Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5175/2025 22.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 554,50 manat əsas borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq, iddiaçı "xxxx" ASCnin hеsabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən sığortalı Rzayev Ramil Tahir oğlunun mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2018-ci il tarixində daşınar əmlak üzrə PİM/18/0229 nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində Rzayev Ramil Tahir oğlunun mülkiyyətində olan daşınmaz əmlak çoxmərtəbəli binanın yuxarı, yəni Cavabdeh məxsus olan 13 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür. Həmçinin iş materiallarında olan 14 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 48/49, mənzil 13-ün vanna otağından gələn su, Rzayev Ramil Tahir oğlunun mənzilinin, vanna otağının, ayaqyolunun, yataq otağının tavan və divarlarına keçməsi nəticəsində yararsız hala düşmüşdür. Həmçinin iş materiallarında olan 14 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 48/49, mənzil 13-ün mülkiyyətçisi Cavabdehdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli dəymiş zərərin həcmi ilə bağlı 156 nömrəli rəydən görünür ki, Rzayev Ramil Tahir oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka görə subasma nəticəsində 554,50 manat məbləğində zərər vurulmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2019-cu il tarixli, 0437/FS/Fİ-054/2019 nömrəli aktla 554,50 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən sığortalı Rzayev Ramil Tahir oğluna sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından olan: - RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2012-ci il tarixdən Rzayev Ramil Tahir oğlunun adına qeydə alınmışdır. - "xxxx" ASC ilə Rzayev Ramil Tahir oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli PİM/18/0229 nömrəli sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortaçı şirkət Rzayev Ramil Tahir oğlunun mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə sığortalanmışdır. - Sumqayıt şəhəri 14 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 48/49, mənzil 13-ün vanna otağından gələn su, Rzayev Ramil Tahir oğlunun mənzilinin, vanna otağının, ayaqyolunun, yataq otağının tavan və divarlarına keçməsi nəticəsində yararsız hala düşmüşdür. - Sumqayıt şəhəri 14 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 48/49, mənzil 13-ün mülkiyyətçisi Cavabdehdır. - Dəymiş zərər barədə xx.xx.2019-cu il tarixli hesabatdan görünür ki, Rzayev Ramil Tahir oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka görə subasma nəticəsində 554,50 manat məbləğində zərər vurulmuşdur. - Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən dəymiş zərərə görə Rzayev Ramil Tahir oğlunun hesabına 554,50 manat sığorta ösənişi edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx.xx.2019-cu il tarixində iddiaçı tərəfindən sığorta olunan Rzayev Ramil Tahir oğlunun mülkiyyətində olan daşınmaz əmlak çoxmərtəbəli binanın yuxarı, yəni Cavabdeh məxsus olan 13 nömrəli mənzildən axan su kütlələri nəticəsində zərər görmüşdür. Həmin ərazidəki 14 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2019-cu il tarixli arayışı ilə müəyyən edilir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 48/49, mənzil 13-ün vanna otağından gələn su, Rzayev Ramil Tahir oğlunun mənzilinin, vanna otağının, ayaqyolunun, yataq otağının tavan və divarlarına keçməsi nəticəsində yararsız hala düşmüşdür. Həmin Mənzil Kommunal Sahəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 48/49, mənzil 13-ün mülkiyyətçisi Cavabdehdır. Səğortalı mənzilə dəymiş zərər qiymətləndirilmiş və əmlaka 554,50 manat zərər dəyməsi müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli, 0437/FS/Fİ-054/2019 nömrəli aktla 554,50 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən sığortalı Rzayev Ramil Tahir oğluna sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır. (Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 554,50 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi və 0,40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 554,50 manat vurulmuş zərər və 30,40 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx"ASC-nin hеsabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdеh Cavabdeh 554,50 manat vurulmuş zərər və 30,40 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı "xxxx"ASC-nin hеsabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-5175/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5175/2025
22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver