Məhkəmə qərarları › İş №e-2(060)-520/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-520/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-520/2025 13.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən X2 üçün 1887 manat ödənilməmiş hissə, 288 manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 15 ədəd Seksiya Mirado, qaz Requlyator Gazkon, dəsmal quruducusu Ayen Luna, X1 üçün 946,67 manat ödənilməmiş hissə, 115,33 manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən X2 36, soyuducu Gorenje Nrk6192abk4, qabyuyan Samsung Dw60m5052fs/Tr (Gümüşü), Radiator Hoffman Oh9111 (Black) üçün 2682,36 manat ödənilməmiş hissə, 619.64 manat dəbbə pulu, ümumilikdə 6539 manat borc, 85.39 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən X2, 15 ədəd Seksiya Mirado, X1, qaz Requlyator Gazkon, dəsmal quruducusu Ayen Luna, X2 36, soyuducu Gorenje Nrk6192abk4, qabyuyan Samsung Dw60m5052fs/Tr (Gümüşü), Radiator Hoffman Oh9111 və nəticədə 6539 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2160 manat (18 ay x 120 manat + 0 manat ilkin ödəniş) olan X2 üçün ümumilikdə, 2175 manat olmaqla ondan 1887 manat ödənilməmiş hissə, 288 manat dəbbə pulu, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1169.46 manat (18 ay x 64.97 manat + 0 manat ilkin ödəniş) olan 15 ədəd Seksiya Mirado, X1, qaz Requlyator, dəsmal quruducusu Ayen Luna üçün ümumilikdə 1062 manat olmaqla ondan 946.67 manat ödənilməmiş hissə, 115.33 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 4644 manat (18 ay x 258 manat + 0 manat ilkin ödəniş) olan X2 36, soyuducu Gorenje Nrk6192abk4, qabyuyan Samsung, Radiator Hoffman üçün ümumilikdə, 3302 manat olmaqla ondan, 2682.36 manat ödənilməmiş hissə, 619,64 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində X2 və zəmanət + 2 il xidmətindən imtina etmiş və məhsul 1803,64 manat məbləğində qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 158 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1803,64 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 495,79 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilələr ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı "xxxx" MMC -nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılması və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyində və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini , həmin vaxt işlədiyini hal-hazırda isə işləmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 2159,198 manat olan X2 almışdır. - xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, X2 Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixində X2 + 2 il xidmətindən imtina etmiş və məhsul 1803,64 manat məbləğində qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1169,46 manat olan 15 ədəd Seksiya Mirado, qaz Requlyator Gazkon, dəsmal quruducusu Ayen Luna, X1 almışdır. - xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, 15 ədəd Seksiya Mirado, qaz Requlyator Gazkon, dəsmal quruducusu Ayen Luna, X1 Cavabdeh təhvil verilmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 4644,02 manat olan X2 36, soyuducu Gorenje Nrk6192abk4, qabyuyan Samsung Dw60m5052fs/Tr (Gümüşü), Radiator Hoffmann Oh9111 (Black) almışdır. - xx.xx.2023-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, X2 Cavabdeh təhvil verilmişdir. -"xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən aldığı məhsullar üçün ümumilikdə 6539 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyalara görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, ümumilikdə 6539 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 1022,97 manat cərimə (dəbbə) pulunun tutulması tələb olunur. Məhkəmə hesab edir ki, cavabdehdən 1022,97 manat məbləğində cərimə (dəbbə) pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Ona görə də iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 6539 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 85,39 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 13,442.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, X2 üçün 1887 manat ödənilməmiş hissə, 288 manat dəbbə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 15 ədəd Seksiya Mirado, qaz Requlyator Gazkon, dəsmal quruducusu Ayen Luna, X1 üçün, 946,67 manat ödənilməmiş hissə, 115,33 manat dəbbə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən X2 36, soyuducu Gorenje Nrk6192abk4, qabyuyan Samsung Dw60m5052fs/Tr (Gümüşü), Radiator Hoffmann Oh9111 (Black) üçün 2682,36 manat ödənilməmiş hissə, 619,64 manat dəbbə pulu; ümumilikdə 6539 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 85,39 manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar