Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5315/2024 23.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İmei kod **********62479 SAMSUNG GALAXY TAB A7LİTE markalı tablet, İmei kod **********45295 SAMSUNG GALAXY S23 markalı telefonüçün 2042.04 (iki min qırx iki manat dörd qəp) manat ödənilməmiş hissə, 204.96 (iki yüz dörd manat doxsan altı qəp) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən PALTARYUYAN HOFFMANNüçün 583.39 (beş yüz səksən üç manat otuz doqquz qəp) manat ödənilməmiş hissə, 58.61 (əlli səkkiz manat altmış bir qəp) manat cərimə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən SOYUDUCU HOFFMANNüçün, 1288.25 (bir min iki yüz səksən səkkiz manat iyirmi beş qəp) manat ödənilməmiş hissə, 128.75 (yüz iyirmi səkkiz manat yetmiş beş qəp) manat cərimə Ümumilikdə 4306 manat borc, 63.06 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********62479 SAMSUNG GALAXY TAB A7 LİTE markalı tablet, İmei kod **********45295 SAMSUNG GALAXY S23 markalı telefon, PALTARYUYAN HOFFMANN, SOYUDUCU HOFFMANN almış və nəticədə 4306 (dörd min üç yüz altı) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2023-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2257.04 (iki min iki yüz əlli yeddi manat dörd qəp) manat (12 ay 170.17 manat + 215 manat ilkin ödəniş) olan İmei kod **********62479 SAMSUNG GALAXY TAB A7 LİTE markalı tablet, İmei kod **********45295 SAMSUNG GALAXY S23 markalı telefon üçün ümumilikdə 2247 (iki min iki yüz qırx yeddi) manat olmaqla, ondan, 2042.04 (iki min qırx iki manat dörd qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 204.96 (iki yüz dörd manat doxsan altı qəp) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 660.06 (altı yüz altmış manat altı qəp) manat (18 ay x 36.67 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN HOFFMANN üçün ümumilikdə 642 (altı yüz qırx iki) manat olmaqla, ondan, 583.39 (beş yüz səksən üç manat otuz doqquz qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 58.61 (əlli səkkiz manat altmış bir qəp) manat cərimə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1308.24 (bir min üç yüz səkkiz manat iyirmi dörd qəp) manat (18 ay x 72.68 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU HOFFMANN üçün ümumilikdə 1417 (bir min dörd yüz on yeddi) manat olmaqla, ondan, 1288.25 (bir min iki yüz səksən səkkiz manat iyirmi beş qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 128.75 (yüz iyirmi səkkiz manat yetmiş beş qəp) manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində EXPRESS ÇATDİRİLMA xidmətindən imtina etmiş və məhsul 19.99 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 19.99 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 19.99 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli, № 02034517 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 2257,04 manat olan İmei kod **********62479 SAMSUNG GALAXY TAB A7 LİTE markalı tablet, İmei kod **********45295 SAMSUNG GALAXY S23 markalı telefon almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № 03744665 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1308,24 manat olan, Hoffmann markalı soyuducu almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № 09642794 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 660,06 manat olan Hoffmann markalı paltaryuyan almışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********62479 SAMSUNG GALAXY TAB A7 LİTE markalı tablet, İmei kod **********45295 SAMSUNG GALAXY S23 markalı telefon, PALTARYUYAN HOFFMANN, SOYUDUCU HOFFMANN cavabdehə təhvil verilmişdir. İşə əlavə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 12 ay müddətinə, ilkin ödəniş 215 manat, aylıq ödəniş 170,17 manat olmaqla, İmei kod **********62479 SAMSUNG GALAXY TAB A7 LİTE markalı tablet, İmei kod **********45295 SAMSUNG GALAXY S23 markalı telefon almış və 215 manat ödəniş etmiş, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 manat, aylıq ödəniş 36,67 manat olmaqla Hoffmann markalı paltaryuyan almış və 76,67 manat ödəniş etmiş və xx.xx.2023-cü tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 manat, aylıq ödəniş 72,68 manat olmaqla, Hoffmann markalı soyuducu almış və 19,99 manat ödəniş etmişdir. İşdə olan "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən aldığı malın 2257,04 manat olan ümumi dəyərindən 215 manat ödəniş etmiş və nəticədə 2247 manat borc, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən aldığı malın 660,06 manat olan ümumi dəyərindən 76,67 manat ödəniş etmiş və nəticədə 642 manat borc və xx.xx.2023-cü tarixli müqaviləyə əsasən aldığı malın 1308,24 manat olan ümumi dəyərindən 19,99 manat ödəniş etmiş və nəticədə 1417 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, ümumilikdə 392,32 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, cərimə pulu (penya) azaldılaraq 40 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh hər üç müqavilə üzrə ümumilikdə 3913 (üç min doqquz yüz on üç) manat 68 (altmış səkkiz) qəpik ödənilməmiş borc, 40 (qırx) manat cərimə borcu, 63 (altmış üç) manat 06 (altı) qəpik dövlət rüsumu, cəmi 4016 (dörd min on altı) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-5315/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5315/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver