Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5339/2025 11.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi, pul) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********73158 İphone 15 PRO markalı telefon üçün 2355.30 (iki min üç yüz əlli beş manat, 30 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 235.53 (iki yüz otuz beş manat, 53 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Samsung 25w Compact Charger, İmei Kodu **********04267 Samsung Galaxy S23 markalı telefon üçün 1523.36 (min beş yüz iyirmi üç manat, 36 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 152.34 (yüz əlli iki manat, 34 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HP Pavilion 15 Komputer üçün, 1296 (min iki yüz doxsan altı) manat ödənilməmiş hissə, 129.60 (yüz iyirmi doqquz manat, 60 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Toshiba TV üçün 824.04 (səkkiz yüz iyirmi dörd manat, 04 qəpik) manat ödənilməmiş hissə, 82.40 (səksən iki manat, 40 qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei Kodu **********63073 HONOR X8B markalı telefon üçün 500 (beş yüz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 50 (əlli) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Casio Ltp qol saatı üçün 69.99 (altmış doqquz manat, 99 qəpik) manat ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Casio Mtp qol saatı üçün 46.66 (qırx altı manat, 66 qəpik) manat ödənilməmiş hissə, 4.67 (dörd manat, 67 qəpik) manat dəbbə olmaqla, ümumilikdə 7347.69 manat borcun və 93.48 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei Kodu **********73158 İphone 15 PRO markalı telefon, Samsung 25w Compact Charger, İmei Kodu **********04267 SAMSUNG GALAXY S23 markalı telefon HP Pavilion 15 Komputer , Toshiba TV, İmei Kodu **********63073 HONOR X8B markalı telefon, Casio Ltp qol saatı , Casio Mtp qol saatı almış və nəticədə 7347.69 (yeddi min üç yüz qırx yeddi manat, 69 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2649.96 (iki min altı yüz qırx doqquz manat, 96 qəpik) manat (18 ay x 147.22 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********73158 İphone 15 Pro markalı telefon üçün ümumilikdə, 2614.43 (İki min altı yüz on dörd manat, 43 qəpik) manat olmaqla ondan, 2355.30 (iki min üç yüz əlli beş amnat, 30 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 235.53 (iki yüz otuz beş manat, 53 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1828.80 (min səkkiz yüz iyirmi səkkiz manat, 80 qəpik) manat (18 ay x 101.60 manat + 0 manat ilkin ödəniş) olan Samsung 25w Compact Charger, İmei Kodu **********04267 Samsung Galaxy S23 markalı telefon üçün ümumilikdə, 1699.30 (min alı yüz doxsan doqquz manat, 30 qəpik) manat olmaqla ondan 1523.36 (min beş yüz iyirmi üç manat, 36 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 152.34 (yüz əlli iki manat, 34 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1296 (min iki yüz doxsan altı) manat (12 ay x 108 manat + 0 manat ilkin ödəniş) olan Hp Pavilion 15 Komputer üçün ümumilikdə 1425.60 (min dörd yüz iyirmi beş manat, 60 qəpik) manat olmaqla ondan, 1296 (min iki yüz doxsan altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 129.60 (yüz iyirmi doqquz manat, 60 qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 824.04 (səkkiz yüz iyirmi dörd manat, 04 qəpik) manat (18 ay x 45.78 manat + 0 manat ilkin ödəniş) olan Toshiba TV üçün ümumilikdə, 906.44 (doqquz yüz altı manat, 44 qəpik) manat olmaqla ondan, 824.04 (səkkiz yüz iyirmi dörd manat, 04 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 82.40 (səksən iki manat, 40 qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 600 (altı yüz) manat (12 ay x 50 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********63073 Honor X8B markalı telefon üçün ümumilikdə, 573.60 (beş yüz yetmiş üç manat, 60 qəpik) manat olmaqla ondan, 500 (beş yüzz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 50 (əlli) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 74.19 (yetmiş dörd manat, 19 qəpik) manat (3 ay x 23.33 manat + 4.20 manat ilkin ödəniş) olan Casio Ltp qol saatı üçün ümumilikdə 76.99 (yetmiş altı manat, 99 qəpik) manat olmaqla ondan, 69.99 (altmış doqquz manat, 99 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 (yeddi) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 74.19 (yetmiş dörd manat, 19 qəpik) manat (3 ay x 23.33 manat + 4.20 manat ilkin ödəniş) olan Casio Mtp qol saatı üçün ümumilikdə, 51.33 (əlli bir manat, 33 qəpik) manat olmaqla ondan, 46.66 (qırx altı manat, 66 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.67 (dörd manat, 67 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 731.83 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir .Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.
b) iddiaya etiraz
3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən, məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı xx.xx.2025-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh ərizə təqdim edərək yalnız əsas borc hissəsində qəbul etdiyini bildirmiş, faiz və cərimələrin silinməsinə, işsiz olduğunun nəzərə alınaraq qalıq əsas borcun hissə-hissə ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
Əsaslandırıcı hissə
a) mülki işin materialları
6. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10719150 nömrəli müqavilədən görünür ki, satıcı müqavilənin predmeti olan İmei kodu **********73158 İphone 15 PRO markalı telefon adlı əşyaları alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 19603457 nömrəli müqavilədən görünür ki, satıcı müqavilənin predmeti olan Samsung 25w Compact Charger, İmei Kodu **********04267 Samsung Galaxy S23 markalı telefon adlı əşyaları alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
8. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01442741 nömrəli müqavilədən görünür ki, satıcı müqavilənin predmeti olan HP Pavilion 15 Komputer adlı əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
9. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03339699 nömrəli müqavilədən görünür ki, satıcı müqavilənin predmeti olan İmei Kodu **********63073 HONOR X8B markalı telefon adlı əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
10. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02069869 nömrəli müqavilədən görünür ki, satıcı müqavilənin predmeti olan Casio Mtp qol saatı adlı əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
11. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən və bildirişdən görünür ki, satıcı müqavilənin predmeti olan Toshiba TV adlı əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
12. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən və bildirişdən görünür ki, satıcı müqavilənin predmeti olan Casio Ltp qol saatı adlı əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
13. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.
14. 17 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMCyə müqavilə üzrə 7347.69 manat ödənilməmiş hissə məbləğində borcu vardır.
15. 17 iyul 2025-ci il tarixli digər maliyyə arayışından görünür ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə İmei kodu **********73158 İphone 15 PRO markalı, İmei Kodu **********04267 Samsung Galaxy S23 markalı telefon və İmei Kodu **********63073 HONOR X8B markalı telefonları açılıb bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə hər biri telefon üçün 23.60 manat olmaqla, 70.80 manat pul ödənilmişdir.
b) tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
c) məhkəmə baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
d) məhkəmənin mövqeyi
19. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı əşyaların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
20. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
21. Belə ki, borcun əsası olan alqı-satqı müqavilələri, müqavilələrə əlavə olan ödəniş cədvəli, əşyaların təhvil-təslim aktları və maliyyə arayışından görünür ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən müvafiq olaraq İmei Kodu **********73158 İphone 15 PRO markalı telefon, Samsung 25w Compact Charger, İmei Kodu **********04267 SAMSUNG GALAXY S23 markalı telefon, HP Pavilion 15 Komputer, Toshiba TV, İmei Kodu **********63073 HONOR X8B markalı telefon, Casio Ltp qol saatı və Casio Mtp qol saatı adlı müqavilələrin predmeti olan əşyaları almış, əşyaların qiyməti müvafiq olaraq 2649.96 manat, 1828.8 manat, 1296 manat, 824.04 manat, 600 manat, 74.19 manat və 74.19 manat, aylıq ödəniş müvafiq olaraq 147.22 manat, 101.6 manat, 108 manat, 45.78 manat, 50 manat, 23.33 manat və 23.33 manat olaraq razılaşdırılmış, əşyalar alıcıya təhvil verilmişdir.
22. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq ümumi olaraq 6615.35 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.
23. Həmçinin, iddiaçı tərəfindən müqavilələr üzrə müvafiq olaraq 235.53 manat, 152.34 manat, 129.6 manat, 82.40 manat, 50 manat, 7 manat və 4.67 manat cərimə borcları hesablanmışdır. 24.Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.
25. Belə ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).
26. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 235.53 manat dəbbə pulunun məbləğinin azaldılaraq 50 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 152.34 manat dəbbə pulunun məbləğinin azaldılaraq 30 manat, xx.xx.2024cü il tarixli müqavilə üzrə hesablanmış 129.6 manat dəbbə pulunun məbləğinin azaldılaraq 25 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 82.40 manat dəbbə pulunun məbləğinin azaldılaraq 20 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 50 manat dəbbə pulunun məbləğinin azaldılaraq 15 manat müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır.
27. Lakin məhkəmə xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 7 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 4.67 manat dəbbə pulunun tam tutulmasını ədalətli və məqsədəmüvafiq sayır.
28. İddiaçı eyni zamanda İnnovativ Layihələr Mərkəzinə ümumilikdə ödənilmiş 70.80 manat məbləğdə dövlət rüsumunun qaytarılmasını da tələb edir ki, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilə bilməz.
29. İddiaçı tərəfindən bu hissədə tələbin əsası kimi İnnovativ Layihələr Mərkəzi və "xxxx" MMC arasında bağlanmış təhvil-təslim aktı, iddiaçı tərəfindən rüsumun ödənildiyi ilə bağlı arayış təqdim edilmişdir.
30. Məhkəmə qeyd edir ki, müqavilə şərti olaraq İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq ediləcəyi razılaşdırılsa da, iddiaçı tərəfindən təqdim edilən nə təhviltəslim aktı, nə də birtərəfli qaydada tərtib edilmiş arayışla belə bir xidmətdən istifadə edildiyi, istifadə edilmişsə qiymətin hansı tariflər əsasında hesablandığı müəyyən olunur.
31. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 93.48 manat məbləğdə dövlət rüsumunun iddianın təmin olunan hissəsinə uyğun olaraq 86 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği, cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi yuxarıda müzakirə olunan qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi:
34. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2355.3 manat ödənilməmiş hissə, 50 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1523.36 manat ödənilməmiş hissə, 30 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1296 manat ödənilməmiş hissə, 25 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 824.04 manat ödənilməmiş hissə, 20 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 500 manat ödənilməmiş hissə, 15 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 69.99 manat ödənilməmiş hissə, 7 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 46.66 manat ödənilməmiş hissə, 4.67 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 86 manat olmaqla, cəmi 6853.02 manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva