Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5027/2023 06.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********43025 olan “Nokia 125” markalı telefon, “Kenwood” markalı mikser, “Hoffmann” markalı ətçəkən, “Gastro” markalı mini soba, “Hoffmann” markalı ütü, İmei kodu **********71821 olan “Samsung Galaxy A12” markalı telefon, “Samsung” markalı tozsoran, “Hoffmann Led” markalı televizor, “Sonorous Surefix” markalı asqı, İmei kodu **********67131 olan “Xiaomi Redmi 9A” markalı telefon almış və nəticədə 1571 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 80,04 manat, İmei kodu **********43025 olan “Nokia 125” markalı telefon üçün 16 manat olmaqla, ondan 14,4 manat ödənilməmiş hissə, 1,6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 97,02 manat olan “Kenwood” markalı mikser üçün 35 manat olmaqla, ondan 31,5 manat ödənilməmiş hissə, 3,5 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 252,04 manat olan “Hoffmann” markalı ətçəkən üçün 140 manat olmaqla, ondan 128 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 322,56 manat olan “Gastro” markalı mini soba, “Hoffmann” markalı ütü üçün 160 manat olmaqla, ondan 145,2 manat ödənilməmiş hissə, 14,8 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 506,88 manat, İmei kodu **********71821 olan “Samsung Galaxy A12” markalı telefon üçün 292 manat olmaqla, ondan 265,6 manat ödənilməmiş hissə, 26,4 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 307,8 manat olan “Samsung” markalı tozsoran üçün 188 manat olmaqla, ondan 171 manat ödənilməmiş hissə, 17 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 671,94 manat olan “Hoffmann Led” markalı televizor, “Sonorous Surefix” markalı asqı üçün 384 manat olmaqla, ondan 349,3 manat ödənilməmiş hissə, 34,7 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 337,47 manat, İmei kodu **********67131 olan “Xiaomi Redmi 9A” markalı telefon üçün 356 manat olmaqla, ondan 324 manat ödənilməmiş hissə, 32 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1146.75 manat təşkil edir. Göstərilənlərə əsasən ümumilikdə 1571 manat borc və 35,71 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə:
7. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC “Gastro” markalı mini soba, “Hoffmann” markalı ütünü Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 322,6 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə, hər ay 17,92 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
8. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC “Kenwood” markalı mikseri Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 97 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 5,39 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
9. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC “Hoffmann Led” markalı televizor, “Sonorous Suferix” markalı asqını Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 671,98 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 37,33 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
10. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC İmei Kodu **********71821 olan “Samsung Galaxy A12” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 506,95 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 28,16 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
11. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC “Samsung” markalı tozsoranı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 307,8 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 17,1 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
12. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC “Hoffmann” markalı ətçəkəni Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 252,1 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 13,93 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
13. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC İmei Kodu **********43025 olan “Nokia 125” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 80,04 manat pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 6,67 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
14. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03941515 saylı müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********67131 olan “Xiaomi Redmi 9A” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 337,48 manat pul məbləğini hissə-hissə 3 ay müddətinə hər ay 109,99 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
15. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 14 iyul 2023cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 145,2 manat əsas, 14,8 manat cərimə borcu, cəmi 160 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 31,5 manat əsas, 3,5 manat cərimə borcu, cəmi 35 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 349,3 manat əsas, 34,7 manat cərimə borcu, cəmi 384 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 265,6 manat əsas, 26,4 manat cərimə borcu, cəmi 292 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 171 manat əsas, 17 manat cərimə borcu, cəmi 188 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 128 manat əsas, 12 manat cərimə borcu, cəmi 140 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 14,4 manat əsas, 1,6 manat cərimə borcu, cəmi 16 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 324 manat əsas, 32 manat cərimə borcu, cəmi 356 manat, ümumilikdə 1571 manat ödənilməmiş borcu vardır.
16. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
17. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
19. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
20. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
21. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
22. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 145,2 (bir yüz qırx beş manat, iyirmi qəpik) manat əsas, 14,8 (on dörd manat, səksən qəpik) manat cərimə borcu, cəmi 160 (bir yüz altmış) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 31,5 (otuz bir manat, əlli qəpik) manat əsas, 3,5 (üç manat, beş qəpik) manat cərimə borcu, cəmi 35 (otuz beş) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 349,3 (üç yüz qırx doqquz manat, otuz qəpik) manat əsas, 34,7 (otuz dörd manat, yetmiş qəpik) manat cərimə borcu, cəmi 384 (üç yüz səksən dörd) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 265,6 (iki yüz altmış beş manat, altmış qəpik) manat əsas, 26,4 (iyirmi altı manat, qırx qəpik) manat cərimə borcu, cəmi 292 (iki yüz doxsan iki) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 171 (bir yüz yetmiş bir) manat əsas, 17 (on yeddi) manat cərimə borcu, cəmi 188 (bir yüz səksən səkkiz) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 128 (bir yüz iyirmi səkkiz) manat əsas, 12 (on iki) manat cərimə borcu, cəmi 140 (bir yüz qırx) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 14,4 (on dörd manat, qırx qəpik) manat əsas, 1,6 (bir manat, altmış qəpik) manat cərimə borcu, cəmi 16 (on altı) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 324 (üç yüz iyirmi dörd) manat əsas, 32 (otuz iki) manat cərimə borcu, cəmi 356 (üç yüz əlli altı) manat, ümumilikdə 1571 (bir min beş yüz yetmiş bir) manat məbləğində pul və ödənilmiş 35,71 (otuz beş manat, yetmiş bir qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 145,2 (bir yüz qırx beş manat, iyirmi qəpik) manat əsas, 14,8 (on dörd manat, səksən qəpik) manat cərimə borcu, cəmi 160 (bir yüz altmış) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 31,5 (otuz bir manat, əlli qəpik) manat əsas, 3,5 (üç manat, beş qəpik) manat cərimə borcu, cəmi 35 (otuz beş) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 349,3 (üç yüz qırx doqquz manat, otuz qəpik) manat əsas, 34,7 (otuz dörd manat, yetmiş qəpik) manat cərimə borcu, cəmi 384 (üç yüz səksən dörd) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 265,6 (iki yüz altmış beş manat, altmış qəpik) manat əsas, 26,4 (iyirmi altı manat, qırx qəpik) manat cərimə borcu, cəmi 292 (iki yüz doxsan iki) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 171 (bir yüz yetmiş bir) manat əsas, 17 (on yeddi) manat cərimə borcu, cəmi 188 (bir yüz səksən səkkiz) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 128 (bir yüz iyirmi səkkiz) manat əsas, 12 (on iki) manat cərimə borcu, cəmi 140 (bir yüz qırx) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 14,4 (on dörd manat, qırx qəpik) manat əsas, 1,6 (bir manat, altmış qəpik) manat cərimə borcu, cəmi 16 (on altı) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 324 (üç yüz iyirmi dörd) manat əsas, 32 (otuz iki) manat cərimə borcu, cəmi 356 (üç yüz əlli altı) manat, ümumilikdə 1571 (bir min beş yüz yetmiş bir) manat məbləğində pul və ödənilmiş 35,71 (otuz beş manat, yetmiş bir qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Şəbnəm Həxiyeva