Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4909/2023 14.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 90,9 manat əsas, 13,6 manat cərimə, cəmi 104,5 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 399,9 manat əsas, 59,9 manat cərimə, cəmi 459,8 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 301,9 manat əsas, 45,2 manat cərimə, cəmi 347,1 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 81,9 manat əsas, 12,2 manat cərimə, cəmi 94,1 manat borc, ümumilikdə dörd müqavilə üzrə 874,6 manat əsas, 130,9 manat cərimə, 1005,5 manat cəmi borcun və 30,05 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsi (müqavilələri) barədə məlumat: 1. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 99,90 manat Müqavilənin aylıq ödənişi, müddəti: 9,00 manat 12 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Honor" markalı qulaqcıq Son ödəniş məbləği və tarixi: 9,00 manat xx.xx.2022 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 90,90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 136,00 manat Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 13,60 manat Tutulmalı olan cəmi məbləğ: 104,50 manat. 2. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 399,90 manat Müqavilənin aylıq ödənişi, müddəti: 67,00 AZN 6 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Samsung" markalı mobil telefon və "Borofone" markalı qulaqcıq Son ödəniş məbləği və tarixi: Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 399,90 manat Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 599,00 manat Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 59,90 manat Tutulmalı olan cəmi məbləğ: 459,80 manat. 3. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 329,90 manat Müqavilənin aylıq ödənişi, müddəti: 28,00 manat 12 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Tefal" markalı ətçəkən Son ödəniş məbləği və tarixi: 28,00 manat xx.xx.2022 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 301,90 manat Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 452,00 manat Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 45,20 manat Tutulmalı olan cəmi məbləğ: 347,10 manat. 4. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 99,90 manat Müqavilənin aylıq ödənişi, müddəti: 9,00 manat 12 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): " Honor " markalı qulaqcıq Son ödəniş məbləği və tarixi: 9,00 manat xx.xx.2022 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 81,90 manat Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 122,00 manat Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 12,20 manat Tutulmalı olan cəmi məbləğ: 94,10 manat. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin həmin ünvanda yaşamadığından poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC (satıcı) "Honor" markalı qulaqcıq Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, həmin əşyaların qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 12 ay müddətinə ayda 09 manat olmaqla ödəməlidir. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC (satıcı) "Samsung" markalı mobil telefon və "Borofone" markalı qulaqcıq Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, həmin əşyaların qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 6 ay müddətinə ayda 67 manat olmaqla ödəməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC (satıcı) ): "Tefal" markalı ətçəkən Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, həmin əşyaların qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 12 ay müddətinə ayda 28 manat olmaqla ödəməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC (satıcı) “Honor” markalı qulaqcıq Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, həmin əşyaların qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 12 ay müddətinə ayda 09 manat olmaqla ödəməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “maliyyə arayış”larının surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 301,9 manat əsas 452 manat cərimə, cəmi 753,90 manat borc, xx.xx.2022-ci il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 81,9 manat əsas 122 manat cərimə, cəmi 203,9 manat borc, xx.xx.2022-ci il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 90,9 manat əsas, 136 manat cərimə, cəmi 226,9 manat borc, xx.xx.2023-cü il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 399,9 manat əsas, 599 manat cərimə, cəmi 998,9 manat borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 90,9 (doxsan manat doxsan qəpik) manat əsas, 13,6 (on üç manat altmış qəpik) manat cərimə, cəmi 104,5 (bir yüz dörd manat əlli qəpik) manat borc, xx.xx.2022-ci il tarixli №011243832 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 399,9 (üç yüz doxsan doqquz manat doxsan qəpik) manat əsas, 6 (altı) manat cərimə, cəmi 405,9 (dörd yüz beş manat doxsan qəpik) manat borc, xx.xx.2022-ci il tarixli №011233041 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 301,9 (üç yüz bir manat doxsan qəpik) manat əsas, 5 (beş) manat cərimə, cəmi 306,9 (üç yüz altı manat doxsan qəpik) manat borc, xx.xx.2022-ci il tarixli №011210292 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 81,9 (səksən bir manat doxsan qəpik) manat əsas, 12,2 (on iki manat iyirmi qəpik) manat cərimə, cəmi 94,1 (doxsan dörd manat on qəpik) manat borc, ümumilikdə dörd müqavilə üzrə 874,6 (səkkiz yüz yetmiş dörd manat altmış qəpik) manat əsas, 36,8 (otuz altı manat səksən qəpik) manat cərimə, 911,4 (doqquz yüz on bir manat qırx qəpik) manat cəmi borcun və 30,05 (otuz manat beş qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 90 (doxsan) manat 90 (doxsan) qəpik əsas, 13 (on üç) manat 60 (altmış) qəpik cərimə, cəmi 104 (bir yüz dörd) manat 50 (əlli) qəpik borc, xx.xx.2022-ci il tarixli №011243832 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 399 (üç yüz doxsan doqquz) manat 90 (doxsan) qəpik əsas, 6 (altı) manat cərimə, cəmi 405 (dörd yüz beş) manat 90 (doxsan) qəpik borc, xx.xx.2022-ci il tarixli №011233041 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 301 (üç yüz bir) manat 90 (doxsan) qəpik əsas, 5 (beş) manat cərimə, cəmi 306 (üç yüz altı) manat 90 (doxsan) qəpik borc, xx.xx.2022-ci il tarixli №011210292 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 81 (səksən bir) manat 90 (doxsan) qəpik, 12 (on iki) manat 20 (iyirmi) cərimə, cəmi 94 (doxsan dörd) manat 10 (on) qəpik borc, ümumilikdə dörd müqavilə üzrə 874 (səkkiz yüz yetmiş dörd) manat 60 (altmış) qəpik əsas, 36 (otuz altı) manat 80 (səksən) qəpik cərimə, 911 (doqquz yüz on bir) manat 40 (qırx) qəpik cəmi borcun və 30 (otuz) manat 05 (beş) qəpik ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-4909/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4909/2023
14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver