Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5345/2025 03.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh oğluna qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh oğluna qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən saç üçün Sprey-Tonik, üz yuma üçün balzam, universal kosmetik yağ Bio oil , üz kremi X4 Collagen, üz təmizləmə fırçası Nascıta ikitərəfli, saç maskası 6 ədəd, hamam kisəsi, bədən üçün süd, bədən yağı, saç dibi üçün pilinq Mermade Aha turşusu İpək Protein, göz Patçiləri, üz kremi Frudia Sitrus parladıcı, hamam süngəri, yuyulan pambıq disklər, göz kremi, kişi parfümu, Hidrofil yağı ,üz kremi Medı-Peel, üz yuma yağı, hamam fırçası, saç köpüyü, ampula üz üçün, saç üçün yağ 2 ədəd, üz maskası X3 Pro , qara nöqtə təmizləyici üçün 540,50 (beş yüz qırx manat, 50 qəpik) manat ödənilməmiş hissə, 54,05 (əlli dörd manat, 05 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei Kodu **********89824 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün 364,10 (üç yüz altmış dörd manat, 10 qəpik) manat ödənilməmiş hissə, 36,41 (otuz altı manat, 41 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei Kodu **********43876 HONOR X8B markalı telefon üçün 307,64 (üç yüz yeddi manat, 64 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 30,76 (otuz manat, 76 qəpik) manat cərimə, ümumilikdə 1357,06 manat borc, 33,58 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, saç üçün Sprey-Tonik, üz yuma üçün balzam, universal kosmetik yağ Bio oil , üz kremi X4 Collagen, üz təmizləmə fırçası Nascıta ikitərəfli, saç maskası 6 ədəd, hamam kisəsi, bədən üçün süd, bədən yağı, saç dibi üçün pilinq Mermade Aha turşusu İpək Protein, göz Patçiləri, üz kremi Frudia Sitrus parladıcı, hamam süngəri, yuyulan pambıq disklər, göz kremi, kişi parfümu, Hidrofil yağı ,üz kremi Medı-Peel, üz yuma yağı, hamam fırçası, saç köpüyü, ampula üz üçün, saç üçün yağ 2 ədəd, üz maskası X3 Pro , qara nöqtə təmizləyici, İmei Kodu **********89824 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, İmei Kodu **********43876 HONOR X8B markalı telefon almış və nəticədə 1357,06 (min üç yüz əlli yeddi maant, 06 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 708,60 (yeddi yüz səkkiz manat, 60 qəpik) manat (6 ay x 118.10 manat + 0 manat ilkin ödəniş) olan saç üçün Sprey-Tonik, üz yuma üçün balzam, universal kosmetik yağ Bio oil , üz kremi X4 Collagen, üz təmizləmə fırçası Nascıta ikitərəfli, saç maskası 6 ədəd, hamam kisəsi, bədən üçün süd, bədən yağı, saç dibi üçün pilinq Mermade Aha turşusu İpək Protein, göz Patçiləri, üz kremi Frudia Sitrus parladıcı, hamam süngəri, yuyulan pambıq disklər, göz kremi, kişi parfümu, Hidrofil yağı ,üz kremi Medı-Peel, üz yuma yağı, hamam fırçası, saç köpüyü, ampula üz üçün, saç üçün yağ 2 ədəd, üz maskası X3 Pro , qara nöqtə təmizləyici üçün ümumilikdə, 594,55 (beş yüz doxsan dörd manat, 55 qəpik) manat olmaqla ondan, 540,50 (beş yüz qırx manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 54,05 (əlli dörd manat, 05 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 486,96 (dörd yüz səksən alı manat, 96 qəpik) manat (12 ay x 38.33 manat + 27 manat ilkin ödəniş) olan İmei Kodu **********89824 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün ümumilikdə, 400,51 (dörd yüz manat, 51 qəpik) manat olmaqla ondan, 364,10 (üç yüz altmış dörd manat, 10 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 36,41 (otuz altı manat, 41 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 434,04 (dörd yüz otuz dörd manat, 04 qəpik) manat (6 ay x 68.34 manat + 24 manat ilkin ödəniş) olan İmei Kodu **********43876 HONOR X8B markalı telefon üçün ümumilikdə, 362 (üç yüz altmış iki) manat olmaqla ondan, 307,64 (üç yüz yeddi manat, 64 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 30,76 (otuz manat, 76 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 417,36 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh oğluna iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh oğlu ümumi dəyəri 708,60 manat olan saç üçün Sprey- Tonik, üz yuma üçün balzam, universal kosmetik yağ Bio oil , üz kremi X4 Collagen, üz təmizləmə fırçası Nascıta ikitərəfli, saç maskası 6 ədəd, hamam kisəsi, bədən üçün süd, bədən yağı, saç dibi üçün pilinq Mermade Aha turşusu İpək Protein, göz Patçiləri, üz kremi Frudia Sitrus parladıcı, hamam süngəri, yuyulan pambıq disklər, göz kremi, kişi parfümu, Hidrofil yağı ,üz kremi Medı-Peel, üz yuma yağı, hamam fırçası, saç köpüyü, ampula üz üçün, saç üçün yağ 2 ədəd, üz maskası X3 Pro , qara nöqtə təmizləyici almışdır. - xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, saç üçün Sprey- Tonik, üz yuma üçün balzam, universal kosmetik yağ Bio oil , üz kremi X4 Collagen, üz təmizləmə fırçası Nascıta ikitərəfli, saç maskası 6 ədəd, hamam kisəsi, bədən üçün süd, bədən yağı, saç dibi üçün pilinq Mermade Aha turşusu İpək Protein, göz Patçiləri, üz kremi Frudia Sitrus parladıcı, hamam süngəri, yuyulan pambıq disklər, göz kremi, kişi parfümu, Hidrofil yağı ,üz kremi Medı-Peel, üz yuma yağı, hamam fırçası, saç köpüyü, ampula üz üçün, saç üçün yağ 2 ədəd, üz maskası X3 Pro , qara nöqtə təmizləyici Cavabdeh oğluna təhvil verilmişdir. - "xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh oğlu ümumi dəyəri 486,96 manat olan İmei Kodu **********89824 XİAOMİ REDMİ NOTE 13 markalı telefon almışdır. - xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İmei Kodu **********89824 XİAOMİ REDMİ NOTE 13 markalı telefon Cavabdeh oğluna təhvil verilmişdir. - "xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh oğlu ümumi dəyəri 434,04 manat olan İmei Kodu **********43876 HONOR X8B markalı telefon almışdır. - xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İmei Kodu **********43876 HONOR X8B markalı telefon Cavabdeh oğluna təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, X1 xx.xx.2024cü il tarixli müqavilə üzrə 6 ay müddətinə, 0 manat ilkin ödəniş, 118,1 manat aylıq ödəniş olmaqla, ümumi dəyəri 708,6 manat olan saç üçün Sprey-Tonik, üz yuma üçün balzam, universal kosmetik yağ Bio oil , üz kremi X4 Collagen, üz təmizləmə fırçası Nascıta ikitərəfli, saç maskası 6 ədəd, hamam kisəsi, bədən üçün süd, bədən yağı, saç dibi üçün pilinq Mermade Aha turşusu İpək Protein, göz Patçiləri, üz kremi Frudia Sitrus parladıcı, hamam süngəri, yuyulan pambıq disklər, göz kremi, kişi parfümu, Hidrofil yağı ,üz kremi Medı-Peel, üz yuma yağı, hamam fırçası, saç köpüyü, ampula üz üçün, saç üçün yağ 2 ədəd, üz maskası X3 Pro , qara nöqtə təmizləyici almış və 168,1 manat ödəniş etmiş, 540,5 manat ödənilməmiş əsas, 54,05 manat isə cərimə borcu olmaqla, cəmi 594,55 manat borc, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 12 ay müddətinə, 27 manat ilkin ödəniş, 38,33 manat aylıq ödəniş olmaqla, ümumi dəyəri 486,96 manat olan İmei Kodu **********89824 XİAOMİ REDMİ NOTE 13 markalı telefon almış və 122,86 manat ödəniş etmiş, 364,1 manat ödənilməmiş əsas, 36,41 manat isə cərimə borcu olmaqla, cəmi 400,51 manat borc, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 6 ay müddətinə, 24 manat ilkin ödəniş, 68,34 manat aylıq ödəniş olmaqla, ümumi dəyəri 434,04 manat olan İmei Kodu **********43876 HONOR X8B markalı telefon almış və 126,4 manat ödəniş etmiş, 307,64 manat ödənilməmiş əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 30,76 manat isə cərimə borcu olmaqla, cəmi 362 manat borc yaranmışdır. -"xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh oğlu "xxxx" MMC ilə bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən aldığı məhsulların 1629,6 manat ümumi dəyərindən 417,36 manat ödəniş etmiş və ümumilikdə 1212,24 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 1629,6 manat ümumi dəyərindən 417,36 manat ödəniş etmiş və nəticədə 1212,24 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsas borcun ödənilməsinə dair hissədə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsuma dair hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 54,05 manat, 36,41 və 30,76 manat dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə hesab edir ki, cavabdehdən 54,05 manat, 36,41 və 30,76 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Ona görə də iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 1357,06 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 33,58 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 13,442.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən saç üçün Sprey-Tonik, üz yuma üçün balzam, universal kosmetik yağ Bio oil, üz kremi X4 Collagen, üz təmizləmə fırçası Nascıta ikitərəfli, saç maskası 6 ədəd, hamam kisəsi, bədən üçün süd, bədən yağı, saç dibi üçün pilinq Mermade Aha turşusu İpək Protein, göz Patçiləri, üz kremi Frudia Sitrus parladıcı, hamam süngəri, yuyulan pambıq disklər, göz kremi, kişi parfümu, Hidrofil yağı ,üz kremi Medı-Peel, üz yuma yağı, hamam fırçası, saç köpüyü, ampula üz üçün, saç üçün yağ 2 ədəd, üz maskası X3 Pro, qara nöqtə təmizləyici üçün 540,5 manat ödənilməmiş hissə, 54,05 manat cərimə borcu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei Kodu **********89824 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün 364,1 manat ödənilməmiş hissə, 36,41 manat cərimə borcu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei Kodu **********43876 HONOR X8B markalı telefon üçün 307,64 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 30,76 manat cərimə borcu; ümumilikdə 1357,06 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 33,58 manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-5345/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5345/2025
03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver