Məhkəmə qərarları › İş №e-2(060)-532/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-532/2023

10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-532/2023 10.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********75683 İPHONE 11 PRO MAX markalı telefon, LG LED TV, Aksesuar,İMEİ KOD **********78110 SAMSUNG GALAXY A02,İMEİ KOD **********23900 SAMSUNG GALAXY A32 markalı telefonlar, İMEİ KOD **********35389 XİAOMİ REDMİ NOTE 9 markalı telefon, İMEİ KOD**********35355 SAMSUNG GALAXY A12 markalı telefon, İMEİ KOD **********97365 HUAWEİ P40 LİTE markalı telefon, İMEİ KOD **********08628 XİAOMİ REDMİ NOTE 10 markalı telefon, Aksesuar,Aksesuar, X4 Vigor almış və nəticədə 6171 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2568.6 manat İMEİ KOD **********75683 İPHONE 11 PRO MAX markalı telefon üçün ümumilikdə, 2914.2 manat olmaqla ondan, 2232.6 manat ödənilməmiş hissə, güzəşt olunaraq 681.6 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1071 manat LG LED TV üçün ümumilikdə, 993.1 manat olmaqla ondan 763 manat ödənilməmiş hissə, güzəşt olunaraq 230.1 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1031 manat AKSESUAR,İMEİ KOD **********78110 SAMSUNG GALAXY A02,İMEİ KOD **********23900 SAMSUNG GALAXY A32 MARKALİ TELEFONLAR üçün ümumilikdə, 790 manat olmaqla ondan 610 manat ödənilməmiş hissə, güzəşt olunaraq 180 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 492 manat İMEİ KOD **********35389 XİAOMİ REDMİ NOTE 9 MARKALİ TELEFON üçün ümumilikdə, 374.1 manat olmaqla ondan 288 manat ödənilməmiş hissə, güzəşt olunaraq 86.1 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 487.2 manat İMEİ KOD **********35355 SAMSUNG GALAXY A12 MARKALİ TELEFON üçün ümumilikdə, 319 manat olmaqla ondan 247 manat ödənilməmiş hissə, güzəşt olunaraq 72 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 735.8 manat İMEİ KOD **********97365 HUAWEİ P40 LİTE markalı telefon üçün ümumilikdə, 306 manat olmaqla ondan 240 manat ödənilməmiş hissə, güzəşt olunaraq 66 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 638.4 manat İMEİ KOD **********08628 XİAOMİ REDMİ NOTE 10 markalı telefon üçün ümumilikdə, 259.8 manat olmaqla ondan 200.4 manat ödənilməmiş hissə, güzəşt olunaraq 59.4 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 229.2 manat Aksesuar,Aksesuar, X4 Vigor üçün ümumilikdə, 214.8 manat olmaqla ondan, 166 manat ödənilməmiş hissə, 48.8 manat dəbbə pulu təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 2506.2 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********75683 İPHONE 11 PRO MAX markalı telefon üçün 2232.6 manat ödənilməmiş hissə, 681.6 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün 763 manat ödənilməmiş hissə, 230.1 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən AKSESUAR,İMEİ KOD **********78110 SAMSUNG GALAXY A02,İMEİ KOD **********23900 SAMSUNG GALAXY A32 MARKALİ TELEFONLAR üçün 610 manat ödənilməmiş hissə, 180 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********35389 XİAOMİ REDMİ NOTE 9 MARKALİ TELEFON üçün 288 manat ödənilməmiş hissə, 86.1 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********35355 SAMSUNG GALAXY A12 MARKALİ TELEFON üçün 247 manat ödənilməmiş hissə, 72 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********97365 HUAWEİ P40 LİTE markalı telefon üçün 240 manat ödənilməmiş hissə, 66 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********08628 XİAOMİ REDMİ NOTE 10 markalı telefon üçün 200.4 manat ödənilməmiş hissə, 59.4 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Aksesuar,Aksesuar, X4 Vigor üçün 166 manat ödənilməmiş hissə, 48.8 manat dəbbə pulu, ümumilikdə 6171 manat borc, 81.71 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edib, təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəməyə müraciət etdikdən sonra heç bir ödəniş olmamışdır. Gecikdirmə üçün aylıq ödənişin 1 faizi məbləğində cərimə hesablanmışdır. 09.01.23-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMCnin nümayəndəsi X3 izahatında bildirmişdir ki, cavabdeh ‘‘ABC TELECOM’’ MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə bağladığı 8 müqavilə üzrə kredit öhdəliyi vardır. Həmin müqavilələrə əsasən cavabdeh müxtəlif mallar almış, lakin müqavilələrə əsasən qrafiklər üzrə ödənişləri etməmişdir. Hazırda cavabdehin 8 müqavilə üzrə ümumilikdə 6171 manat borcu yaranmışdır. Həmin məbləgdan 4747 manat ödənilməmiş hissə, 1424 manat isə dəbbə puludur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəmir. İddia tələbini əsaslı hesab edir və 6171 manat borc məbləginin 81.71 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 17 noyabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2568.6 manat İMEİ KOD **********75683 İPHONE 11 PRO MAX markalı telefon üçün ümumilikdə, 2914.2 manat olmaqla ondan, 2232.6 manat ödənilməmiş hissə, güzəşt olunaraq 681.6 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1071 manat LG LED TV üçün ümumilikdə, 993.1 manat olmaqla ondan 763 manat ödənilməmiş hissə, güzəşt olunaraq 230.1 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1031 manat AKSESUAR,İMEİ KOD **********78110 SAMSUNG GALAXY A02,İMEİ KOD **********23900 SAMSUNG GALAXY A32 MARKALİ TELEFONLAR üçün ümumilikdə, 790 manat olmaqla ondan 610 manat ödənilməmiş hissə, güzəşt olunaraq 180 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 492 manat İMEİ KOD **********35389 XİAOMİ REDMİ NOTE 9 MARKALİ TELEFON üçün ümumilikdə, 374.1 manat olmaqla ondan 288 manat ödənilməmiş hissə, güzəşt olunaraq 86.1 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 487.2 manat İMEİ KOD **********35355 SAMSUNG GALAXY A12 MARKALİ TELEFON üçün ümumilikdə, 319 manat olmaqla ondan 247 manat ödənilməmiş hissə, güzəşt olunaraq 72 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 735.8 manat İMEİ KOD **********97365 HUAWEİ P40 LİTE markalı telefon üçün ümumilikdə, 306 manat olmaqla ondan 240 manat ödənilməmiş hissə, güzəşt olunaraq 66 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 638.4 manat İMEİ KOD **********08628 XİAOMİ REDMİ NOTE 10 markalı telefon üçün 259.8 manat olmaqla ondan 200.4 manat ödənilməmiş hissə, güzəşt olunaraq 59.4 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 229.2 manat Aksesuar,Aksesuar, X4 Vigor üçün ümumilikdə, 214.8 manat olmaqla ondan, 166 manat ödənilməmiş hissə, 48.8 manat dəbbə pulu manat borcu yaranmış, ümumilikdə əsas borca ödənilmiş məbləğ 2506.2 manat olmaqla, əsas borca ödənilməmiş məbləğ 4747 manat, dəbbə pulu 1424 manat ümumillikdə əsas borca ödənilməmiş məbləğ 6171 manat təşkil etmişdir. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, 22192604 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ KOD **********97365 HUAWEİ P40 LİTE markalı telefon almışdır. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 22192604 saylı müqavilədə nəzərdə tutulmuş İMEİ KOD **********97365 HUAWEİ P40 LİTE markalı telefonu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 22192604 saylı müqavilə üzrə 12 ay müddətində hər ay 55.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, 23038122 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ KOD **********35355 SAMSUNG GALAXY A12 MARKALİ TELEFON almışdır. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 23038122 saylı müqavilədə nəzərdə tutulmuş İMEİ KOD **********35355 SAMSUNG GALAXY A12 MARKALİ TELEFON-i tam qüsursuz halda təhvil almışdır. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23038122 saylı müqavilə üzrə 12 ay müddətində hər ay 40.60 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, 22439518 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ KOD **********75683 İPHONE 11 PRO MAX markalı telefon almışdır. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 22439518 saylı müqavilədə nəzərdə tutulmuş İMEİ KOD **********75683 İPHONE 11 PRO MAX markalı telefonu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 22439518 saylı müqavilə üzrə 18 ay müddətində hər ay 142.70 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, 22386828 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən LG LED TV almışdır. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 22386828 saylı müqavilədə nəzərdə tutulmuş LG LED TV-ı tam qüsursuz halda təhvil almışdır. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 22386828 saylı müqavilə üzrə 18 ay müddətində hər ay 59.50 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, 22447623 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ KOD **********35389 XİAOMİ REDMİ NOTE 9 markalı telefon almışdır. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 22447623 saylı müqavilədə nəzərdə tutulmuş İMEİ KOD **********35389 XİAOMİ REDMİ NOTE 9 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 22447623 saylı müqavilə üzrə 12 ay müddətində hər ay 41 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, 23079569 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Aksesuar,İMEİ KOD **********78110 SAMSUNG GALAXY A02,İMEİ KOD **********23900 SAMSUNG GALAXY A32 markalı telefonlar almışdır. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 23079569 saylı müqavilədə nəzərdə tutulmuş Aksesuar,İMEİ KOD **********78110 SAMSUNG GALAXY A02,İMEİ KOD **********23900 SAMSUNG GALAXY A32 markalı telefonlaru tam qüsursuz halda təhvil almışdır. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23079569 saylı müqavilə üzrə 12 ay müddətində hər ay 63.00 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, 23205301 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ KOD **********08628 XİAOMİ REDMİ NOTE 10 markalı telefon almışdır. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 23205301 saylı müqavilədə nəzərdə tutulmuş İMEİ KOD **********08628 XİAOMİ REDMİ NOTE 10 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23205301 saylı müqavilə üzrə 12 ay müddətində hər ay 18.20 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, 22467782 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Aksesuar,Aksesuar, X4 Vigor almışdır. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 22467782 saylı müqavilədə nəzərdə tutulmuş Aksesuar,Aksesuar, X4 Vigoru tam qüsursuz halda təhvil almışdır. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23205301 saylı müqavilə üzrə 12 ay müddətində hər ay 18.60 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərində bağlanmış müqavilələrə əsasən ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilənin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərində bağlanmış müqavilələr ilə üzərinə götürdüyü öhdəliyləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya ümumilikdə 6171 ( altı min yüz yetmiş manat yetmiş bir qəpik ) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən ümumillikdə 300 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 186.1.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 4747 ( dörd min yeddi yüz qırx yeddi ) manat əsas borc, 300 ( üç yüz) manat dəbbə pulu, cəmi 5047 (beş min qırx yeddi ) manat məbləğində pul və 70.47 (yetmiş manat qırx yeddi qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 11.24 manatı iddiaçıya aid edilməli, 70.47 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4747 ( dörd min yeddi yüz qırx yeddi ) manat əsas borc, 300 ( üç yüz) manat dəbbə pulu, cəmi 5047 (beş min qırx yeddi ) manat məbləğində pul və 70.47 (yetmiş manat qırx yeddi qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar