Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5396/2023 23.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Baseus Encok markalı qulaqlıq, İmei **********76567 İphone 11 markalı telefon üçün 1247 (min iki yüz qırx yeddi) manat ödənilməmiş hissə, 124 (yüz iyirmi dörd) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei **********09761 Samsung Galaxy A12 markalı telefon, İmei **********55607 Samsung Galaxy A12 markalı telefon üçün qiyməti 680.1 (altı yüz səksən manat on qəpik) manat ödənilməmiş hissə, 68.9 (altmış səkkiz manat doxsan qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei **********30779 Samsung Galaxya A52 üçün 535.33 (beş yüz otuz beş manat otuz üç qəpik) manat ödənilməmiş hissə, 53.67 (əlli üç manat altmış yeddi qəpik) manat cərimə, ümumilikdə, 2709 manat borc, 47.09 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, сavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə Baseus Encok markalı qulaqlıq, İmei **********76567 İphone 11 markalı telefon, İmei **********09761 Samsung Galaxy A12 markalı telefon, İmei **********55607 Samsung Galaxy A12 markalı telefon, İmei **********30779 Samsung Galaxy A52 markalı telefon almış və nəticədə 2709 (iki min yeddi yüz doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1908 (min doqquz yüz səkkiz) manat (12 ay x 159 manat + 0 manat ilkin ödəniş) Baseus Encok markalı Qulaqlıq, İmei **********76567 İphone 11 markalı telefon üçün ümumilikdə, 1371 (min üç yüz yetmiş bir) manat olmaqla ondan, 1247 (min iki yüz qırx yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 124 (yüz iyirmi dörd) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1153.8 (min yüz əlli üç manat səksən qəpik) manat (18 ay x 64.1 manat + 0 manat ilkin ödəniş) İmei **********09761 Samsung Galaxy A12 markalı telefon , İmei **********55607 Samsung Galaxy A12 markalı telefon üçün ümumilikdə, 749 (yeddi yüz qırx doqquz) manat olmaqla ondan qiyməti 680.1 (altı yüz səksən manat on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 68.9 (altmış səkkiz manat doxsan qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 938.04 (doqquz yüz otuz səkkiz manat dörd qəpik) manat (12 ay x 78.17 manat + 0 manat ilkin ödəniş) İmei **********30779 Samsung Galaxy A52 markalı telefon üçün ümumilikdə, 589 (beş yüz səksən doqquz) manat olmaqla ondan 535.33 (beş yüz otuz beş manat otuz üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 53.67 (əlli üç manat altmış yeddi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1537.41 təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ilə xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, həmin ünvanda yaşamadığına görə poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № 10791557 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1908 manat olan Baseus Encok markalı qulaqlıq, İmei **********76567 İphone 11 markalı telefon almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № ******* saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1153,8 manat olan İmei **********09761 Samsung Galaxy A12 markalı telefon, İmei **********55607 Samsung Galaxy A12 markalı telefon almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № 13921358 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 938,04 manat olan İmei **********30779 Samsung Galaxy A52 markalı telefon almışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, Baseus Encok markalı qulaqlıq, İmei **********76567 İphone 11 markalı telefon, Samsung Galaxy A12 markalı telefon, İmei **********55607 Samsung Galaxy A12 markalı telefon, İmei **********30779 Samsung Galaxy A52 markalı telefon təhvil verilmişdir. İşə əlavə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 12 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 159 manat olmaqla, Baseus Encok markalı qulaqlıq, İmei **********76567 İphone 11 markalı telefon almış və 661 manat ödəniş etmiş, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 64.1 manat olmaqla Samsung Galaxy A12 markalı telefon, İmei **********55607 Samsung Galaxy A12 markalı telefon almış və 473,7 manat ödəniş etmiş və xx.xx.2022-ci tarixli müqavilə üzrə 12 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 78,17 manat olmaqla, İmei **********30779 Samsung Galaxy A52 markalı telefon almış və 402,71 manat ödəniş etmişdir. İşdə olan "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən aldığı malın 1908 manat olan ümumi dəyərindən 661 manat ödəniş etmiş və nəticədə 1371 manat borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı malın 1153,8 manat olan ümumi dəyərindən 473,7 manat ödəniş etmiş və nəticədə 749 manat borc, xx.xx.2022-ci tarixli müqaviləyə əsasən aldığı malın 938,04 manat olan ümumi dəyərindən 402,71 manat ödəniş etmiş və nəticədə 589 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ümumilikdə 2642 (iki min altı yüz qırx iki) manat 43 (qırx üç) qəpik əsas borc, 20 (iyirmi) manat cərimə borcu, 47 (qırx yeddi) manat 09 (doqquz) qəpik dövlət rüsumu, cəmi 2709 (iki min yeddi yüz doqquz) manat 52 (əlli iki) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ümumilikdə 2642 (iki min altı yüz qırx iki) manat 43 (qırx üç) qəpik əsas borc, 20 (iyirmi) manat cərimə borcu, 47 (qırx yeddi) manat 09 (doqquz) qəpik dövlət rüsumu, cəmi 2709 (iki min yeddi yüz doqquz) manat 52 (əlli iki) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-5396/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5396/2023
23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver