Məhkəmə qərarları › İş №e-2(060)-5309/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5309/2025

13.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5309/2025 13.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair (Maraqlı şəxs: Maraqlı şəxs) dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 298 saylı, xx.xx.1997-ci il tarixli doğum haqqında qeyddə olan ziddiyyət aradan qaldırılaraq Ərizəçi anadan olduğu tarix xx xxxxxxxx 1997-ci il olaraq hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsinə, uşaq doğum haqqında qeydində doğum tarixi xx xxxxxxxx 1997-ci il tarixi müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi öz ixtisasınıartırmaq və əldə etdiyi müasir yanaşmaları əlillərin bərpası yönündə tətbiq etmək üçün Almaniya Federativ Respublikasından bir çox dəvət almışdır. O, zəruri sənədlərini təqdim etdikdən sonra, ondan əlavə olaraq doğum haqqında şəhadətnamə tələb edilmişdir. Doğum haqqında şəhadətnamənin dublikatını almaq üçün Sumqayıt Qeydiyyat Şöbəsinə müraciət etdikdə onlar qeyd etmişlər ki, doğum şəhadətnaməsinin kötüyündə doğum tarixində ziddiyyət olduğu üçün bunu vermək mümkün deyildir və ya qeydiyyat şöbəsinin bu ziddiyyəti aradan qaldırmaq səlahiyyəti yoxdur. Ona görə də doğum faktının tarixinin dəqiq müəyyən edilməsi üçün doğum faktının tarixinin dəqiq müəyyən edilməsinə dair məhkəmə qətnaməsinə zərurət vardır. Belə ki, onun şəxsiyyət vəsiqəsində, diplomunda, orta təhsilin bitirilməsinə dair attestatında, dövlət attestasiya komissiyasında, hərbi biletində, xarici pasportunda və digər sənədlərdə doğum haqqında qeydin tarix hissəsində xx.xx.1997-ci il göstərilməsinə baxmayaraq, VVADQ-ı kitabında olan qeyd səhv olaraq xx.xx.1997-ci il tarixi olaraq müəyyən edilmişdir Ərizəçiyə və onun ailəsinə hələ də məlum deyildir ki, doğumun qeydə alınmasına dair bu ziddiyyətli tarix hardan götürülmüşdür ona görə də qeyd olunan ziddiyyətin aradan qaldırılması zərurəti meydana gəlmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - EZ №0018064 saylı hərbi biletin surətindən görünür ki, Ərizəçi doğum tarixi xx.xx.1997-ci il qeyd edilmişdir. - XXİ-ЖГ № 262168 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Ərizəçi atası X2, anası X1r. - Ərizəçi məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, onun orada doğum tarixi xx.xx.1997-ci il qeyd edilmişdir. - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi doğum tarixi xx.xx.1997-ci il qeyd edilmişdir. - Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında akt qeydində uşaq bəndində doğulduğu tarixə “xx.xx.1997-ci il”dən, “xx.xx.1997-ci il”ə dəyişiklik edilməsi imkan xaricindədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi əslində xx.xx.1997-ci ildə anadan omuşdur. Məhkəmə hesab edir ki, Ərizəçi doğum haqqında akt qeydində uşaq bəndində səhvən doğum tarixi “xx.xx.1997-ci il” kimi əks olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər - məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquq əhəmiyyətli olan faktlarıın müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Bakı şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 298 saylı, xx.xx.1997-ci il tarixli doğum haqqında qeyddə olan ziddiyyət aradan qaldırılaraq Ərizəçi anadan olduğu tarix “xx xxxxxxxx 1997-ci il” kimi, uşaq doğum haqqında qeydində doğum tarixi “xx xxxxxxxx 1997-ci il” kimi müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar