Məhkəmə qərarları › İş №e-2(060)-4967/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4967/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4967/2025 01.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumillikdə 3023.60 manat borc və 50.24 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən JBL qulaqlıq, İmei kodu **********22172 olan Samsung Galaxy A15 markalı telefon, İmei kodu **********74194 olan Samsung Galaxy A15 markalı telefon,Samsung Charger, İmei kodu **********76340 olan Xiaom Poco C75 markalı telefon,Paket XL xidməti, Qızıl zəmanət + 1 il xidməti, İmei kodu **********03484 olan Samsung Galaxy A 15 markalı telefon, Samsung Charger, İmei kodu **********55856 olan A40M, İmei kodu **********78251 olan Oppo A40M markalı telefon, 2 ədəd Qızıl zəmanət + 3 il xidməti, 2 ədəd Paket XL xidməti, JBL qulaqlıq almış və nəticədə 3023.60 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 171 (yüz yetmiş bir) manat (18 ay x 9.5 manat + 0 manat ilkin ödəniş) olan JBL qulaqlıq üçün ümumilikdə, 156.07 (yü zəlli altı manat, 7 qəpik) manat olmaqla ondan, 141.88 (yüz qırx bir manat 88 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.19 (on dörd manat, 19 qəpik) manat cərimə,xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 249.96 (iki yü zqırx doqquz manat, 96 qəpik) manat (12 ay x 20.83 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********22172 SAMSUNG GALAXY A15 üçün ümumilikdə, 195.89 (yüz doxsan beş manat, 89 qəpik) manat olmaqla ondan, 156.63 (yüz əlli altı manat, 63 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 15.66 (on beş manat, 66 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 500.4 (beş yüz manat, 40 qəpik) manat (18 ay x 27.8 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********74194 SAMSUNG GALAXY A15, SAMSUNG CHARGER üçün ümumilikdə, 294.75 (iki yüz doxsan dörd manat, 75 qəpik) manat olmaqla ondan, 267.95 (iki yüz altmış yeddi manat, 95 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26.80 (iyirmi altı manat, 80 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 392.4 (üç yüz doxsan iki manat, 40 qəpik) manat (12 ay x 32.7 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********76340 XİAOMİ POCO C75, PAKET XL xidməti, QİZİL ZƏMANƏT +1 il xidməti üçün ümumilikdə, 444.24 (dörd yü zqırx dörd manat. 24 qəpik) manat olmaqla ondan, 382.4 (üç yüz səksən ikimanat, 40 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 38.24 (otuz səkkiz manat, 24 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 513 (beş yüz on üç) manat (18 ay x 28.5 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********03484 SAMSUNG GALAXY A15, SAMSUNG CHARGER üçün ümumilikdə, 553.30 (beş yüz əlli üç manat, 30 qəpik) manat olmaqla ondan, 503 (beş yüz üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50.3 (əlli manat, 30 qəpik ) manat cərimə,xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1263.96 (bir min iki yüz altmış üç manat, 96 qəpik) manat (18 ay x 70.22 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********55856 OPPO A40M, İmei kod **********78251 OPPO A40M, 2 ədəd Qızıl zəmanət + 3 il xidməti, 2 ədəd Paket Xl xidməti,JBL qulaqlıq üçün ümumilikdə, 1379.36 (bir min üç yüz yetmiş doqquz manat, 36 qəpik) manat olmaqla ondan, 1253.96 (bir min iki yüz əlli üç manat,96 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 125.40 (yüz iyirmi beş manat, 40 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 384.9 manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin 5000 (beş min) manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin idda icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdu, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 27 iyun 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ilkin ödəniş 0 manat olmaqla, qalan məbləği 18 ay müddətində hər ay 9.5 manat ödəmək şərti ilə aldığı, alqısatqı qiyməti 171 manat təşkil edən JBL qulaqlığa görə 29.12 manat ödəniş etmiş və 141.88 manat ümumillikdə ödənilməmiş borcu qalmış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ilkin ödəniş 0 manat olmaqla, qalan məbləği 12 ay müddətində hər ay 20.83 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 249.96 manat təşkil edən İmei kodu **********22172 olan Samsung Galaxy A15 markalı telefona görə 93.33 manat ödəniş etmiş və 156.63 manat ümumillikdə ödənilməmiş borcu qalmış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ilkin ödəniş 0 manat olmaqla, qalan məbləği 18 ay müddətində hər ay 27.8 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 500.4 manat təşkil edən İmei kodu **********74194 olan Samsung Galaxy A15 markalı telefon və Samsung Charger-ə görə 232.45 manat ödəniş etmiş və 267.95 manat ümumillikdə ödənilməmiş borcu qalmış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 12 ay müddətində hər ay 32.7 manat ödəmək şərti ilə aldığı, alqısatqı qiyməti 392.4 manat təşkil edən İmei Kodu **********76340 olan Xiaomi Poco C75 markalı telefon,Paket L xidməti,Qızıl zəmanət + 1 il xidmətinə görə 10 manat ödəniş etmiş və 382.4 manat ümumilikdə ödənilməmiş borcu qalmış,xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 18 ay müddətində hər ay 28.50 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 513 manat təşkil edən İmei kodu **********03484 olan Samsung Galaxy A15 markalı telefon və Samsung Charger-ə görə 10 manat ödəniş etmiş və 503 manat ümumilikdə ödənilməmiş borcu qalmış,xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 18 ay müddətində, hər ay 70.22 manat ödəmək şərti ilə aldığı,alqı-satqı qiyməti 1263.96 manat təşkil edən İmei kodu **********55856 olan Oppo A40M, İmei kodu **********78251 olan Oppo A40M markalı telefona, 2 ədəd Qızıl zəmanət + 3 il xidməti, 2 ədəd Paket XL xidməi, JBL qulaqcığa görə 10 manat ödəniş etmiş və ümumilikdə 1253.96 manat borcu qalmışdır. Ümumillikdə 6 müqavilə üzrə əsas borca ödənilmiş məbləğ 384.9 manat təşkil etməklə, əsas borca ödənilməmiş məbləğ 2705.82 manat və cərimə 270.59 manat olmaqla ümumillikdə ödənilməmiş 3023.60 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən JBL qulaqlıq almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş JBL qulaqlığı tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 18 ay müddətində hər ay 9.5 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********22172 olan Samsung Galaxy A15 markalı telefon almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş İmei kodu **********22172 olan Samsung Galaxy A15 markalı telefonu tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 12 ay müddətində hər ay 20.83 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********874194 olan Samsung Galaxy A15 markalı telefon,Samsung Charger almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş İmei kodu **********874194 olan Samsung Galaxy A15 markalı telefon,Samsung Chargeri tam qüsursuz halda təhvil almış və 18 ay müddətində hər ay 27.8 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********76340 olan Xiaomi Poco C75 markalı telefon,Paket L xidməti, Qızıl zəmanət + 1 il xidməti almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş İmei kodu **********76340 olan Xiaomi Poco C75 markalı telefon,Paket L xidməti, Qızıl zəmanət + 1 il xidməti tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 12 ay müddətində hər ay 32.7 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-İmei kodu **********03484 olan Samsung Galaxy A15 markalı telefon,Samsung charger almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş İmei kodu **********03484 olan Samsung Galaxy A15 markalı telefon,Samsung chargeri tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 18 ay müddətində hər ay 28.5 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-İmei kodu **********55856 olan Oppo A40M, İmei kodu **********78251 olan Oppo A40M markalı telefon, 2 ədəd qızıl zəmanət + 3 il xidməti, 2 ədəd paket XL xidməti, JBL qulaqlığı almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMCdən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş İmei kodu **********55856 olan Oppo A40M, İmei kodu **********78251 olan Oppo A40M markalı telefon, 2 ədəd qızıl zəmanət + 3 il xidməti, 2 ədəd paket XL xidməti, JBL qulaqlığı tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 18 ay müddətində hər ay 70.22 manat ödəməyi öhdəsinə götürmüşdür. 27 iyun 2025-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satılmış İmei kodu **********22172 olan Samsung Galaxy A15 markalı telefonun açılıb bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat, İmei kodu **********76340 olan Xiaomi POCO C75 markalı telefonun açılıb bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat olmaqla, ümumilikdə İnnovativ Layihələr Mərkəzinə 47.2 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə bağlanmış müqavilələrə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilələrin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 10 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 10 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 30 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 141.88 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 156.63 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 1 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 267.95 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 382.4 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 10 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 503 manat ödənilməmiş hissə, 10 manat cərimə,xx.xx.2024-cü il tarixli müqaviləsi üzrə 1253.96 manat ödənilməmiş hissə, 30 manat cərimə ümumillikdə 2810.02 manat borc və ödənilmiş 48.1 manat dövlət rüsumu məbləğində pul tutulub İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 48.10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-1 – 284-6, 216-220-ci və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 141.88 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 156.63 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 1 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 267.95 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 382.4 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 10 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 503 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsi üzrə 1253.96 manat ödənilməmiş hissə, 30 manat cərimə, ümumillikdə 2810.02 manat borc və ödənilmiş 48.1 manat dövlət rüsumu məbləğində pul alınıb İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar