Məhkəmə qərarları › İş №e-2(060)-5271/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5271/2025

22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5271/2025 22.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 6 ədəd Zəmanət + 2 İl xidməti, 2 ədəd LUNA – yataq çarpayı, BEKO markalı soyuducu, LİBERTİ qonaq - masa, SEDEF - yumşaq - künc divanı, PERUNA- yataq – termo 1442 (bir min dörd yüz qırx iki) manat ödənilməmiş hissə, 144,2 (yüz qırx dörd manat 20 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, tv-altı PRESTİJ, LİLA- mətbəx - masa, HURREM - yataq - termo, DO JURNAL masa, HURREM - yataq - dolab, VENUS çarpayı, 4 ədəd LİMA stul, 4 ədəd ANDRA stul üçün , 1600,72 (bir min altı yüz manat, 72 qəpik) manat ödənilməmiş hissə, 160,07 (yüz altmış manat, 7 qəpik) manat cərimə, ümumilikdə 3346,99 manat borc, 53,47 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən 6 ədəd Zəmanət + 2 İl xidməti, 2 ədəd 2 ədəd LUNA – yataq çarpayı, BEKO markalı soyuducu, LİBERTİ - qonaq - masa, SEDEF - yumşaq - künc divanı, PERUNA- yataq – termo, tv-altı PRESTİJ, LİLAmətbəx - masa, HURREM - yataq - termo, DO JURNAL masa, HURREM - yataq - dolab, VENUS çarpayı, 4 ədəd LİMA stul, 4 ədəd ANDRA stul almış və nəticədə 3346,99 (üç min üç yüz qırx altı manat, 99 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1858,5 (bir min səkkiz yüz əlli səkkiz manat, 50 qəpik) manat (18 ay x 103.25 manat + 0 manat ilkin ödəniş) olan 6 ədəd ZƏMANƏT + 2 İl xidməti, LUNA – yataq çarpayı, BEKO markalı soyuducu, LİBERTİ - qonaq - masa, SEDEF - yumşaq - künc divanı, PERUNA- yataq – termo üçün ümumilikdə, 1586,20 (bir min beş yüz səksən altı manat 20 qəpik) manat olmaqla ondan, 1442 (bir min dörd yüz qırx iki) manat ödənilməmiş hissə, güzəşt olunaraq 144,2 (yüz qırx dörd manat 20 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1921,92 (bi rmin doqquz yüz iyirmi bir manat 92 qəpik) manat (24 ay x 80,08 manat + 0 manat ilkin ödəniş) olan tv-altı PRESTİJ, LİLA- mətbəx - masa, HURREM - yataq - termo, DO JURNAL masa, HURREM - yataq - dolab, VENUS çarpayı, 4 ədəd LİMA stul, 4 ədəd ANDRA stul üçün ümumilikdə, 1760,79 (bir min yeddi yüz altmış manat 79 qəpik) manat olmaqla ondan, 1600,72 (bir mina ltı yüz manat, 72 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 160,07 (yüz altmış manat, 7 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 737,7 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1858,5 manat olan , 6 ədəd Zəmanət + 2 İl xidməti, PERUNA- yataq – termo, LİBERTİ - qonaq - masa, 2 ədəd LUNA – yataq çarpayı, SEDEF - yumşaq - künc divanı, BEKO markalı soyuducu almışdır. - xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, , 6 ədəd Zəmanət + 2 İl xidməti, PERUNA- yataq – termo, LİBERTİ - qonaq - masa, 2 ədəd LUNA – yataq çarpayı, SEDEF - yumşaq - künc divanı, BEKO markalı soyuducu Cavabdeh təhvil verilmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1921,92 manat olan tv-altı PRESTİJ, HURREM yataq - termo, DOGA JURNAL masa, HURREM - yataq - dolab, VENUS çarpayı, LİLAmətbəx – masa, 4 ədəd LİMA stul, 4 ədəd ANDRA stul almışdır. - xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, tv-altı PRESTİJ, HURREM - yataq - termo, DOGA JURNAL masa, HURREM - yataq - dolab, VENUS çarpayı, LİLA- mətbəx – masa, 4 ədəd LİMA stul, 4 ədəd ANDRA stul Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə ilə 18 ay müddətinə, 0 manat ilkin ödəniş, 103,25 manat aylıq ödəniş olmaqla, ümumi dəyəri 1858,5 manat olan 6 ədəd Zəmanət + 2 İl xidməti, PERUNA- yataq – termo, LİBERTİ - qonaq - masa, 2 ədəd LUNA – yataq çarpayı, SEDEF - yumşaq - künc divanı, BEKO markalı soyuducu almış və 416,5 manat ödəniş etmiş, 1442 manat ödənilməmiş əsas, 144,20 manat isə cərimə borcu olmaqla 1586,20 manat borcu yaranmışdır. Eləcə də xx.xx.2024-cü il tarixli müqavilə ilə Cavabdeh 24 ay müddətinə, 0 manat ilkin ödəniş, 80,08 manat aylıq ödəniş olmaqla, ümumi dəyəri 1921,92 manat olan tv-altı PRESTİJ, HURREM - yataq - termo, DOGA JURNAL masa, HURREM - yataq dolab, VENUS çarpayı, LİLA- mətbəx – masa, 4 ədəd LİMA stul, 4 ədəd ANDRA stul almış, 321,2 manat ödəniş etmiş, 1600,72 manat əsas, 160,07 manat cərimə borcu olmaqla 1760,79 manat borcu yaranmışdır. -"xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən aldığı malların 3780,42 manat olan ümumi dəyərindən 737,7 manat ödəniş etmiş və nəticədə 3042,72 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 3780,42 manat ümumi dəyərindən 737,7 manat ödəniş etmiş və nəticədə 3042,72 manat əsas borcu yaranmışdır. Ona görə də iddia tələbi əsas borcun ödənilməsinə dair hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 304,27 manat dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə hesab edir ki, cavabdehdən 304,27 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Ona görə də iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 3346,99 manat olduğundan (3042,72 manat əsas+ 304,27 manat cərimə = 3346,99 manat) iddiaçı tərəfindən ödənilmiş 53,47 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 6 ədəd Zəmanət + 2 İl xidməti, PERUNA- yataq – termo, LİBERTİ - qonaq - masa, 2 ədəd LUNA – yataq çarpayı, SEDEF - yumşaq - künc divanı, BEKO markalı soyuducu üçün 1442 manat ödənilməmiş borc, 144,20 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, tv-altı PRESTİJ, HURREM - yataq termo, DOGA JURNAL masa, HURREM - yataq - dolab, VENUS çarpayı, LİLA- mətbəx – masa, 4 ədəd LİMA stul, 4 ədəd ANDRA stul üçün 1600,72 manat ödənilməmiş hissə, 160,07 manat cərimə, ümumilikdə 3346,99 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 53,47 manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar