Məhkəmə qərarları › İş №e-2(060)-5056/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5056/2025

09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5056/2025 09.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi Həsənli Mehriban Hüseyn qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (X5 və Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin təhvil verilməsi, kirayə haqqının ödənilməsi və əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdehnə qarşı (X5 və Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzil münasibətləri üzrə sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 13 iyul 2024-cü il tarixdən verilməli olan aylıq 400 manat kirayə haqqının cəmi 4400 manat, müqavilə öhdəliyinin mənzilinin təhvil verilənədək hər ay 400 manat hesablanıb verilməsi və ödədiyi 68 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 25 iyul 2024cü il tarixli 1 №-li əmrin ləğv edilməsi, Cavabdeh MMC-dən 13 iyul 2024-cü il tarixdən verilməli olan aylıq 400 manat kirayə haqqının cəmi 4400 manat, müqavilə öhdəliyinin mənzilinin təhvil verilənədək hər ay 400 manat hesablanıb verilməsi və ödədiyi 68 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, konkret olaraq Cavabdeh MMCnin 25 iyul 2024- cü il tarixli 1 №-li əmrin ləğv edilməsi hissəsində təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı Bakı-Kamvol Kombinatı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli orderə əsasən ona məxsusdur. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 11 nömrəli sərəncamını əsas tutaraq Cavabdeh MMC-nin sədri X17 ilə onun arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1.1. bəndinə əsasən mən xx.xx.1994-cü il Bakı-Komvol Kombinatının vermiş olduğu 28 nömrəli orderlə öz mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 18 kv.m-dən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti Şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündür yaşayış binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəmizə götürmüşdürlər. Müqavilənin 1.1.2. bəndinə əsasən “Tikinti Şirkəti” Cavabdeh MMC ünvan 3 ünvanında yerləşən əmlak mülkiyyətçilərinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək,inşa etdiyi binada ümumi sahəsi 18 kv.m təmirli mənzili onun mülkiyyətinə verməli idi. Lakin, MMC mənzil mülkiyyətçinin yaşayış sahəsinin yaxşılaşdırılması məqsədi ilə ona veriləcək 1 otaqlı ümumi sahəsi 18 kv.m olan mənzilin əvəzinə yaşayışın beşinci mərtəbəsində 1 otaqlı daxili sahəsi 30 kv.m olan təmirli mənzili onun adıma rəsmiləşdirilir. Həmin müqavilənin 2.1.4-cü maddəsinə əsasən yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yaşayışını təmin etmək məqsədi bu müqavilənin 1.2. bəndində göstərilən kirayə haqqını“Tikinti Şirkəti”-dən tələb edə bilər. Artıq bir il olar ki, müqavilə bağlamışdırlar.Yaşadığı mənzil sökülmüşdür.Lakin “Tikinti Şirkəti” Cavabdeh MMC müvəqqəti yaşayışını təmin etmir, hər ay ən aşağı qiymətə yəni, aylıq 400 manat kirayə qaldığı evin kirayə haqqını ödəmək istəmir, bununla da müqavilənin şərtinə əməl etmir. O, hazırda qeyd olunan ünvana yaxın ərazidə kirayədə yaşayır. Bir ilə yaxındır ki, hər ay 400 manat məbləğində kirayə haqqı ödəyir. GOLD RESİDENCE” MMC-nin direktoru A.S.İsazadəyə rəsmi ərizə ilə müraciət edərək müqavilə öhdəliklərinin yerinə yetirmədiklərini, ona 13 iyul 2024-cü il tarixdən verilməli olan aylıq 400 manat kirayə haqqının hesablanıb verilməsini, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir.Lakin cavabdeh rəsmi ərizəsinə hazıradək cavab belə verilməmişdir. Yuxarıda qeyd edilən qanun pozuntularından və özbaşınalıqdan irəli gələrək öz konstitutsiyon hüquqlarıımın təmin edilməsi və bərpası eləcə də ədalətli qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin olaraq bildirir ki, iddiaçının istinad edərək tələb etdiyi kirayə haqqı barədə 13 iyul 2024-cü il tarixli müqavilənin 1.2-ci bəndi ümumiyyətlə mövcud deyildir. Sadəcə adıçəkilən müqavilənin 2.1.4-cü bəndində texniki səhv olaraq “yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yaşayışını təmin etmək məqsədi bu Müqavilənin 1.2. bəndində göstərilən kirayə haqqını“Tikinti Şirkəti”-dən tələb etmək” barədə müddəa daxil olmuşdur. Lakin 13 iyul 2024-cü il tarixli müqaviləyə nəzər salsaq, həmin müqavilədə 1.2-ci bəndin olmadığını müşahidə edilə bilər. Belə ki, müqavilədə qeyd olunan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr.,ev 128, 99 saylı mənzil İddiaçı tərəfindən həmin mənzilin guya ona məxsus olduğunu "xxxx" order MMC-yə təqdim olunmuş, onunla müqavilə bağlanmış və kirayə haqqının verilməsi nəzərdə tutulmamışdır. Bir müddət sonra müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən təqdim olunmuş order həqiqi olmayan sənəddir və arxiv arayışı da mövcud deyildir. Həmin mənzilin əslində X2 məxsus olduğu məlum olmuşdur. Belə ki, adıçəkilən müqavilənin 2.1.2-ci bəndinə əsasən, əmlak mülkiyyətçisi mülkiyyətində olan yaşayış sahəsinin yüklü olmaması barədə arayışı təqdim etmək şərti ilə “Tikinti şirkəti”nə təhvil vermək öhdəliyi daşıyır. Həmçinin həmin müqavilənin 6.1- ci bəndinə əsasən, “Əmlak mülkiyyətçisi” “Tikinti şirkəti”-nin əvvəlcədən yazılı razılığını almadan bu Müqavilədən irəli gələn hüquqlarını, vəzifələrini və digər öhdəliklərini üçüncü şəxslərə keçirə (ötürə) bilməz. Göründüyü kimi, İddiaçı öz üzərinə düşən müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda dərhal İddiaçı xəbərdarlıq edilmiş və aralarında bağlanmış 13 iyul 2024-cü il tarixli müqavilə yuxarıda qeyd etdiyi müvafiq bəndə əsasən, birtərəfli qaydada ləğv edilmişdir. Ona görə də hesab edilir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır və rədd olunmalıdır. Digər tərəfdən iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.1994-cü il Bakı-Komvol Kombinatının vermiş olduğu 28 nömrəli order həqiqi olmayan sənəd olduğundan, tərəflər arasında bağlanmış 13 iyul 2024-cü il tarixli müqavilə etibarsızdır və əhəmiyyətsiz əqd hesab olunmalıdır. Çünki müqavilə bağlandıqdan sonra onun ləğv olunması və müqavilədə qeyd olunan mənzilin başqa şəxsə məxsus olduğu ilə bağlı iddiaçıya müraciət olunmuş və o, bundan xəbərdar olmuşdur. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, bildirdi ki, iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, yalnız əmrin ləğv edilməsi hissəsində təmin edilməsini xahiş etdi. Kirayə haqqı ilə bağlı məsələlər meydana gəldiyindən tələbin həcmi azaldılmışdır.Nə qədər ki, əqdlər tərəfin iradə ifadəsidir. Müqavilə də tərəflərin iradə ifadəsi əsasında bağlanmışdır.Əmrin ləğv olunmasından xəbərləri olmamışdır. Mülki Məcəllənin tələblərinə uyğun olaraq müqavilənin ləğvi birtərəfli qaydada nəzərdə tutulmamışdır. Birtərəfli qaydada əmrin ləğv edilməsi qanunla nəzərdə tutulmamışdır.Əmrin mövcud olub-olmaması barədə bildiriş məktubla göndərilmişdir. Etiraz ərizəsində əmrin ləğv olunması ortalığa çıxmışdır. Ona görə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı X6 izahatında bildirmişdir ki, evi nə vaxt təhvil verdiyi dəqiq yadında deyil. Biləcəridə qalır, 300 manat kirayə haqqı ödəyir.Onunla bərabər digər sakinlər də köçmüşdür.Digər qonşulara kirayə üçün ödəniş edilib-edilmədiyi barədə məlumatlı deyil. xx.xx.2025-ci il tarixdə keçirilən hazırlıq iclasında iddiaçı X6 izahatında bildirmişdir ki,1994-cü ildə qaçqınlar gəlib zəbt edibdir.Məhkəməyə müraciət edib mübahisələndirməmişdir.İllərlə başqa mənzillərdə yaşamışdır.Qarşılıqlı razılıq əsasında müqavilə bağlanılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini xahiş edərək, bildirdi ki, tərəflər arasında qarşılıqlı razılaşma əsasında müqavilə bağlanmışdır. Lakin onlar aldanmışdırlar.Müqavilədə 1.2-ci bənd yazılıb, əslində həmin bənd olmayıb.Həmçinin mənzil 3-cü şəxslərin istifadəsində olarsa, müqavilənin ləğvi nəzərdə tutulmamışdır. Qeyd edir ki, iddiaçı həmin ünvanda yaşamışdır və onun istifadəsinə verilmişdir. Bu məlumat yalan məlumatdır. 12 və 130 saylı binalar qəzalı vəziyyətdə olmuşdur. İcra Hakimiyyəti tərəfindən sərəncam verilir, sərəncama əsasən onlar tərəfindən köçürülmələrə başlanılır. Binanın qəzalı olması barədə rəy verilmişdir ki, binada və ətrafda yaşayan sakinlər üçün təhlükə yaranmasın deyə təcili şəkildə köçürülməsi bildirilmişdir. MMC tərəfindən elanlar verilir. Təcili şəkildə binada yaşayan sakinlərlə müqaviələr bağlanılmağa başlanılır. Müqavilələr bağlanılan zaman onların hesablamalarına görə 120 mənzil olmalıdır. 150 müqavilə bağlanılmışdır. Amma mənzillərin sayı bitməmişdir. Biri elə iddiaçının özüdür. İlk növbədə tərəflər qarşılıqlı razılıq əsasında bu müqaviləni imzalamışdırlar. Onlar bu müqaviləni ona görə imzalamışdırlar ki, Bakı-X4 görə orderin əslini onlara təqdim etmişdi ki, mənzil onun istifadəsindədir. Müqaviləni imzalamış, üzərinə öhdəlik götürmüşdür ki, 3 gün müddətində mənzili boşaldıb təhvil verəcək. Eyni zamanda da onlara Forma 2 arayışı təqdim etməli idi ki, bu müqavilədə öz təsdiqini tapmışdır. 2.1.1-ci bəndində qeyd olunmuşdur ki, mənzildə yaşayanların hər birininin razılıq ərzələrini təqdim edilməlidir. Onlar müqaviləni bağlayır. Daha sonra müqavilələri imzalamış şəxslər tərəfindən artıq açarlar təhvil verilir. Sonra məlum olur ki, iddiaçının təqdim etdiyi order üzrə mənzildə başqa şəxs yaşayır, istifadəsindədir, mobil nömrə qoymuşdur. Tərəflər belə razılaşmışdır ki, 1 kv.metr mənzilinin əvəzinə 35 kv.metr mənzil veriləcək, ona görə də ona kirayə haqqı verilməyəcək. Tərəflər arasında qarşılıqlı razılaşma bu qaydada olmuşdur. Düzdür müqavilə şifahi və yazılı formada bağlanılır. Amma tərəflərin arasında olan razılıq olmuşdur. Bu günləri onları məhkəməyə verməkdə iddiaçının niyyəti odur ki, kirayə haqqı ödənilməmişdir. Söhbət 4 min manatın ödənilməsindən getmir. MTK üzərinə elə bir öhdəlik götürsəydi, ödəyəcək idi. Sadəcə standart müqavilələrdir. Məsələ ondan ibarətdir ki, müqaviləni imzalayanda öhdəlik hissəsində 1.2-ci bəndində qeyd olunan kirayə pulunu tələb edə bilər sözü yaddan çıxaraq qalmasıdır. Göründüyü kimi müqavilədə 1.2-ci bənd yoxdur. Sadəcə olaraq yaddan çıxıb müqavilədə qalmışdır.1.1.2-ci bənd var. Orda mənzilin verilməsi nəzərdə tutulmuşdur. Məlumat göndərilir, yoxdur, pretenziya göndərilir yoxdur. MTK tərəfindən çatdırılmalar barədə məlumat əlavə olunmayıb.13 iyul 2024-cü il tarixdə tərəf özü yaxınlaşaraq 18 kv.m mənzili könüllü verərək, razılığa gələrək 30 kv.m təmiz sahəni versinlər.Əmrin mövcud olub-olmaması barədə bildiriş göndərilməmişdir.Əmrin ləğv edilməsi hissəsində qəbul etmir. Çünki əmr pretenziya qaydalarına uyğun ləğv edilmişdir.Müqavilənin 1.1.3-cü bəndində də qeyd olunmuşdur ki, mübahisə olduqda müqavilə etibarsız sayılacaq. İddia tələbi əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Mülki işin materialları - Cavabdeh MMC tərəfindən X3 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, tərəflər arasında bağlanmış 13 iyul 2024-cü il tarixli müqavilə 25 iyul 2024-cü il tarixli 1 №-li əmrlə birtətəfli qaydada ləğv olunması barədə xəbərdar edilmişdir. - Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 1 nömrəli əmrindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 13 İyul 2024-cü il tarixli müqavilə əhəmiyyətsiz və etibarsız müqavilə olduğundan birtərəfli qaydada ləğv edilməsi qərara alınmışdır.Əmrə əsas ləğv olunmuş 13 iyul 2024-cü il tarixli müqavilənin bağlanmasına əsas İddiaçı tərəfindən müqavilədə qeyd olunan ünvan 1 ünvanında yerləşən 18 kv.m.-dən ibarət yaşayış sahəsinin ona məxsus olduğunu göstərən xx.xx.1994-cü il tarixli Bakı-Komvol Kombinatının verilmiş 128 №-li Order olmuşdur. - Bir müddət sonra müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən təqdim olunmuş Order həqiqi olmayan sənəddir və arxiv arayışı da mövcud deyildir. Həmin mənzilin əslində başqa şəxsə məxsus olduğu məlum olmuşdur. - Bakı-Kombol Kombinatı və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1994-cü il tarixli iclasının 3 nömrəli protokolundan çıxarışdan görünür ki, F.X.Xoyski keçəsi 128-də yerləşən yataqxananın 99 №-li mənzil kombinantın işçisi X3 verilməsi qərara alınmışdır. - xx.xx.2024-cü il tarixli aktından görünür ki, Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Nərimanov Rayon sektorunun müdiri X13, Bakı şəhər İcra Hakimiyyəti mənzil kommunal Təsərrufat departamentinin 2 saylı MKTB-nin 114 saylı MKİS-nin rəisi X22, İcraçı direktor X9, X1, Polis sahə İnspektoru polis mayoru X10 aktın tərtib edərək təsdiq etmişdirlər ki,Bakı şəhər İcra Hakimiyyətinin 26 yanvar 2024-cü il tarixli 11 saylı sərəncamı əsasında ünvan 4 ünvanlarında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.178 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün Cavabdeh icarə əsasında istifadəsinə verilmişdir. Həmin sərəncamın icrası ilə bağlı, 128-ci binanın 99 saylı, 16 kv.m sahəsi olan mənzildə məskunlaşmış X5 (Qubadlı) çıxarılmış və qəzalı vəziyyətdə olan bina MMC-yə təhvil verilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin X3 ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciətə cavabdan görünür ki, X6 xx.xx.1988-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev 128-de, xx.xx.2014-cü il tarixdən hazıradek ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - xx.xx.2024-cü il tarixli müqavilənin 1.1.1-ci maddəsindən görünür ki, əmlak mülkiyyətçisi bu müqaviləyə xx.xx.1994-cü il Bakı-Komvol Kominatının verilmiş № 128 nömrəli order ilə öz mülkiyyətlərində olan ünvan 6 ünvanında yerləşən 18 kv.m dan ibarət yaşayış sahəsini sökülmək üçün "xxxx" MMC-ya təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada "Tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündür mərtəbəli yaşayış binasında onun üçün nəzərədə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. "Tikinti şirkəti "xxxx" MMC ünvan 7 ünvanda yerləşən "Əmlak mülkiyyətçilərinin"-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 18 kv.m təmirli mənzili "Əmlak mülkiyyətçisi-nin mülkiyyətinə verilməli idi. Lakin, MMC mənzil mülkiyyətçinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə mülkiyyətçisi İddiaçı veriləcək 1 otaqlı ümumi sahəsi 18 kvm olan mənzilin əvəzinə yaşayışın beşinci mərtəbəsində 1 otaqlı daxili sahəsi 30 kv.m olan təmirli mənzili onun adına rəsmləşdirilmişdir. Ümumi sahə 35 kvm yaşayışın fasad, holl və yan divarlarının alt hissəsi və habelə yaşayışın daxilində olan şaxta və konstruksiya hissələri nəzərə alınmamaqla (tikinti normativlərində tətbiq olunan əmsal tətbiq olunmamaq şərti ilə) hesablanmış sahədir.Müqavilənin 1.1.3-cü bəndinə əsasən X7 bəyan edir ki, həqiqətəndə F. Xoyski prospekti 128, mənzil 99 ünvanda olan mənzil onun özünə məxsusdur. Üçüncü şəxslərin qarşısında hər hansı öhdəliyi yoxdur. Gələcəkdə özünün və üçüncü şəxslərin həmin mənzilə dair hər hansı bir iddia və tələbləri olmayacaqdır. Olduğu təqdirdə müqavilə etibarsız hesab edilir, müqavilədə qeyd olunan mənzil və ödənilmiş məbləğlər geri tələb olunacaqdır. - İddiaçı "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, ona oktyabr 2024-cü il tarixdən verilməli olan aylıq 400 manat kirayə haqqının hesablanılıb verilməsini xahiş etmiş, əks təqdirdə pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət edəcəyi bildirilmişdir. - Ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 68 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ-İİ hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 43. Mənzil hüququ Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 71, İ-İİ hissələr. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Maddə 125, Vİİ hissə. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 158.1.2.-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 4. Mənzil hüququnun həyata keçirilməsi üçün şəraitin təmin edilməsi 4.1. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: 4.1.1. vətəndaşların mənzil ehtiyaclarının təmin edilməsi üçün zəruri şəraitin yaradılması məqsədilə daşınmaz əmlak bazarının inkişafına köməklik göstərir; 4.1.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; Maddə 17. Mənzil fondu 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 56.1. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Maddə 91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə 98. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi üçün əsaslar 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 99.7. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. 99.8. Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 104. Yataqxanalarda yaşayış sahələrinin verilməsi 104.1. Yataqxanalarda yaşayış sahələri adambaşına düşən yaşayış sahəsinin altı kvadratmetrdən az olmaması şərti ilə verilir. 104.2. Yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Maddə 146. Dövlət mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsi 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında AR Qanunu: Maddə 6. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; M a d d ə 12. Mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçiril-məsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Yaşayış evlərinin və şəxsi yardımçı təsərrüfat üçün tikililərin yerləşdiyi torpaq sahələrinin verilməsi torpaq qanunvericiliyi ilə tənzimlənir. Mənzillərin mülkiyyətçiləri Azərbaycan Respublikası qanunvericiliyinin müəyyən etdiyi qaydada razılaşdırılmış layihəyə uyğun surətdə mənzillərin quruluşunu dəyişdirmək, onları modernləşdirmək, rekonstruksiya və ya əsaslı təmir etmək hüququna malikdirlər. "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Qanunun: M a d d ə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilən halları - Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki,İddiaçı və Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixində qarşılıqlı razılıq əsasında müqavilə bağlanmışdır. İddiaçı xx.xx.1994-cü il Bakı-Komvol Kombinatının verilmiş № 128 nömrəli order ilə özünün mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 18 kv.m dan ibarət yaşayış sahəsini sökülmək üçün "xxxx" MMC-ya təhvil verməyi öhdəsinə götürmüşdür.Cavabdehin etirazının əsası, əslində müqavilədə texniki yanlışlıq olmuş, əmr ləğv edilmiş, sərəncamın icrası ilə bağlı, 128-ci binanın 99 saylı, 16 kv.m sahəsi olan mənzildə məskunlaşmış X5 (Qubadlı) çıxarılmış və qəzalı vəziyyətdə olan bina MMC-yə təhvil verilmişdir. - İddiaçı iddia tələbinin hüquqi əsası ilə bağlı dəlillərini məhkəmə iclasında sübut edə bilməmiş, həmin mənzildə yaşadığını təsdiq edən dəlilləri məhkəməyə təqdim edə bilməmiş, məhkəmə iclasında iştirak edərkən iddiaçı izahatında bildirmişdir ki, mənzil order əsasında verilmiş, lakin 1993-1996-cı illərdə qaçqınlar gəlib mənzildə məskunlaşmışlar.Bundan sonra həmin orderi mübahisələndirməmişdir. İşə baxan məhkəmənin mövqeyi: - Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli müqavilədə qeyd olunan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr.,ev 128, 99 saylı mənzil İddiaçı tərəfindən həmin mənzilin ona məxsus olduğunu "xxxx" order MMC-yə təqdim olunmuş, onunla müqavilə bağlanmış və kirayə haqqının verilməsi nəzərdə tutulmuşdur. Bir müddət sonra müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən təqdim olunmuş order əsasında olan mənzildə əslində o, yaşamır və arxiv arayışı da mövcud deyildir. xx.xx.2024-cü il tarixli aktından görünür ki, Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Nərimanov Rayon sektorunun müdiri X13, Bakı şəhər İcra Hakimiyyəti mənzil kommunal Təsərrufat departamentinin 2 saylı MKTB-nin 114 saylı MKİS-nin rəisi X22, İcraçı direktor X9, X1, Polis sahə İnspektoru polis mayoru X10 aktın tərtib edərək təsdiq etmişdirlər ki,Bakı şəhər İcra Hakimiyyətinin 26 yanvar 2024-cü il tarixli 11 saylı sərəncamı əsasında ünvan 4 ünvanlarında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.178 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün Cavabdeh icarə əsasında istifadəsinə verilmişdir. Həmin sərəncamın icrası ilə bağlı, 128-ci binanın 99 saylı, 16 kv.m sahəsi olan mənzildə məskunlaşmış X5 (Qubadlı) çıxarılmış və qəzalı vəziyyətdə olan bina MMC-yə təhvil verilmişdir. Adıçəkilən müqavilənin 2.1.2-ci bəndinə əsasən, əmlak mülkiyyətçisi mülkiyyətində olan yaşayış sahəsinin yüklü olmaması barədə arayışı təqdim etmək şərti ilə “Tikinti şirkəti”nə təhvil vermək öhdəliyi daşıyır. Həmçinin həmin müqavilənin 6.1- ci bəndinə əsasən, “Əmlak mülkiyyətçisi” “Tikinti şirkəti”-nin əvvəlcədən yazılı razılığını almadan bu müqavilədən irəli gələn hüquqlarını, vəzifələrini və digər öhdəliklərini üçüncü şəxslərə keçirə (ötürə) bilməz. Göründüyü kimi, İddiaçı öz üzərinə düşən müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda dərhal İddiaçı xəbərdarlıq edilmiş və aralarında bağlanmış 13 iyul 2024-cü il tarixli müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə əsasən, iddiaçının mənzilə dair istifadə hüququnun olmasını hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Belə ki, Mülki Məcəllənin 139-1.1.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İlk növbədə qeyd olunmalıdır ki, hazırki iş üzrə iddiaçıya yataqxana otağının verilməsi zamanı köhnə Mənzil Məcəlləsinin normaları qüvvədə olmuşdur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 106-cı maddəsinə əsasən vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Eyni zamanda həmin Məcəllənin 107-ci maddəsinə görə yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Bu müddəa hazırda qüvvədə olan Mənzil Məcəllənin 93-cü maddəsində də öz əksini tapmışdır. Qeyd olunan qanunvercilik normalarının məzmunundan göründüyü kimi, müəssisənin balansında olan yataqxanalar fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə verilən yaşayış sahələridir. Müəssisələrin yataqxanalarında yer almış işçilər öz arzusu ilə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən yataqxanadan çıxarıla bilərlər (köhnə Mənzil Məcəlləsinin 108-ci maddəsi). Hazırki iş üzrə iddiaçı tərəfindən Bakı-Komvol Kombinatının və Həmkarlar İttifaqının Komitəsinin xx.xx.1994-cü il tarixli iclasının 3 nömrəli protokolunun çıxarışının surəti təqdim edilmiş, həmin çıxarışa əsasən kombinatın işçisi kimi İddiaçı F.X.Xoyski küçəsi 128də yerləşən yataqxananın 99 №-li mənzili verilmişdir. xx.xx.1994-cü ildə Bakı Komvol Kombinatının yataqxanasında yerləşən 99 saylı mənzilə dair order verilmişdir. Orderin məzmununda da qeyd edilmişdir ki, müəssisədə işlədiyi dövrdə istifadə etmək üçün verilir. İşin hallarından da göründüyü kimi, iddiaçı orada yaşamamış, orada məcburi köçkünlər yaşamışdır.Beləliklə, mənzil iddiaçıya məhz əmək münasibətlərində olan dövrdə yaşamaq üçün verildiyindən və iddiaçının əmək münasibətlərinə xitam verildiyindən onun adına verilmiş order öz hüquqi əhəmiyyətini itirmişdir. Bu baxımdan iddiaçı mənzil ilə bağlı kirayə haqqının tələb etmək üçün subyektiv hüquqa malik şəxs hesab oluna bilməz. Məhkəmə izahata münasibət bildirərək qeyd edir ki, məhkəmə sübutlara tərəflərin ehtimal xarakterli izahatlarına əsaslanaraq qiymət verməməlidir. Hazırda təqdim edilmiş müqavilə iddiaçı və üçüncü şəxs tərəfindən mübahisələndirilməmişdir. Təqdim edilmiş müqavilədə mənzilin iddiaçının sahibliyi və istifadəsinə müvəqqəti yaşamaq üçün verildiyi qeyd edilmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin üçün əsas hesab olunan sənədlərin siyahısı konkret müəyyənləşdirilmişdir. İddiaçı tərəfindən ümumiyyətlə iddia etdiyi mənzilin ona məxsus olması barədə hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. İddiaçının həmin mənzilə qeydiyyatı formal xarakter daşımışdır. Belə olan halda, iddiaçı əmrin ləğv edilməsi barədə iddia irəli sürmək hüququnun sahibi hesab edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı müvəqqəti məskunlaşmaq üçün imzaladığı müqaviləyə istinad edərək həmin mənzilə dair “gözlənti” hüququnun yaranmasını bildirməyə haqlı deyil. Qeyd olunmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq qaydada nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələbetmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı (X5 və Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin təhvil verilməsi, kirayə haqqının ödənilməsi və əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı (X5 və Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin təhvil verilməsi, kirayə haqqının ödənilməsi və əmrin ləğv edilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar