Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-5183/2025 08.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: borcun tutulması, iş üzrə icraata xitam verilməsi ) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən İmei Kodu **********24556 OPPO A38 markalı telefon, Casio Ltp qol saatı, X3 A18 qoruyucu örtük üçün 65,51 (altmış beş manat, 51 qəpik) manat ödənilməmiş hissə, 6,55 (altı manat, 55 qəpik) manat cərimə olmaqla, ümumilikdə, 72,06 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə sadələşdirilmiş icraata qaydasında məhkəmənin icraatına qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiklərini bildirərək, iş üzrə icraata xitam verilməsini və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir.
3. Daha sonra məhkəmənin qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 09:10-a təyin edilmişdir.
Məhkəmə icraat iştirakçılarının izahatları
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə, sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) : Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; Maddə 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.
Məhkəmənin mövqeyi
6. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, iş üzrə icraata xitam verilməlidir.
7. Belə ki, iddiaçı iddiadan imtina etmiş, imtina üzrə qanuna ziddlik və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması halı müəyyən edilməmişdir.
8. Odur ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
9. Göstərilənləri və MPM-nin 52, 191, 261, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı "xxxx" MMC-nin iddiadan imtinası qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə icraata xitam verilsin. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-yə qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hakim Pərvin İmamverdiyeva