Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5348/2023 04.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış, xx.xx.2020-ci il tarixli - 252182 saylı müqavilə üzrə 295 AZN, xx.xx.2020-ci il tarixli - 252298 saylı müqavilə üzrə 240 AZN, xx.xx.2021-ci il tarixli - 256395 saylı müqavilə üzrə 420 AZN, xx.xx.2021-ci il tarixli - 256394 saylı müqavilə üzrə 320 AZN, 1275 AZN əsas 520,5 AZN cərimə ümumilikdə 1795,5 AZN borcun və 38,36 AZN ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli-252182 saylı, xx.xx.2020-ci il tarixli-252298 saylı, xx.xx.2021-ci il tarixli-256395 saylı və xx.xx.2021-ci il tarixli-256394 saylı alqı-satqı müqavilələri imzalanmışdır. xx.xx.2020-ci il tarixli-252182 saylı müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 350 AZN olan qranit qazan dəstini 9 ay müddətinə, ilkin 20 manat ödəniş ödəməklə, aylıq ödəniş 35 AZN olmaqla əldə etmişdir. Həmin müqavilə üzrə Cavabdeh sonuncu dəfə xx.xx.2021-ci il tarixində 35 AZN ödəniş etmiş, 295 AZN ödənilməmiş borcu qalmışdır. xx.xx.2020-ci il tarixli-252298 saylı müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 290 AZN olan qaz panelini 9 ay müddətinə, ilkin 20 manat ödəniş ödəməklə, aylıq ödəniş 30 AZN olmaqla əldə etmişdir. Həmin müqavilə üzrə Cavabdeh sonuncu dəfə xx.xx.2021-ci il tarixində 30 AZN ödəniş etmiş, 240 AZN ödənilməmiş borcu qalmışdır. xx.xx.2021-ci il tarixli-256395 saylı müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 440 AZN olan 2 ədəd 48 parça 90-84 qaşıq dəstini 9 ay müddətinə, ilkin 20 manat ödəniş ödəməklə, aylıq ödəniş 40 AZN olmaqla əldə etmişdir. Həmin müqavilə üzrə Cavabdeh ilkin ödəniş məbləğindən başqa heç bir ödəniş etməmiş, 420 AZN ödənilməmiş borcu qalmışdır. xx.xx.2021-ci il tarixli-256394 saylı müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 340 AZN olan 2 ədəd 48 parça 90-82 qaşıq dəstini 9 ay müddətinə, ilkin 20 manat ödəniş ödəməklə, aylıq ödəniş 30 AZN olmaqla əldə etmişdir. Həmin müqavilə üzrə Cavabdeh ilkin ödəniş məbləğindən başqa heç bir ödəniş etməmiş, 320 AZN ödənilməmiş borcu qalmışdır. Cavabdeh İddiaçı MMC-nə xx.xx.2023-cü il tarixə 1275 AZN əsas, 520,5 AZN cərimə borcu yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə istinadən mübahisəyə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddia tələbi barədə bildiriş göndərilmiş, lakin qanunla nəzərdə tutulmuş müddətdə iddia ilə bağlı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli-252182 saylı müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMCdən alqı-satqı qiyməti 350 AZN olan qranit qazan dəsti almışdır. xx.xx.2020-ci il tarixli-252298 saylı müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 290 AZN olan qaz panelini almışdır. xx.xx.2021-ci il tarixli-256395 saylı müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 440 AZN olan 2 ədəd 48 parça 90-84 qaşıq dəsti almışdır. xx.xx.2021-ci il tarixli-256394 saylı müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 340 AZN olan 2 ədəd 48 parça 90-82 qaşıq dəsti almışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-nə xx.xx.2020-ci il tarixli-252182 saylı, xx.xx.2020-ci il tarixli-252298 saylı, xx.xx.2021-ci il tarixli-256395 saylı və xx.xx.2021-ci il tarixli-256394 saylı müqavilələr üzrə xx.xx.2023-cü il tarixə 1275 AZN əsas, 520,5 AZN cərimə borcu yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli-252182 saylı, xx.xx.2020-ci il tarixli-252298 saylı, xx.xx.2021-ci il tarixli-256395 saylı və xx.xx.2021-ci il tarixli-256394 saylı alqı-satqı müqavilələri imzalanmışdır. xx.xx.2020-ci il tarixli-252182 saylı müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 350 AZN olan qranit qazan dəstini 9 ay müddətinə, ilkin 20 manat ödəniş ödəməklə, aylıq ödəniş 35 AZN olmaqla əldə etmişdir. Həmin müqavilə üzrə Cavabdeh sonuncu dəfə xx.xx.2021-ci il tarixində 35 AZN ödəniş etmiş, 295 AZN ödənilməmiş borcu qalmışdır. xx.xx.2020-ci il tarixli-252298 saylı müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 290 AZN olan qaz panelini 9 ay müddətinə, ilkin 20 manat ödəniş ödəməklə, aylıq ödəniş 30 AZN olmaqla əldə etmişdir. Həmin müqavilə üzrə Cavabdeh sonuncu dəfə xx.xx.2021-ci il tarixində 30 AZN ödəniş etmiş, 240 AZN ödənilməmiş borcu qalmışdır. xx.xx.2021-ci il tarixli-256395 saylı müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 440 AZN olan 2 ədəd 48 parça 90-84 qaşıq dəstini 9 ay müddətinə, ilkin 20 manat ödəniş ödəməklə, aylıq ödəniş 40 AZN olmaqla əldə etmişdir. Həmin müqavilə üzrə Cavabdeh ilkin ödəniş məbləğindən başqa heç bir ödəniş etməmiş, 420 AZN ödənilməmiş borcu qalmışdır. xx.xx.2021-ci il tarixli-256394 saylı müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 340 AZN olan 2 ədəd 48 parça 90-82 qaşıq dəstini 9 ay müddətinə, ilkin 20 manat ödəniş ödəməklə, aylıq ödəniş 30 AZN olmaqla əldə etmişdir. Həmin müqavilə üzrə Cavabdeh ilkin ödəniş məbləğindən başqa heç bir ödəniş etməmiş, 320 AZN ödənilməmiş borcu qalmışdır. Cavabdeh İddiaçı MMC-nə xx.xx.2023cü il tarixə 1275 AZN əsas, 520,5 AZN cərimə borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 553-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.4-ci maddəsinə əsasən- Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı məhsul üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli-252182 saylı, xx.xx.2020-ci il tarixli-252298 saylı, xx.xx.2021-ci il tarixli-256395 saylı və xx.xx.2021-ci il tarixli-256394 saylı alqı-satqı müqavilələrinə əsasən öhdəliklərini icra etməyərək həmin alqı-satqı müqavilələrinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2020-ci il tarixli-252182 saylı, xx.xx.2020-ci il tarixli-252298 saylı, xx.xx.2021-ci il tarixli-256395 saylı və xx.xx.2021-ci il tarixli-256394 saylı alqı-satqı müqavilələri üzrə borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 520,5 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 453-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 50 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1%-i qədər olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1325 manat olduğundan (1275 manat əsas+50 manat dəbbə) iddiaçı tərəfindən ödənilmiş 38,36 manat dövlət rüsumunun 33,25 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 5,11 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış, xx.xx.2020-ci il tarixli - 252182 saylı müqavilə üzrə 295 AZN, xx.xx.2020-ci il tarixli - 252298 saylı müqavilə üzrə 240 AZN, xx.xx.2021-ci il tarixli - 256395 saylı müqavilə üzrə 420 AZN, xx.xx.2021-ci il tarixli - 256394 saylı müqavilə üzrə 320 AZN, 1275 AZN əsas 50 AZN cərimə ümumilikdə 1325 AZN borc və 33,25 AZN ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməli, ödənilmiş 5,11 AZN dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 925,5-1, 925,5- 5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh: xx.xx.2020-ci il tarixli - 252182 saylı müqavilə üzrə 295 AZN, xx.xx.2020-ci il tarixli - 252298 saylı müqavilə üzrə 240 AZN, xx.xx.2021-ci il tarixli - 256395 saylı müqavilə üzrə 420 AZN, xx.xx.2021-ci il tarixli - 256394 saylı müqavilə üzrə 320 AZN, Cəmi 1275 AZN əsas borc, 50 AZN cərimə borcu olmaqla ümumilikdə 1325 manat borc və 33,25 AZN ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş 5,11 AZN dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-5348/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5348/2023
04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver