Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4879/2025 21.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, B-863-AAE-23 nömrəli alqı-satqı müqaviləsi üzrə 3650 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 1314,40 manat dəbbə pulu, “Changan CS55 PLUS” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin servis xərclərinin əvəzi olaraq 129,99 manat pul vəsaiti, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 70,95 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1,00 manat komissiya olmaqla, ümumilikdə 5166,34 manat pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-863-AAE-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı “Changan CS55 PLUS” markalı (istehsal ili: 2023, VİN:LS4ASE2E3PA321167) avtomobili cavabdehin istifadəsinə və müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, cavabdeh isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Avtomobilin cavabdehin sahibliyində olduğu müddətdə, yəni xx.xx.2024-cü il tarixində Bakı şəhəri ərazisində “Mercedes-Benz C230” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh tərəfindən idarə olunan “Changan CS55 PLUS” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə, sonuncuya maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən idarə olunan “Changan CS55 PLUS” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən sonra iddiaçıya məxsus servis müəssisəsinə gətirilmiş, həmçinin avtomobil “Avtonəqliyyat vasitələrinin tam sığortası” (kasko) şəhadətnaməsi əsasında könüllü qaydada sığortalandığından, dəymiş zərərin sığorta şirkəti tərəfindən qarşılanması nəzərdə tutulmuşdur. Cavabdeh avtomobilin təmir üçün servisə gətirilməsindən sonra da annuitet ödənişləri etməsinə baxmayaraq, bir müddət sonra, yəni təmirin davam etdiyi müddətdə ödənişləri etməkdən imtina etmişdir. Avtomobilin təmirinin yekunlaşması, təhvil alınması və aylıq ödənişlərin edilməsi ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə yazılı qaydada müraciət edilərək müqavilə öhdəliklərinin icra edilməsi, əks halda müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən və avtomobil təhvil alınmadığından iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixindən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2024cü il tarixli məktub göndərilmişdir. Müqavilənin bağlandığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixindən müqavilənin ləğv edildiyi tarixədək, yəni xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 3650 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 1314,40 manat dəbbə pulu hesablanmış, həmçinin “Changan CS55 PLUS” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması ilə əlaqədar servis xərcləri 129,99 manat təşkil etmişdir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda o, mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-863-AAE- 23 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı müqavilənin şərtlərinə uyğun olaraq modeli “Changan CS 55 Plus” , buraxılış ili 2023 olan (VİN:LS4ASE2E3PA321167, rəng:qara metalik) avtomobili dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırkı müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ədv daxil olmaqla 64964 manat müəyyən edilmişdir. Alıcı 5444 manat məbləğində ilkin ödəniş etmişdir. Qalıq borc sayılacaq 59520 manat məbləği isə alıcı xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətində ayda 1240 manat ödəməyi öz öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, modeli “Changan CS 55 Plus” , buraxılış ili 2023 olan (VİN:LS4ASE2E3PA321167, rəng:qara metalik) avtomobil xx.xx.2023-cü il tarixdə qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilmişdir. - xx.xx.2024-cü il tarixli İXP 355096 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, S.S.Axundov küçəsi ərazisində, xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində X1 etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz C230” markalı, **- ON-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixində avtomobil alqı-satqısı üzrə B-863-AAE-23 nömrəli müqavilə imzalanmışdır. Müqavilə münasibətləri çərçivəsində dəyəri ədv daxil 64964 manat müəyyən edilən Changan CS 55 modelli, buraxılış ili 2023 olan (VİN: LS4ASE2E3PA321167) avtonəqliyyat vasitəsi alıcının istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, alıcı 5444 manat ilkin ödəniş etmiş, qalıq borc sayılacaq 59520 manat məbləği isə xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətinə, ayda 1240 manat olmaqla ödəməyi satıcı qarşısında öz öhdəsinə götürmüşdür. Lakin, xx.xx.2024-cü il tarixindən etibarən alıcı tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmişdir. Ödənişin həyata keçirilməsi məsələsi ilə bağlı alıcıya dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmişdir. Lakin, sözügedən müraciətlər heç bir müsbət nəticə verməmiş və alıcı tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, İddiaçı MMC-nin müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ yaranmışdır. xx.xx.2024-cü il tarixindən etibarən xx.xx.2023 cü il tarixli, B-863-AAE-23 nömrəli “Avtomobil alqı-satqısı” üzrə müqaviləyə satıcı tərəfindən birtərəfli qaydada xitam verilmişdir. - maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, B-863- AAE-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə 5444 manat ilkin ödəniş olmaqla, 59520 manat borcundan 6910 manat əsas və 99 manat cərimə borcu ödəmiş və nəticədə 52610 manat qalıq borcu yaranmış və müqavilənin bağlandığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixindən müqavilənin ləğv edildiyi tarixədək, yəni xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 3650 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 1314,40 manat dəbbə pulu hesablanmışdır. - İcra edilmiş xidmətlərə dair aktdan görünür ki, “Changan CS55 PLUS” markalı, **- YE-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2023 olan avtomobilə münasibətdə göstərilmiş xidmətlərinə görə servis xərci ədv daxil olmaqla 129,99 manat təşkil etmişdir. - İddiaçı MMC tərəfindən təqdim edilmiş təmir aktından görünür ki, modeli Changan CS 55 Plus , buraxılış ili 2023 olan (VİN: LS4ASE2E3PA321167, Rəng: Qara metalik) avtomobil üçün görüləcək işlərə görə 3914 manat məbləğində təmir xərci hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-863-AAE-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı “Changan CS55 PLUS” markalı (istehsal ili: 2023, VİN: LS4ASE2E3PA321167) avtomobili cavabdehin istifadəsinə və müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, cavabdeh isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Avtomobilin cavabdehin sahibliyində olduğu müddətdə, yəni xx.xx.2024-cü il tarixində Bakı şəhəri ərazisində “Mercedes-Benz C230” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh tərəfindən idarə olunan “Changan CS55 PLUS” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə, sonuncuya maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən idarə olunan “Changan CS55 PLUS” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən sonra iddiaçıya məxsus servis müəssisəsinə gətirilmiş, avtomobil “Avtonəqliyyat vasitələrinin tam sığortası” (kasko) şəhadətnaməsi əsasında könüllü qaydada sığortalandığından, dəymiş zərərin sığorta şirkəti tərəfindən qarşılanması nəzərdə tutulmuşdur. Cavabdeh avtomobilin təmir üçün servisə gətirildikdən sonra da müvafiq ödənişləri etməsinə baxmayaraq, bir müddət sonra ödənişləri etməkdən imtina etmişdir. Avtomobilin təmirinin yekunlaşması, təhvil alınması və aylıq ödənişlərin edilməsi ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə yazılı qaydada müraciət edilərək müqavilə öhdəliklərinin icra edilməsi, əks halda müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən və avtomobil təhvil alınmadığından iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixindən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Müqavilənin bağlandığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixindən müqavilənin ləğv edildiyi tarixədək, yəni xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 3650 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 1314,40 manat dəbbə pulu hesablanmış, həmçinin “Changan CS55 PLUS” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması ilə əlaqədar servis xərcləri 129,99 manat təşkil etmişdir. İddiaçı cavabdehə dəfələrlə borcun ödənilməsi barədə müraciət etsədə, o borcu ödəməkdən qərəzli olaraq boyun qaçırmışdır. Cavabdeh tərəfindən borc qaytarılmadığı üçün iddiaçı məcbur olub məhkəmə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, B-863-AAE-23 nömrəli alqı-satqı müqaviləsi üzrə 3650 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 365 manat dəbbə pulu, “Changan CS55 PLUS” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin servis xərclərinin əvəzi olaraq 129,99 manat olmaqla, ümumilikdə 4144,99 manat pul vəsaiti alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də qismən təmin edilməlidir. Belə ki, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 4144,99 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 61,45 manat dövlət rüsumunun əvəzi və dövlət rüsumunun ödənilməsi ilə bağlı 1 manat komissiya haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 9,5 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 241.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4144,99 manat məbləğində pul, ödənilmiş dövlət rüsumunun əvəzi 61,45 manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı 1 manat komissiya haqqı alınaraq İddiaçı MMC–nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 9,5 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilərlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elçin Kazımov