Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-4852/2025 22.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi İddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinin nümayəndəsinin Nümayəndə iştirakı ilə, İddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsi Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 445,29 manat borcun (abonent kodu:**********050) və 30 manat dövlət rüsumunun tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinin nümayəndəsi Nümayəndə cavabdeh vəfat etdiyi üçün icraata xitam verilməsinə etiraz etdiyini bildirdi. Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış məlumata əsasən müəyyən olunmuşdur ki, cavabdeh xx.xx.2025-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Məhkəmə hesab edir ki, cavabdehin hüquq qabiliyyətinə onun ölümü ilə əlaqədar xitam verildiyindən iddiaçı ona qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət etməkdə haqlı olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Cavabdeh öldüyü üçün Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsi-nin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 30.00 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinə qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 30.00 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinə qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-4852/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-4852/2025
22.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver