Məhkəmə qərarları › İş №e-2(060)-5371/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5371/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5371/2025 03.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********88644 İPHONE 15 PRO markalı telefon üçün 2382,86 (iki min üç yüz səksən iki manat, 86 qəpik) manat ödənilməmiş hissə, 238,29 (iki yüz otuz səkkiz manat, 29 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei Kodu **********57696 İPHONE 14 markalı telefon, Paket L Xidməti üçün 519,96 (beş yüz on doqquz manat, 96 qəpik) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei Kodu **********12135 İPHONE 11 markalı telefon üçün 248,78 (iki yüz qırx səkkiz manat, 78 qəpik) manat ödənilməmiş hissə, 24,88 (iyirmi dörd manat, 88 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei Kodu **********12451 Samsung Galaxy A23 markalı telefon üçün 167,11 (yüz altmış yeddi manat, 11 qəpik) manat ödənilməmiş hissə, 16,71 (on altı manat, 71 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, URBANİSTA AUSTİN qulaqlıq üçün 55,02 (əlli beş manat,02 qəpik) manat ödənilməmiş hissə, 5,50 (beş manat,50 qəpik) manat cərimə, ümumilikdə 3711,10 manat borc, 57,12 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei Kodu **********88644 İPHONE 15 PRO markalı telefon, İmei Kodu **********57696 İPHONE 14 markalı telefon, Paket L Xidməti, İmei Kodu **********12135 İPHONE 11 markalı telefon, İmei Kodu **********12451 Samsung Galaxy A23 markalı telefon, URBANİSTA AUSTİN qulaqlıq almış və nəticədə 3711,10 (üç min yeddi yüz on bir manat, 10 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2523,06 (iki min beş yüz iyirmi üç manat, 06 qəpik) manat (18 ay x 140,17 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********88644 İPHONE 15 PRO markalı telefon üçün ümumilikdə, 2621,15 (iki min altı yüz iyirmi bir manat, 15 qəpik) manat olmaqla ondan, 2382,86 (iki min üç yüz səksən iki manat, 86 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 238,29 (iki yüz otuz səkkiz manat,29 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1560 (min beş yüz almış) manat (12 ay x 130 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********57696 İPHONE 14 markalı telefon, Paket L Xidməti üçün, ümumilikdə 571,96 (beş yüz yetmiş bir manat,96 qəpik) manat olmaqla ondan 519,96 (beş yüz on doqquz manat,96 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 52 (əlli iki) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 630 (altı yüz otuz) manat (12 ay x 52,5 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********12135 İPHONE 11 markalı telefon üçün, ümumilikdə 273,66 (iki yüz yetmiş üç manat, 66 qəpik) manat olmaqla ondan, 248,78 (iki yüz qırx səkkiz manat, 78 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24,88 (iyirmi dörd manat,88 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 250,8 (iki yüz əlli manat, 80 qəpik) manat (12 ay x 20,9 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********12451 Samsung Galaxy A23 markalı telefon üçün ümumilikdə, 183,82 (yüz səksən üç manat, 82 qəpik) manat olmaqla ondan, 167,11 (yüz altmış yeddi manat, 11 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16,71 (on altı manat, 71 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 55,02 (əlli beş manat, 02 qəpik) manat (6 ay x 9,17 manat + 0 manat ilkin ödəniş) olan URBANİSTA AUSTİN qulaqlıq üçün ümumilikdə, 60,52 (altmış manat, 52 qəpik) manat olmaqla ondan, 55,02 (əlli beş manat,02 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5,50 (beş manat,50 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1645,15 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 2523,06 manat olan İmei Kodu **********88644 İPHONE 15 PRO markalı telefon almışdır. - xx.xx.2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İmei Kodu **********88644 İPHONE 15 PRO markalı telefon Cavabdeh təhvil verilmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1560 manat olan İmei Kodu **********57696 İPHONE 14 markalı telefon, Paket L Xidməti almışdır. - xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İmei Kodu **********57696 İPHONE 14 markalı telefon, Paket L Xidməti Cavabdeh təhvil verilmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 630 manat olan İmei Kodu **********12135 İPHONE 11 markalı telefon almışdır. - xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İmei Kodu **********12135 İPHONE 11 markalı telefon Cavabdeh təhvil verilmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 250,8 manat olan İmei Kodu **********12451 Samsung Galaxy A23 markalı telefon almışdır. - xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İmei Kodu **********12451 Samsung Galaxy A23 markalı telefon Cavabdeh təhvil verilmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 55,02 manat olan URBANİSTA AUSTİN markalı qulaqlıq almışdır. - xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, URBANİSTA AUSTİN markalı qulaqlıq Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə, 0 manat ilkin ödəniş, 140,17 manat aylıq ödəniş olmaqla, ümumi dəyəri 2523,06 manat olan İmei Kodu **********88644 İPHONE 15 PRO markalı telefon almış və 140,2 manat ödəniş etmiş, 2382,86 manat ödənilməmiş əsas, 238,29 manat isə cərimə borcu olmaqla, cəmi 2621,15 manat borcu, xx.xx.2024-cü il il tarixli müqavilə ilə Cavabdeh 12 ay müddətinə, 0 manat ilkin ödəniş, 130 manat aylıq ödəniş olmaqla, ümumi dəyəri 1560 manat olan İmei Kodu **********57696 İPHONE 14 almış, 1040,04 manat ödəniş etmiş, 519,96 manat əsas, 52 manat cərimə borcu olmaqla 571,96 manat borcu, xx.xx.2024-cü il il tarixli müqavilə ilə Cavabdeh 12 ay müddətinə, 0 manat ilkin ödəniş, 52,5 manat aylıq ödəniş olmaqla, ümumi dəyəri 630 manat olan İmei Kodu **********12135 İPHONE 11 markalı telefon almış, 381,22 manat ödəniş etmiş, 248,78 manat əsas, 24,88 manat cərimə borcu olmaqla 273,66 manat borcu, xx.xx.2024-cü il il tarixli müqavilə ilə Cavabdeh 12 ay müddətinə, 0 manat ilkin ödəniş, 20,9 manat aylıq ödəniş olmaqla, ümumi dəyəri 250,8 manat olan İmei Kodu **********12451 Samsung Galaxy A23 markalı telefon almış, 83,69 manat ödəniş etmiş, 167,11 manat əsas, 16,71 manat cərimə borcu olmaqla 183,82 manat borcu, xx.xx.2024cü il tarixli müqavilə ilə Cavabdeh 6 ay müddətinə, 0 manat ilkin ödəniş, 9,17 manat aylıq ödəniş olmaqla, ümumi dəyəri 55,02 manat olan URBANİSTA AUSTİN markalı qulaqlıq almış, 0 manat ödəniş etmiş, 55,02 manat əsas, 5,50 manat cərimə borcu olmaqla 60,52 manat borcu yaranmışdır. -"xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən aldığı malların 5018,88 manat olan ümumi dəyərindən 1645,15 manat ödəniş etmiş və nəticədə 3373,73 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 5018,88 manat ümumi dəyərindən 1645,15 manat ödəniş etmiş və nəticədə 3373,73 manat əsas borcu yaranmışdır. Ona görə də iddia tələbi əsas borcun ödənilməsinə dair hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış xx.xx.2025-ci il tarixli müqavilə üzrə 238,29 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 52 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 24,88 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 16,71 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 5,50 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə hesab edir ki, cavabdehdən 238,29 manat, 52 manat, 24,88 manat, 16,71 manat, 5,50 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Ona görə də iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 3711,10 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 57,12 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei Kodu **********88644 İPHONE 15 PRO markalı telefon üçün 2382,86 manat ödənilməmiş borc, 238,29 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei Kodu **********57696 İPHONE 14 markalı telefon, Paket L Xidməti üçün 519,96 manat ödənilməmiş hissə, 52 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei Kodu **********12135 İPHONE 11 markalı telefon üçün 248,78 manat ödənilməmiş hissə, 24,88 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei Kodu **********12451 Samsung Galaxy A23 markalı telefon üçün 167,11 manat ödənilməmiş hissə, 16,71 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən URBANİSTA AUSTİN markalı qulaqlıq üçün 55,02 manat ödənilməmiş hissə, 5,50 manat cərimə, ümumilikdə 3711,10 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 57,12 manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar