1500 manat təşkil edir. - X1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllə, bina 32A/29, mənzil 12 (ümumi sahəsi 60.1 kv.metr) 50000 manata satılmışdır. - X2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllə, bina 32A/29, mənzil 7 (ümumi sahəsi 44.8 kv.metr) 35000 manata satılmışdır. - Rəsullu Məmməd-Araz Natiq oğlu ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllə, bina 32A/29, mənzil 13 (ümumi sahəsi 42.5 kv.metr) 25000 manata satılmışdır. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərkommunlayihə” Kommunal Layihə İnstitutu tərəfindən verilmiş “Sumqayıt şəhəri, 16cı məhəllə ərazisində yerləşən yaşayış binalarına keçirilən vizual texniki baxışın nəticəsi haqqında” Rəyə əsasən, sözügedən ünvanda yerləşən binalar, o cümlədən də mübahisəli mənzilin yerləşdiyi 32A/29 saylı bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış binasının mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təhlükəlidir. Binada təmir, bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Qeyd olunanlara əsasən Rəydə aşağıdakı tədbirlərin yerinə yetirilməsi göstərilmişdir: Yaşayış binalarının istismarı yol verilməzdir. Ümumiyyətlə binalar mövcud Tikinti Norma və Qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Binalarda yaranmış bu vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının “istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində çoxmərtəbəli yaşayış binaları kompleksi tikintisinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırmanın layihələndirilməsinə icazənin verilməsi haqqında” 27 may 2016-cı il tarixli 130 saylı Sərəncamı vermişdir. Sərəncamda Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində istismar müddəti başa çatmış 6 ədəd 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünün "xxxx" MMC tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə "xxxx" MMC-yə 12624 kv.metr sahədə çoxmərtəbəli yaşayış binaları kompleksinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Bununla bağlı "xxxx" MMC-nin və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin təklifini nəzərə alaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı “istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində çoxmərtəbəli yaşayış binaları kompleksi tikintisinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilməsinə dair sərəncamda əlavə və dəyişiklərin edilməsi barədə” 31 may 2019-cu il tarixli 126 saylı Sərəncam vermişdir. Sərəncamda Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində istismar müddəti başa çatmış 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünün "xxxx" MMC tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə "xxxx" MMC-nə 25500 kv.metr sahədə çoxmərtəbəli yaşayış binaları kompleksinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndiskommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılışsazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyən normalar “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Mülki Məcəllə ilə müəyyən edilmişdir. Həmin Qanunun 3-cü maddəsində torpağın alına biləcəyi dövlət ehtiyacları sadalanmışdır. Bu maddəyə əsasən, yalnız dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi və dəniz limanının ərazisinin artırılması hallarında torpaqların dövlət ehtiyacları üçün alınmasına yol verilir. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir. Belə ki, həmin maddəyə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil münasibətlərinin hüquqi tənzimlənməsi öz əksini Mənzil Məcəlləsində tapmışdır. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericiliyində nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Məcəllənin 28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Göründüyü kimi, Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. İşdən görünür ki, cavabdehin mülkiyyətçisi olduğu mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdədir və orada yaşamaq təhlükəlidir. Bu əsasla da onun mülkiyyət hüququna ədalətli və bazar qiymətlərinə uyğun vəsaitlə xitam verilməsi daha məqsədə müvafiqdir. İşdən görünür ki, mübahisəli ərazidə oxşar şəraitli mənzillərin 1 kv.metrinin real bazar dəyəri 1300-1500 manat təşkil edir. Bu baxımdan, iddiaçının 1 kv.metr üçün təklif etdiyi məbləği (2000 manat) məhkəmə ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh Sumqayıt şəhəri, 16-cı məhəllə, bina 32A/29, 14 saylı ümumi sahəsi 59.1 kv.metr olan mənzilin 1 kv.metri üçün 2000 manat olmaqla, ümumilikdə 118200 manat kompensasiya ödənilsin və kompensasiya ödənildikdən sonra həmin mənzil boşaldılaraq İddiaçınə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-4847/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4847/2025
27.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver