Məhkəmə qərarları › İş №e-2(060)-5275/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5275/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5275/2024 23.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********14796 olan, “Oppo Reno 8t” markalı telefon üçün 1431.86 manat ödənilməmiş hissə, 143.14 manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, “Tokyo-Genc-Çarpayi” markalı matras üçün 406.59 manat ödənilməmiş hissə, 40.41 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “Toshiba” markalı paltaryuyan üçün 360.02 manat ödənilməmiş hissə, 36.98 manat cərimə pulu, xx.xx.2023ci il tarixli müqaviləyə əsasən, “X1 Ks Pro” markalı qol saatı üçün 271.8 manat ödənilməmiş hissə, 27.2 manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, “X2 3 Classic” markalı qol saatı üçün 212.47 manat ödənilməmiş hissə, 21.53 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd “Lilya” markalı qapı üçün 165.31 manat ödənilməmiş hissə, 16.69 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 4 ədəd “Pedli” markalı mətbəx stulu , “Camli Polo” markalı mətbəx masası üçün 143.06 manat ödənilməmiş hissə, 14.94 manat cərimə ümumilikdə 3292 manat borc və 52.92 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il, xx.xx.2024-ci il tarixlərindəki müqavilələrinə əsasən, İmei kodu **********14796 olan “Oppo Reno 8t” markalı telefon, “Tokyo-Genc-Carpayi” markalı matras, “Toshiba” markalı paltaryuyan, “X1 Ks Pro” markalı qol saatı, “X2 3 Classic” markalı qol saatı, 2 ədəd “Lilya” markalı qapı, 4 ədəd “PEDli” markalı mətbəx stulu, “Camli Polo” markalı mətbəx masası almış və nəticədə 3292 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1613.92 manat, İmei kodu **********14796 olan “Oppo Reno 8t” markalı telefon üçün 1575 manat olmaqla ondan, 1431.86 manat ödənilməmiş hissə, 143.14 manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 456 manat olan “Tokyo-Genc-Carpayi” markalı matras üçün 447 manat olmaqla ondan 406.59 manat ödənilməmiş hissə, 40.41 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1071 manat olan “TOSHİBA” markalı paltaryuyan üçün 397 manat olmaqla, ondan 360.02 manat ödənilməmiş hissə, 36.98 manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 352.8 manat olan “X1 Ks Pro” markalı qol saatı üçün 299 manat olmaqla ondan 271.8 manat ödənilməmiş hissə, 27.2 manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 371.47 manat olan “X2 3 Classic” markalı qol saatı üçün 234 manat olmaqla ondan 212.47 manat ödənilməmiş hissə, 21.53 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 558 manat olan 2ədəd “Lilya” markalı qapı üçün 182 manat olmaqla ondan 165.31 manat ödənilməmiş hissə, 16. manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 660.24 manat olan 4 ədəd “Pedli” markalı mətbəx stulu, “Camli Polo” markalı mətbəx masası üçün 158 manat olmaqla ondan 143.06 manat ödənilməmiş hissə, 14.94 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2092.32 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Tədqiq olunan sübutlar:

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 15523772 nömrəli, xx.xx.2023-cü il tarixli, 15523768 nömrəli, xx.xx.2022-ci il tarixli, 03453466 nömrəli, xx.xx.2023-cü il tarixli, 18663378 nömrəli, xx.xx.2023-cü il tarixli, 18663377 nömrəli, xx.xx.2022-ci il tarixli, 13401797 nömrəli, xx.xx.2022-ci il tarixli, 14041191 nömrəli alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən telefon, matras, “Toshiba” markalı paltaryuyan, “X1 Ks Pro” markalı qol saatı, “X2 3 Classic” markalı qol saatı, 2 ədəd qapı, 4 ədəd mətbəx stulu, mətbəx masası almışdır.

4. Əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 15523772, 15523768, 03453466, 18663378, 18663377, 13401797 və 14041191 saylı müqavilələrin predmeti olan əşyaları təhvil almışdır.

5. xx.xx.2023-cü il tarixli, 15523772 nömrəli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün 30 sentyabr 2023-cü il tarixdən 28 fevral 2025-ci il tarixədək hər ay 88.94 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

6. xx.xx.2023-cü il tarixli, 15523768 nömrəli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün 30 sentyabr 2023-cü il tarixdən 30 avqust 2025-ci il tarixədək hər ay 19 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

7. xx.xx.2022-ci il tarixli, 03453466 nömrəli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün 15 yanvar 2023-cü il tarixdən 15 iyun 2024-cü il tarixədək hər ay 59 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

8. xx.xx.2023-cü il tarixli, 18663378 nömrəli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün 22 noyabr 2023-cü il tarixdən 22 oktyabr 2024-cü il tarixədək hər ay 22,65 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

9. xx.xx.2023-cü il tarixli, 18663377 nömrəli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün 22 noyabr 2023-cü il tarixdən 22 yanvar 2024-cü il tarixədək hər ay 70.99 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

10. xx.xx.2022-ci il tarixli, 13401797 nömrəli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün 09 avqust 2022-ci il tarixdən 09 iyul 2024-cü il tarixədək hər ay 23.25 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

11. xx.xx.2022-ci il tarixli, 14041191 nömrəli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün 27 may 2022-ci il tarixdən 27 aprel 2024-ci il tarixədək hər ay 27.51 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

12. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlində qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1431.86 manat əsas borc, 143.14 manat cərimə olmaqla, cəmi 1575 manat, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 406.59 manat əsas borc, 40.41 manat cərimə olmaqla, cəmi 447 manat, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 360.02 manat əsas borc, 36.98 manat cərimə olmaqla, cəmi 397 manat, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 271.8 manat əsas borc, 27.2 manat cərimə olmaqla, cəmi 299 manat, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 212.41 manat əsas borc, 21.53 manat cərimə olmaqla, cəmi 234 manat, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 165.31 manat əsas borc, 16.69 manat cərimə olmaqla, cəmi 182 manat, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 143.06 manat əsas borc, 14.94 manat cərimə olmaqla, cəmi 158 manat borcu vardır.

13. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən yuxarıda adı qeyd olunan müqavilələr üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

Məhkəmə baxışının hədləri:

14. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :

- 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur.

18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

19. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

20. Hazırki işdə də iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il, xx.xx.2024-ci il tarixlərdə nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələrin predmeti olan əşyalar cavabdehə təhvil verilmişdir. Sözügedən müqavilələr üzrə ödənişlərin müddətləri və məbləğləri müəyyən edilmişdir.

21. Cavabdeh tərəfindən müqavilələr üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

22. Beləliklə, satıcı, yəni iddiaçı qeyd olunan müqavilələr üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilələrin predmeti olan əşyaları cavabdehə təhvil vermiş və onlar öz aralarında ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin alıcı Cavabdeh müqavilələrdən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyaların dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

23. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

25. Məhkəmə iddianın cavabdehdən cərimələrin tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrə əlavənin 2-ci bəndində qeyd edilmişdir ki, “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir.

26. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək cərimə məbləğinin 70 (yetmiş) manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.

27. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 15523772 nömrəli müqavilə üzrə əsas borc qismində 1431.86 manat, cərimə borcu qismində 30 manat, xx.xx.2023-cü il tarixli, 15523768 nömrəli müqavilə üzrə əsas borc qismində 406.59 manat, cərimə borcu qismində 10 manat, xx.xx.2022-ci il tarixli, 03453466 nömrəli müqavilə üzrə əsas borc qismində 360.02 manat, cərimə borcu qismində 10 manat, xx.xx.2023-cü il tarixli, 18663378 nömrəli müqavilə üzrə əsas borc qismində 271.8 manat, cərimə borcu qismində 5 manat, xx.xx.2023-cü il tarixli, 18663377 nömrəli müqavilə üzrə əsas borc qismində 212.47 manat, cərimə borcu qismində 5 manat, xx.xx.2022-ci il tarixli, 13401797 nömrəli müqavilə üzrə əsas borc qismində 165.31 manat, cərimə borcu qismində 5 manat, xx.xx.2024-cü il tarixli, 14041191 nömrəli müqavilə üzrə əsas borc qismində 143.06 manat, cərimə borcu qismində 5 manat, olmaqla, cəmi 3061 (üç min altmış bir) manat, 11 (on bir) qəpik və dövlət rüsumu kimi ödənilmiş 52.92 manat məbləğində pul vəsaitinin 50,61 (əlli manat altmış bir qəpik) manat hissəsi tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

Nəticə:

28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 15523772 nömrəli müqavilə üzrə əsas borc qismində 1431.86 manat, cərimə borcu qismində 30 manat, xx.xx.2023-cü il tarixli, 15523768 nömrəli müqavilə üzrə əsas borc qismində 406.59 manat, cərimə borcu qismində 10 manat, xx.xx.2022-ci il tarixli, 03453466 nömrəli müqavilə üzrə əsas borc qismində 360.02 manat, cərimə borcu qismində 10 manat, xx.xx.2023-cü il tarixli, 18663378 nömrəli müqavilə üzrə əsas borc qismində 271.8 manat, cərimə borcu qismində 5 manat, xx.xx.2023-cü il tarixli, 18663377 nömrəli müqavilə üzrə əsas borc qismində 212.47 manat, cərimə borcu qismində 5 manat, xx.xx.2022-ci il tarixli, 13401797 nömrəli müqavilə üzrə əsas borc qismində 165.31 manat, cərimə borcu qismində 5 manat, xx.xx.2024-cü il tarixli, 14041191 nömrəli müqavilə üzrə əsas borc qismində 143.06 manat, cərimə borcu qismində 5 manat, olmaqla, cəmi 3061 (üç min altmış bir) manat, 11 (on bir) qəpik və dövlət rüsumu kimi ödənilmiş 52.92 manat məbləğində pul vəsaitinin 50,61 (əlli manat altmış bir qəpik) manat hissəsi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar