Məhkəmə qərarları › İş №e-2(060)-533/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-533/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-533/2023 10.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, MARMARİS künc üçün 2152.5 (iki min yüz əlli iki manat əlli qəpik) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG LED TV və televizor asqısı üçün 576.3 (beş yüz yetmiş altı manat otuz qəpik) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********16001 olan SAMSUNG GALAXYA31 markalı telefon üçün 360.3 (üç yüz altmış manat otuz qəpik) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, SHOSMAN qazan dəsti üçün 253.5 (iki yüz əlli üç manat əlli qəpik) manat ödənilməmiş hissə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********81527 olan XİAOMİ Mİ 11 LİTE 6 markalı telefon üçün 220.5 (iki yüz iyirmi manat əlli qəpik) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, AMAZFİT markalı saat üçün 127.5 (yüz iyirmi yeddi manat əlli qəpik) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, BEURER tonometr, su filtri üçün 82.4 (səkəsn iki manat qırx qəpik) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, POWER BANK Mİ üçün 72 (yetmiş iki) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, PHİLİPS markalı TRİMMER, BRAUN markalı BLENDER üçün 67 (altmış yeddi) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 3912 manat borc və 59.12 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, MARMARİS künc, SAMSUNG LED TV və televizor asqısı, İmei kodu **********16001 olan SAMSUNG GALAXY A31 markalı telefon, SHOSMAN qazan dəsti, İmei kodu **********81527 olan XİAOMİ Mİ 11 LİTE 6 markalı telefon, AMAZFİT markalı saat, BEURER tonometr, su filtri, POWER BANK Mİ, PHİLİPS markalı TRİMMER, BRAUN markalı BLENDER almış və nəticədə 3912 (üç min doqquz yüz on iki) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3444 (üç min dörd yüz qırx dörd) manat (24 ay x 143.5 manat + 0 manat ilkin ödəniş) olan MARMARİS künc üçün 2152.5 (iki min yüz əlli iki manat əlli qəpik) manat olmaqla ondan, 2152.5 (iki min yüz əlli iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 813.6 (səkkiz yüz on üç manat altmış qəpik) manat (24 ay x 33.9 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG LED TV və televizor asqısüıçün 576.3 (beş yüz yetmiş altı manat otuz qəpik) manat olmaqla ondan 576.3 (beş yüz yetmiş altı manat otuz qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 813.6 (səkkiz yüz on üç manat altmış qəpik) olan (18 ay x 33.1 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********16001 olan SAMSUNG GALAXY A31 markalı telefonüçün 360.3 (üç yüz altmış manat otuz qəpik) manat olmaqla ondan 360.3 (üç yüz altmış manat otuz qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 405.6 (Dörd yüz beş manat altmış qəpik) manat (24 ay x 16.9 manat + 0 manat ilkin ödəniş) olan SHOSMAN qazan dəsti üçün 253.5 (iki yüz əlli üç manat əlli qəpik) manat olmaqla ondan 253.5 (iki yüz əlli üç manat əlli qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1036.4 (min otuz altı manat qırx qəpik) manat (18 ay x 55.3 manat + 41 manat ilkin ödəniş) olan , İmei kodu **********81527 olan XİAOMİ Mİ 11 LİTE 6 markalı telefonüçün 220.5 (iki yüz iyirmi manat əlli qəpik) manat olmaqla ondan 220.5 (iki yüz iyirmi manat əlli qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 383.4 (üç yüz səksən üç manat qırx qəpik) manat (18 ay x 21.3 manat + 0 manat ilkin ödəniş) olan , AMAZFİT markalı saat üçün 127.5 (yüz iyirmi yeddi manat əlli qəpik) manat olmaqla ondan 127.5 (yüz iyirmi yeddi manat əlli qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 123.6(yüz iyirmi üç maat altmış qəpik) manat (6 ay x 20.6 manat + 0 manat ilkin ödəniş) olan , BEURER tonometr , su filtri üçün 82.4 (səkəsn iki manat qırx qəpik) manat olmaqla ondan 82.4 (səkəsn iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 86.4 (səksən altı manat qırx qəpik) manat (12 ay x 7.2 manat + 0 manat ilkin ödəniş) olan , POWER BANK Mİüçün 72 (yetmiş iki) manat olmaqla ondan 72 (yetmiş iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 318.4 (üç yüz on səkkiz manat qırx qəpik) manat (18 ay x 16.8 manat + 16 manat ilkin ödəniş) olan , PHİLİPS markalı TRİMMER, BRAUN markalı BLENDEüRçün 67 (altmış yeddi) manat olmaqla ondan 67 (altmış yeddi) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3295.2 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021ci il, xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21198661 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən MARMARİS künc almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20288412 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən PHİLİPS markalı TRİMMER, BRAUN markalı BLENDER almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21011883 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən PHİLİPS markalı AMAZFİT markalı saat almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22138122 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən SAMSUNG LED TV və televizor asqısı almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23085865 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********81527 olan XİAOMİ Mİ 11 LİTE 6 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23085932 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən BEURER tonometr, su filtri almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23085909 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən POWER BANK Mİ almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22340804 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********16001 olan SAMSUNG GALAXY A31 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22009476 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən SHOSMAN qazan dəsti almışdır. İş materiallarında olan 14 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə 3912 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli müqavilələr bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 3912 (2152.5+576.3+360.3+253.5+220.5+127.5+82.4+72+67) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 59.12 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2152,5 (iki min yüz əlli iki manat əlli qəpik) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 576,3 (beş yüz yetmiş altı manat otuz qəpik) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 360,3 (üç yüz altmış manat otuz qəpik) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 253,5 (iki yüz əlli üç manat əlli qəpik) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 220,5 (iki yüz iyirmi manat əlli qəpik) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 127,5 (bir yüz iyirmi yeddi manat əlli qəpik) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 82,4 (səksən iki manat qırx qəpik) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 72 (yetmiş iki) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən üçün 67 (altmış yeddi) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 3912 (üç min doqquz yüz on iki) manat borc və 59,12 (əlli doqquz manat on iki qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar