Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5113/2022 10.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “borc tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı qarşısında xx.xx.2019-cu tarixli, SMTK01036 saylı nisyə alqı-satqı müqaviləsi ("xxxx") üzrə 465 manat qalıq borcu, 205,90 manat cərimə borcu olmaqla, cəmi 670,90 manat, xx.xx.2019cu tarixli SMTK01119 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1879 manat qalıq borcu və 406,99 manat cərimə borcu olmaqla, cəmi 2285,99 manat, xx.xx.2019-cu tarixli, ST31417 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 118 manat qalıq borc və 55,86 manat cərimə borcu olmaqla, cəmi 173,86 manat, qeyd edilən müqavilələr üzrə cəmi 3130,75 manat borcun, həmçinin iddia ərizəsinin verilməsi üçün tərəflərindən ödənilmiş 51,30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu tarixli, SMTK01036 saylı nisyə alqı-satqı müqaviləsinə ("xxxx") əsasən, cavabdehə 2999 manat, xx.xx.2019-cu tarixli SMTK01119 saylı nisyə alqı-satqı müqaviləsinə ("xxxx") əsasən, cavabdehə 2649 manat, xx.xx.2019-cu tarixli, ST31417 saylı nisyə alqı-satqı müqaviləsinə ("xxxx") əsasən, cavabdehə 558 manat (cavabdeh tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafikləri”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəflərindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2019-cu tarixli, SMTK01036 saylı nisyə alqısatqı müqaviləsi ("xxxx") üzrə qalıq borcu 465 manat, xx.xx.2019-cu tarixli SMTK01119 saylı nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borcu 1879 manat, xx.xx.2019-cu tarixli, ST31417 saylı nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borc 118 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında xx.xx.2019-cu tarixli, SMTK01036 saylı nisyə alqı-satqı müqaviləsi ("xxxx") üzrə cərimə borcu 1029,51 manat, xx.xx.2019-cu tarixli SMTK01119 saylı nisyə alqı-satqı müqaviləsi üzrə cərimə borcu 4069,91 manat, xx.xx.2019-cu tarixli, ST31417 saylı nisyə alqı-satqı müqaviləsi üzrə cərimə borcu 279,31 manat təşkil edir. Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 20%-ni ödəməyi borcludan tələb edirlər. Belə olan halda, hesablanmış cərimə məbləğinin 20%-i xx.xx.2019-cu tarixli, SMTK01036 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 205,90 manat, xx.xx.2019-cu tarixli SMTK01119 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 406,99 manat, xx.xx.2019-cu tarixli, ST31417 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 55,86 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ST31417 saylı, Nisyə Alq-Satqı Müqaviləsindən görünür ki, İddiaçı MMC (satıcı) qiyməti 558 manat avadanlığı Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 1 saylı əlavəsinə əsasən Cavabdeh 14 ay müddətinə hər ayın 31-dən gec olmamaqla 40 manat ödəməyi üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli SMTK01036 saylı, Nisyə Alq-Satqı Müqaviləsindən görünür ki, İddiaçı MMC (satıcı) qiyməti 2999 manat avadanlığı Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 1 saylı əlavəsinə əsasən Cavabdeh 24 ay müddətinə hər ayın 23-dən gec olmamaqla 125 manat ödəməyi üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli SMTK01119 saylı, Nisyə Alq-Satqı Müqaviləsindən görünür ki, İddiaçı MMC (satıcı) qiyməti 2649 manat avadanlığı Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 1 saylı əlavəsinə əsasən Cavabdeh 24 ay müddətinə hər ayın 17-dən gec olmamaqla 110 manat ödəməyi üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli SMTK01119 saylı Nisyə satış müqaviləsinə əsasən əsas borc üzrə 1879 manat, cərimə məbləği üzrə 406,99 manat, cəmi 2285,99 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli ST31417 saylı Nisyə satış müqaviləsinə əsasən əsas borc üzrə 118 manat, cərimə məbləği üzrə 55,86 manat, cəmi 173,86 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli SMTK101036 saylı Nisyə satış müqaviləsinə əsasən əsas borc üzrə 465 manat, cərimə məbləği üzrə 205,90 manat, cəmi 670,90 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada Nisyə satış müqavilələri bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu tarixli, SMTK01036 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 465 (dörd yüz altmış beş) manat qalıq borcu, 2 manat cərimə borcu olmaqla, cəmi 467 (dörd yüz altmış yeddi) manat, xx.xx.2019-cu tarixli SMTK01119 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1879 (bir min səkkiz yüz yetmiş doqquz) manat qalıq borcu və 4 (dörd) manat cərimə borcu olmaqla, cəmi 1883 (bir min səkkiz yüz səksən üç) manat, xx.xx.2019-cu tarixli, ST31417 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 118 (bir yüz on səkkiz) manat qalıq borc və 2 (iki) manat cərimə borcu olmaqla, cəmi 120 (bir yüz iyirmi) manat, qeyd edilən müqavilələr üzrə cəmi 2470 (iki min dörd yüz yetmiş) manat borcun borcun və ərizə verilməsi üçün ödənilmiş 51 (əlli bir) manat 30 (otuz) qəpik dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu tarixli, SMTK01036 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 465 (dörd yüz altmış beş) manat qalıq borcu, 2 manat cərimə borcu olmaqla, cəmi 467 (dörd yüz altmış yeddi) manat, xx.xx.2019-cu tarixli SMTK01119 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1879 (bir min səkkiz yüz yetmiş doqquz) manat qalıq borcu və 4 (dörd) manat cərimə borcu olmaqla, cəmi 1883 (bir min səkkiz yüz səksən üç) manat, xx.xx.2019-cu tarixli, ST31417 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 118 (bir yüz on səkkiz) manat qalıq borc və 2 (iki) manat cərimə borcu olmaqla, cəmi 120 (bir yüz iyirmi) manat, qeyd edilən müqavilələr üzrə cəmi 2470 (iki min dörd yüz yetmiş) manat borcun borcun və ərizə verilməsi üçün ödənilmiş 51 (əlli bir) manat 30 (otuz) qəpik dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-5113/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5113/2022
10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver